DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

23 Eylül 2015 Çarşamba

Oyunlar

İlk Oyunu

Fəallaşma bütün siniflə aparılır. Sual hissəsində ilk hökmdar , cavab hissəsində hökmdarın adı yazılır. Sual hissəsində ilk poema, cavab hissəsində poemanın adı yazılır.
Sual hissəsində ilk paytaxt, cavab hissəsində paytaxtın adı yazılır.


Soğan qabığı
Fəallaşma bütün siniflə aparılır.Sarı rəngli vərəqlərdən ibarət (soğan qabığını xatırladan) soğan hazırlanır. Soğanın hər qabığına ( hər vərəqə ayrıca) sual yazılır ( və
ya tapşırıq). Sinifdəki bütün şagirdlər hazır vəziyyətdə olan soğanı (top şəkilində) bir-birlərinə atırlar. Hansı yoldaş soğanı tutsa soğanın bir qabığını açaraq orda gördüyü sualı cəld cavablandırır və dərhal vaxt itirmədən digər yoldaşına atır. Oyun bu şəkildə davam etdirilir.
Nümunə: 1 Mövzu- Xürrəmi hərəkatı
Suallar:
1. Düşün ki, sən Afşinsən və ərəb xilafəti tərəfindən sənə bir tapşırıq verilib. Get nə edirsən et, Babəki fikrindən döndər ki, mübarizəni dayandırsın. Ona hansı ifadə ilə və necə təsir göstərərdin?
2. Babəkin üstünlüklərinə dair 3 arqument göstər.
3. Babəkin mənfi cəhətlərini əks etdirən 3 arqument göstər.
4. Afşinə məxsus sevdiyin cəhət.
5. Babəkə məxsus sevdiyin xarakter.
6. Azadlıq mübarizəsinin rəhbəri olsan hansı işləri ön plana
çkərdin?
7. Ərəb Xilafətini çökdürmək üçün mübarizədən başqa təklif
ver.
8. Azadlıq nədir?
9. Döyüşdə qalib gəlmək mütləqdirmi? Səncə məğlubiyyət
insana nə öyrədir?
10. Düşmənini məğlub etmək üçün hansı üsuldan istifadə
edirsən?
Nümunə : 2 Soğan qabığında şəxsiyyətlərə məxsus ifadələr yazılır lakin tamamlanmır. İfadənin tamamlanmayan hissəsində nöqtələr qoyulur. Nöqtələrin yerinə yazılan ifadəni soğan qabığını açan şagird tamamlayır. ( Bu çox qısa vaxtda həyata keçirilə bilər)

Domino oyunu

Mövzu: Şirvanşahlar dövləti XII əsrdə
 Dominaya bənzər formada qalın kardon kağızdan kartlar
hazırlanır.Üzərində domina formasında kart iki hissəyə bölünür.Kartın sol tərəfinə sual, sag tərəfinə isə cavab yazılır.Bir kartın üzərində yazılmış sualın cavabı digər domina kartında olur.

Və cavablara müvafiq olaraq domina oyunu qaydası ilə
oynanılır. 
Müəyyən vaxt ərzində şagirdlərin qarşısında qoyulmuş tapşırıq yerinə yetirilir. 

Qeyd: Öncədən kartlar hazırlanarkən vaxt müəyyən edilməli ki, dərs müddətində vaxtdan səmərəli istifadə edilsin







Yaşıllaşan Ağac oyunu

Lövhədə böyük bir vərəqdə ağac şəkili çəkilərək asılır. Bu ağac adi ağac şəkilindən fərqli olaraq yarpaqsız olur.Yaşıl rəngdə kağızlardan yarpaq formasında kəsilir ( sualların sayı qədər) Daha sonra yarpaq formasında olan kağızlar şagirdlərə paylanılır.Bu oyun sinif iki qrupa bölünərək həyata keçirilir.Hər qrupa


suallar yazılmış ( və ya tapşırıq) sorğu vərəqi verilir.
Lövhədəki ağac da öz növbəsində iki hissəyə ayrılır.

