Müəllimin
şifahi sözü ilə dərsliyin məzmununun əlaqəsi
Dərsdə müəllim şərh etdiyi materialı və ya digər tarix
bilik mənbələrinin nisbətinin də nəzərə alınmasını vacib hesab edirik.
Faktların və anlayışlarının, məzmununun məznimsənilməsi, dərsliklə müəyyən
edilir.
Müəllimin şərhi dərsliyin mətninə tam uyğun gəlməlidir.
Müəllimin şifahi sözü nəinki ibtidai hətta
yuxarı siniflərdə də tarix tədrisində mühüm rol oynayır. Müəllimin sözü dərsdə istifadə edilən əyani materialın, sənəd
materialının və başqa tədris materialının həmqavranılmasını təşkil edir və ona
istiqamət verir.
Tarix dərsində şifahi söz nağıletmə-təsviretmə vəzifəsini,
yerinə yetirir. Tarix dərsinin tərbiyəvi əhəmiyyəti canlı sözün həm obrazlı, həm
də məntiqi funksiyalarındadır. Məktəblinin şüurunda canlı sözün buraxdığı təəssüratın
möhkəm olduğunu unutmaq olmaz; Şagirdlər müəllimin parlaq hekayəsini çox yaxşı
yadda saxlayırlar. Nağıl etməyi və izah etməyi bacarmaq tarix müəllimi üçün son
dərəcə vacibdir. Nağıletmə-tarixi hadisələr və ya proseslər haqqında, xalq kütlələrinin
və tarixi hadisələrin konkret hərəkətləri haqqında süjet hekayətidir. Məs: səlibçilər
tərəfindən Yerusəlimə hücum haqqındakı hekayə. Nağıletmənin həmişə müəyyən süjetin fabulası olur, çox
zaman öz dramatizmi ilə fərqlənir. Metodik ədəbiyyatda nağıletmənin 2 növünü
bir-birindən fərqləndirirlər. “Bədii nağıletmə” və işgüzar izah adlanan növü. Qısa
məlumatla nağıletmə arasındakıfərq heç də miqdar fərqi deyildir. Burada, söhbət
təfərrüatların bolluğunda və ya emosional cəhətlərdə deyil, keyfiyyətdədir.
Nağıletmənin geniş olması heç də məcburi deyildir. Dərsdə nağıletmə əsnasında gələcək
araşdırma və ümumiləşdirmələr üçün əsas yaradılmalıdır. Çox parlaq fakt
materialının seçilməsi canlı və əyani hekayə qurmaqda helledici 1 vasitədir. Müəllim
nağılı hadisələrin mənzərəsini verir. Tarixi hadisələrin tədrisində xüsusilə
canlılıq bədii ədəbiyyat əsərlərinə tarixi povestlərə romanlara və s xas olan cəhətdir.
Tarix dərslərində şagirdlərin təsəvvüründə keçmişin konkret sənədlərini
yaratmaqda bədii nağıletmənin və canlı təsvirin çox böyük rolu vardır. I öyrənilməsi
mühüm maarifləndirici və tərbiyəvi əhəmiyyət kəsb edən çox böyük tarixi hadisələr
elə şərh edilməlidir ki, şagirdlərin şüurunda dərsin ən parlaq iz buraxsın. II
nağıletmə o hallarda tətbiq edilir ki, şagirdlərdə onlar üçün yeni olan tarixi
hadisələr haqqında məzmunlu və dəqiq təsəvvürlər yaratmaq lazım gəlsin. III
nağıletmə bizə şagirdlərdə tarixi hadisələr haqqında təkcə canlı təsəvvürlər
yaratmaq üçün deyil, eyni zamanda şagirdləri müəyyən nəticələrə və ümumiləşdirmələrə
yaxınlaşdırmaq üçün də lazımdır. IV tədris təcrübəsində nağıletmə təkcə hekayə,
hadisə materialını ifadə metodu kimi deyil, eyni zamanda mürəkkəb tarixi hadisələrin
izahı üsulu kimi onların mahiyyətini açıb göstərmək kimi anlayışların təşəkkül
tapmasını asanlaşdıran və şagirdlərin fəal işi üçün material verən 1 üsul kimi
də tətbiq edilir
Yuxarı
siniflərdə müəllimin nağılı daha mürəkkəb məzmuna malik olmaqdan başqa V-VII
siniflərdəki tarix dərsində olan nağıletmədən fərqlənir. Onun vaxtı da nəzərə
çarpacaq dərəcədə uzun olur. Süjetli hekayə olmaq etibari ilə nağıletmə çox
zaman ifadənin başqa, daha mürəkkəb formaları ilə; təhli xarakteriska, nəzəri
ümumiləşdirmələrlə uyğunlaşır, bəzən mühazirə ifadəsinə yaxınlaşır
Tarix dərslərində hadisələr haqqındakı hekayə ilə yanaşı olaraq
tarixi hadisələr təsvir edilir. Tarixi hadisənin əlamətlərinin və ya xüsusiyyətlərinin,
onların mühüm cəhətlərinin, quruluşunun, vəziyyətinin, nəhayət zahiri görkəminin
ardıcıl ifadə edilməsinə təsvir deyirik.
