DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

20 Ekim 2015 Salı

Interaktiv Təlim Metodları və Onların Tətbiqi Yolları

Interaktiv Təlim Metodları və Onların Tətbiqi Yolları
Müstəqil Azərbaycan Təhsil sisteminin Beynəlxalq sistemə inteqrasiyası üçün bu sahədə köklü dəyişikliklər, islahatlar gedir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki yeni əsrdə cəmiyyətin və insanların inkişafı üçün yaradıcı, müstəqil, düşünən və inkişaf edən şəxsiyyət formalaşmalı, yetişdirilməlidir. 
Təhsil işçilərinə məlum olduğu kimi, Azərbaycanda islahatın əsas prinsipləri, demokratikləşdirmə, humanistləşdirmə, diferensiallaşdırma, fərdiləşdirmə, inteqrasiya və humanitarlaşdırmadır. bütün adı çəkilən prinsiplər ilk növbədə şagirdin bir şəxsiyyət kimi, formalaşması, onun hərtərəfli inkişaf məsələsini, həllinə yönəlmişdir. Bununla belə bu prinsiplərə əsaslanan, təlim-tərbiyə prosesinin səmərəsi, eyni zamanda təlim prosesinə yanaşmanın keyfiyyətcə dəyişməsi, baş vermədən mümkün deyildir. Ənənəvi təlim zamanı istifadə olunan pedoqoji texnologiyaların qeyri-mütərrik olması təhsilin inkişafının qarşısını alan, olması təhsilin inkişafının qarşısını alan problemlərdən biridir. müasir şəxsiyyəti hafizənin gücləndirilməsinə və yalnız informasiya toplanmasına yönəlmiş real həyatın tələbələrini nəzərə almayan təlim şəraitində tərbiyə etmək mümkün deyildir. Yəni, ənənəvi dərsdə təlim yadda saxlama qabiliyyətinə əsaslanan şagird, materialın təhlilini, təsvirini, nəticələri və ümumiləşdirmələri hazır şəkildə alır. Çox halda ənənəvi təlim metodlarının tətbiqi, prosesində şagirdlərin fəaliyyəti passiv, təkrarlama,xarakteri daşıyır. Təlim prosesi şagirddə fəallığı, məntiqi düşünməyi ətrafdakı şeylərə və hadisələr  tənqidi yanaşmağı, müstəqil bilik almağı və fərdi inkişaf etmək bacarığını tərbiyə etməlidir. Bu tələbələri nəzərə alaraq, elə təlim metodlarından istifadə olunmalıdır ki, onlar, özlərində aktiv yaradıcı düşünmə qabiliyyətini və yeni biliklərə sərbəst yiyələnməyi, alışma yollarını birləşdirmiş olsun. Fəal təlim(interaktiv) bu deyilənləri əhatə etmək imkanına malikdir. "Fəal", "Aktiv" və "İntreraktiv" təlim metodları anlayışları, eyni məna daşıyaraq sinonim kimi işlədilir. 
İnteraktiv təlim, müəllim və şagirdin qarşılıqlı əlaqəsi, ünsiyyəti prosesidir. bu zaman müəllim tərəfindən problem qoyulur. Problemin həll olunması prosesində şagirdlər aktiv, tədqiqatcı mövqeyi tuturlar.
Müəllim tərəfindən şagirdlər üçün yeni olan biliklərin müstəqil olaraq əldə edilməsi, mənimsənilməsi şəraiti yaradılır. Müəllimin əsas vəzifəsi, şagirdə yol göstərmək, istiqamət vermək, müəyyən çətinlik meyadana çıxarsa, onlara yardımçı olmaq, ən başlıcası isə "öyrənməyi öyrətməkdir" Bu zaman müəllim hər bir şagirdə hörmətlə yanaşmalı, bilik səviyyəsindən asılı olmayaraq inam göstərməlidir. Qoyulmuş problemin həlli üçün şagirdlərin hər bir cəhdinin qiymətləndiriləcəyinə, ciddi, obyektiv və səmimi münasibətin olacağına inam nəticənin effektivliyinə zəmin yaradır. Bu proses zamanı şagirdlərdə öyrənməyə real maraq artır. Öyrənmə fəallığının artması, təfəkkürün inkişafına xidmət edən müstəqil, produktiv metodların istifadəsi nəticəsində təlimin səmərəliliyi xeyli dərəcədə yüksəlir. Bu cür yanaşma zamanı təlim şagirdlərin yaddaşının yeni biliklərlə zənginləşdirilməsinə deyil, düşünmə qabiliyyətinin və müstəqil olaraq bilik əldə etmək bacarığının inkişafına xidmət edir. 
 Fəal təlim metodlarından istifadə etməklə dərs prosesinə tədqiqat xarakteri verilir, şagird isə tədqiqatçıya, təlimin subyektinə çevrilir. Yeni təlim metodlarının ən üstün cəhətlərindən biri onların demokratik mütəhərrik konservatizmdən azad olmasıdır. 


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar