Tarixi
təsəvvürlərin növləri və tarixi biliklərin formalaşması prosesində onların rolu
Tarixi təsəvvürlər
tarixi anlayışların təşəkkül tapmasının əsasıdır. Şagirdlərin hafizəsində möhkəmlənmiş
geniş obraz və mənzərələrin məzmunun zəngin olduqca onların əsasında
formalaşmış anlayışlar sistemi məzmunlu olur. Tarixi təsəvvürlərin əhəmiyyəti
bununla bitmir. Keçmiş hadisələrin
konkret canlandırılması, onların xüsusiyyətlərinin açılıb göstərilməsi ,
onların xarakteriskası və izah edilməsi, tarixi anlayışın mühüm əlamətinin
seçilib ayrılması mənimsəmək üzərindəki iş kimi xüsusilə zəruridir. Tarixi təsəvvürlərlə
keçmişin qəhrəmanlıq sürətləri çox vaxt şagirdlərin həyat ideallarının
formalaşmasına, onun əxlaqına həlledici təsir göstərir. Bu halda tarixi təsəvvürlər gənclərin mənəvi
–siyasi tərbiyəsinin güclü vasitəsi olur. Məktəblilərdə konkret tarixi təsəvvürlər
müxtəlif metodlar, üsul və vasitələrdən istifadə etməklə formalaşır.
Tarixi faktın xüsusiyyəti onun zaman daxilində müəyyən edilməsidir.
Yalnız hadisənin baş verdiyi vaxtı müəyyən edib, əvvəlki və sonrakı hadisələrlə
onun əlaqəsini , onun səbəb və nəticələrini müəyyən etmək olar. Məktəbdə
tarixin öyrənilməsi tələb edir ki, şagirdlər tarixi hadisələri zaman daxilində
təsəvvür etməyi bacarsınlar, bu və ya digər hadisənin nə vaxt baş verdiyini
bilsinlər.
Məktəbli xronologiyası heç də bir dəfəyə yox, böyük zəhmətlə öyrənir,
vaxt haqqında təsəvvürlərtədricən 5-ci sinifdə tarix təlimi gedişində inkişaf
edilərki bu zaman “boş” əsrlər hadisələrlə dolmağa başlayır, hadisələr isə
xronoloji cəhətdən ardıcıl sıralara düzülür. Hər şeydən əvvəl əsr və minillik
haqqında şagirdlərin təsəvvür və anlayışlarını dəqiqləşdirmək lazımdır. Lakin ,
müəllimin müntəzəm olaraq iş aparmasına baxmayaraq, məktəblilər hələ uzun müddət
kobud xronoloji səhvlər edəcəklər. Həm də onlara acıqlanmaq və “2” yazmaq lazım
deyil: bu həqiqətən onlar üçün çətindir. Artıq VII sinifdən başlayaraq
sinxronoloji və xronoloji cədvəllərdən istifadə edilməyə başlanır. ən mühüm
xronoloji tarixlər dərsliklərin mətnində qalın şriftlə seçilib ayrılmış bir çox
tarix paraqraf və bəndlərin başlıqlarına daxil edilmiş, fəslin sonunda təkrar
edilmiş və yekun xronoloji cədvələ daxil edilmişdir. Böyük hadisələrin,
inqilabların, xalq üsyanlarının, iqtisadi tarixin və mədəniyyət tarixinin ən
mühüm faktlarının tarixləri əsas tarixlərə aiddir. Xronologiyanı möhkəmləndirmək
üsullarından biri tarixi hadisələrlə və hadisələrdə iştirak etmiş tarixi xadimlərin
həyatının əsas mərhələləri arasında rabitə yaratmaqdır, xüsusən tarixi xadimlərin
yaşı haqqında məlumatları daxil etməkdir. Mühüm xronoloji tarixlər yadda
saxlamaq və möhkəm sürətdə bilmək lazımdır. Xronologiyanı mənimsəmək nəinki
tarixləri yadda saxlamaq, həm tarixin hadisələrin ardıcıllığını yaxşı təsəvvür
etmək və onların arasındakı əlaqəni başa düşmək deməkdir. Tarixləri şüurlu sürətdə
möhkəmləndirməyə əlaqə və qanunauyğunluqları açıb göstərməyə kömək edən
xronoloji məsələlər faydalıdır. Bir dərslikdəki xronoloji cədvəllər üzrə işi təşkil
edərək, məktəbliləri hadisələrin təqvimini, xronoloji, sinxronoloji cədvəllər tərtib
etməyə öyrədirik. Hadisələrin təqvimləri və sadə xronoloji cədvəllər nəinki
tarixləri möhkəmləndirməyə həm də öyrənilən hadisələrin inkişafında əsas mərhələləri
aşkara çıxarmağa kömək edirlər. Xronoloji cədvəllərdə və təqvimlərdə hadisələr
xronoloji qaydada yerləşir. Sinxronik cədvəl ayrı ayrı ölkələrin tarixində olan
hadisələrin və ya ictimai həyatın müxtəlif cəhətlərinə aid təzahürlərin baş
verməsinin eyni təsadüf etməsini(sinxronoloji) əks etdirir. Sinxronik cədvəllər
müxtəlif ölkələrin tarixində olan hadisələrin sinxronik əlaqələrini yaratmağa,
şagirdləri tarixi prosesin ümumi qanunauyğunluqlarını ayrı ayrı ölkələrin bəzi
inkişaf xüsusiyyətlərini dərk etməyə yaxınlaşdırmağa kömək edir. Xronoloji
tarix materialını qaydaya salmağın, dərk etməyin və ümumiləşdirməyin ən mühüm
vasitələrindən biridir. Tarixi hadisələrin konkret gedişinin canlandırılması,
onların xüsusiyyətinin açılıb göstərilməsi, onların xarakteriskası və izah
edilməsində tarixi anlayışın mühüm əlamətlərini seçib, ayırmaq və onun təyin
edilməsini mənimsəmək üzərindəki iş kimi o qədər zəruri və vacib cəhətdir.