Nağıletmədən fəqli olaraq təsvirdə süjet yoxdur lakin
konkret obyekt vardır ki, bunun da əlamətlərini biz şagirdlərə birləşdiririk.
Tarix dərsində 2 cür təsvirdən istifadə edilir. “biri mənzərə təsviri”, digəri
öyrənilən obyektin təhlili təsviridir. Həm mənzərə təhlili, həm də təhlili təsvir
elmi cəhətdən düzgün qurulmalıdır.
Xarakteristika – təsvirin növlərindən biridir. Tarixi hadisələrin
xarakteriskası onun mühüm əlamətlərinin və xüsusiyyətin daxili əlaqələrini dəqiq
sürətdə ifaəd edib göstərməkdir. Xarakteriska həm qısa həm geniş ola bilər.
Korovkinin dərsliyində Makedoniyalı İsgəndərin xarakteriskası qısa
xarakteriskaya misal ola bilər və sonrakı materialı başa düşmək üçün konkretləşdiric
vasitə və ya faktiv məlumat rolunu oynaya bilər. Yekun xarakteriskanı ilə
ümumiləşdirici xarakteristika başqa şeydir. Belə bir xarakteriskanı verməzdən əvvəl biz şagirdlərə
müvafiq konkret material göstərir və lazım olan izahatı veririk.
Yekunlaşdırıcı, ümumiləşdirici xarakteriska obrazlı ola bilər. Geniş xarakteriska da bu vəzifəni
görür. Qeydedici xarakteriska ilə yekun xarakteriska arasındakı fərq nisbidir.
Bunların hər ikisi ümumiləşdirmədir. Təsvirdə olduğu kimi hər hansı bir tarixi
hadisənin xarakteriskasında da biz həmin hadisənin təsadüfi əlamətlərini deyil
, mühüm əlamətlərini açıb göstəririk. Müəllim geniş xarakteriska verərkən mühüm
əlamətləri müəyyən qaydada sayıb göstərməklə kifayətlənmir. O şagirdləri qarşısında
əsas əlaməti açıb göstərir. Xarakterizə etmək məharəti xüsusən gənc öz sənətinə
yeni başlayan müəllim üçün müəyyən çətinliklər törədir. Nağıletməyi bacarmaq,
tarixi hadisələrin təsvirini və xarakteriskasını vermək tarixi müəlliminin çox
böyül ləyaqətidir. Izah zamanı müəllim tarixi materialın təkcə adlandırılmasını
deyil, eyni zamanda dərk edilməsini də təmin
edir. Dərketmə müəyyən dərəcədə nağıletmə və təsvirin gedişində əldə edilir. Müəllimin
söhbətində, onun verdiyi xarakteriskada hadisələrin əhəmiyyət və qiyməti hiss
edilir. Lakin, bu kifayət deyildir, izahat lazımdır. Izahat tarixi hadisələrin
daxili əlaqələrini mahiyyətini və əhəmiyyətini göstərməkdir, yeni anlayışları,
tarixi terminləri aşkara çıxrmaqdır. Nağıledilmiş və şərh edilmiş faktik
materiala əsaslanaraq nəzəri nəticələri açıb göstərmək və əsaslandırmaq vəzifəsi
qarşıda durduqda müəllimin izahı , mühakimə , sübut xarakteri alır. Mühakimə
dedikdə biz şagirdləri nəticə və rəylər çıxarmağa yaxınlaşdıran müddəaların
ardıcıl sürətdə inkişafını nəzərdə tuturuq. Tarix dərsində mühakimə adətən,
nağıletmə , təsvir, izahla uyğunlaşmış bir şəkildə ünsürlərindən biri kimi irəli
çıxır. əgər dərsdə nəzəri material əsas yer tutarsa, mühakimə geniş xarakter
alır. Müəllimin şərhini mühazirəyə
yaxınlaşdırır. Mühazirə şərhi ardıcıl, sürətdə yeridilən və konkret tarixi
materiala əsaslanan geniş nəzəri mühakimə, elmi, təhlil və ümumiləşdirmədən ibarətdir.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.