Keçmiş haqqında şagirdlərdə canlı təsəvvürlər aşağıdakı əsas metodların köməyi
ilə yaradılır.
1) Müəllimin
canlı nitqi , onun təsirli nağılı, konkretləşdirmənin müxtəlif vasitələri və
üsulları ilə əsaslandırılmış şəkilli təsvir aydın xarakteriska
2) Təsviri
və maddi əyanilik vasitələri
3) Bədii ədəbiyyatdan
istifadə edilməsi
Tarixi hadisə və faktların baş verdiyi vaxtla bərabər, baş verdiyi
yeri də bilmək lazımdır. Zamanla olduğu kimi məkanla da bağlı olmayan hadisə
yoxdur. Buna görə də zaman və məkansız, tarixi hadisə və proseslər haqqında
izahat məzmunsuz və mücərrəd olar. Hadisələrin məkanca hüdüdlandırılması tarixi
biliklərin şüurlu mənimsənilməsinin zəruri şərtidir. Bütün tarixi hadisələr hər
hansı bir ərazidə baş verir və coğrafi mühit hadisələringedişinə müəyyən təsir
göstərir. Doğrudur, coğrafi mühit tarixi prosesin ümumi gedişini təyin etmir.
Bununla belə məhsuldar qüvvələrin inkişafına, buradan da bütövlükdə cəmiyyətin
inkişafına mühüm təsir göstərir.
Doğrudur, coğrafi mühit tarixi prosesin ümumi gedişini təyin etmir. Bununla belə
məhsuldar qüvvələrin inkişafına , buradan da bütövlükdə cəmiyyətin inkişafına
mühüm təsir göstərir. Məhz sinifli cəmiyyətin və dövlətin şərqdə daha tez
meydana gəlməsi coğrafi mühitə bağlıdır. Tarixi hadisələrin müəyyən məkanla əlaqədə
mənimsənilməsi, tarix xəritələrinin öyrənilməsi ilə sıx bağlıdır. Tarix dərslərini
xəritəsiz keçəndə müəllimin şərhi nə qədər dolğun olsa da şagirdlər tərəfindən
zəif mənimsənilir və tez unudulur. Yeni materialın öyrənilməsində və möhkəmləndirilməsində,
onun təhlilində və ümumiləşdirilməsində, izah edilməsində, alınmış bilik,
bacarıq və vərdişlərin tətbiqində və s mühüm rol oynayır. O, materialın təhlil
edilməsinə və ümumiləşdirolməsinə , tarixi inkişafın qanunauyğunluğunun
açılmasına kömək edir. Məs: şagirdlər məhz xəritənin köməyilə Misir,
Mesopotomiya, Hindistan və Çində dövlətin yaranmasında ümumi cəhətlərin
olduğunu görürlər; bu dövlətlər Nil, Dəclə və Fərat, Hind və Qanq, Xuanxe və
Yantsızı çayları sahillərində meydana gəlmişdir. Həmin qanunauyğunluğa əsasən
şagirdlər belə ümumiləşdimə aparırlar; Şərqin ilk quldar dövlətləri çay sahillərində
əmələ gəlmişdir. Ümumiləşdirmə zamanı onlar həmçinin bu dövlətlərin bir-birindən
fərqli cəhətlərini dfə görürlər. Tarixi hadisə və prosesləri xəritə üzərində
izləməklə onu daha yaxşı öyrənmək olur. Makedoniyalı İsgəndərin hərbi səfərləri
və onun yaratdığı mükəmməl imperiyanın parçalanması prosesini məhz xəritənin
köməyi ilə daha yaxşı öyrənmək olar. Müəllimin divar xəritəsində göstərdiyi
şagirdin stolüstü xəritədə izlədiyi, növbəti dərsdə isə cavab verərkən xəritə
üzrə müstəqil şərh etdiyi hadisə onun
yaddaşında daha dərin iz buraxır. Tarixi materialların mənimsənilməsində tarix
xəritələrinin rolunu A.Vaqin belə ifadə etmişdir.
1) Biz xəritənin
köməyilə tarixi əlaqələri, xüsusən səbəb əlaqələrini əyani sürətdə açıb göstəririk
2) Xəritə
tarixi materialın təhlil edilib, ümumiləşdirilməsinə kömək edir və şagirdləri
tarixi inkişafın qanunauyğunluqlarını açıb göstərməyə yaxınlaşdırır.
3) Xəritə
tarixi hadisə və prosesləri izləməyə imkan yaradır
4) Tarix xəritəsi
materialın təkrarı və möhkəmləndirilməsində mühüm rol oynayır
Mənbə:Vagin
Mənbə:Vagin
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.