Şagirdlər qrup daxilində sualların cavablarını taparaq hər sualın cavabını bir yarpağa yazır. Və sonda isə qrupla bu prosesi yerinə yetirib, aparıb lövhədə ağacın onlar üçün ayrılmış hissəsində yarpaqları yapışdırırlar.Hansı komanda (qrup) daha çox suala cavab versə o qrup qalib gəlir.
Nümunə: Mövzu - Manna dövləti
Qrup-1_Suallar.
1. Manna dövlətinin əsas vilayəti hansı idi?
2. III Tiqlatpalasar Mannanın hansı vilayətini işğal etmişdi?
3. Mannada Assurmeyill əhalinin məqsədi nə idi?
4. Mannanın mügaribə apardığı dövlətlər hansılar idi?
5. Manna neçənci əsrdə meydana gəlib?
6.Mannanın müstəqil xarici siyasət yeritmiş hökmdarları kimlərdir?
7.Mannada mərkəzləşdirmə siyasətini yeridən hökmdar kim olmuşdur?
8. Mannanın ən qısa müddətli hökmdarı kim olmuşdur?
9. Manna dövlətində tapılan abidələr.
10. Assuriya ilə ittifaqı bərpa edən hökmdar.
Qrup-2_Suallar
1. Mannanın paytaxtı hansı şəhər idi?
2. Mannanın Urartu meyilli qüvvələrinin məqsədi nə idi?
3. Manna neçənci ildə süqut etmişdir?
4. Mannada mərkəzləşdirmə siyasətinin mahiyyətini yazın.
5. Mannanın ən qüdrətli hökmdarı.
6. Assuriya ilə ittifaqı pozan hökmdar.
7. II Sarqonun böyük yürüş təşkil etdiyi ölkələr.
8. E.ə 719- cu ildə İranzuya qarşı üsyan Mannanın hansı
vilayətlərində baş vermişdir?
9. Mannada inkişaf etmiş sənət sahələri.
10. Mannada atçılığın geniş yayıldığı vilayətlər.

Balığı Tut Oyunu
Nəzarətçi tərəfindən akvarium düzəldilir. Akvarium istənilən bir
formada hazırlana bilər. Əgər qutu şəkilində olacaqsa, balıq formasında kardonlar
hazırlanaraq qutuya atılır. Və yaxud da Yox əgər müstəvi şəkilində hazırlansa balıqlar o müstəvinin üzərinə yapışdırılır.

Balıqların arxa hissəsində anlayış yazılır. Balığı tuatan şagird isə balığın arxa hissəsində yazılmış olan ifadəni ürəyində oxuyur və him cimlə o anlayışı yoldaşlarına çatdırmağa çalışır.Əgər ifadəni him cimlə tapmaq çətin olacaqsa auditoriyaya balığın arxasındakı terminə uyğun digər terminlər
səsləndirilməklə kömək edilir. Auditoriya müxtəli fikirlər səsləndirir və termin tapılır.
Nümunə: Mövzu – Xanlıqlar
Balıqların arxasında yazılacaq ifadələr
aşağıdakılardır:


  • Hacı Çələbi
  • Nadir
  • Fətəli xan Qubalı
  • Ağa Məhəmməd Şah Qacar
  • Vaqif
  • Məhəmməd xan
  • Sisiyanov
  • Cavad xan
  • İbrahimxəlil xan
Kim daha diqqətlidir oyunu
Bu oyun fəal oyundur. İştirakçı ilə nəzarətçi arasında baş verir. Pərakəndə şəkildə rəqəmlər və ya terminlər yazılır. 2 komanda

yarışır.Kim daha tez ardıcıllığı təmin etsə qalib gəlir.

Nümunə: 
e.ə.843.e.ə740.e.ə719.e.ə722.e.ə.718.e.ə.718.e.ə.716.714.e.ə.650

.e.ə590.e.ə.605.e.ə.585.e.ə.530......................................................



Anaqram oyunu
Bu oyun yazılan hər hansı bir terminin əksinə dəyişdirilərək söz
yazılmasından ibarətdir.
Nümunə:

Brom – Romb                                                       Bicah – Hacib
Ridar – Nadir                                                         İgrev – vergi



Gül Ləçəyi oyunu

Gül formasına salmaq məqsədilə rəngli kağızlardan ləçəklər
hazırlanır. Ləçəklərə suallar yazılır. Daha sonra suallar yazılmış ləçəklərə gül formasına salınaraq auditoriyaya təqdim edilir. İştirakçılar bir – bir gülə yaxınlaşaraq hərə gülün bir ləçəyini
qopararaq, qarşılaşdığı sualı cavablandırır.
Nümunə:

Mövzu: Novruz bayramı

1. Torpaq nədir?
2. Su nədir?
3. Külək nədir?
4. Od nədir?
5. Səndən əvvəlki yoldaşlarının səsləndirdiyi terminlər nə zaman bir araya gəlir?
6. Novruz bayramına məxsus şirniyyatlardan hansıları tanıyırsan?
7. Novruza məxsus adət- ənənələrimizdən hansıları tanıyırsan?
8. Novruz bayramının gəlişini hansı quşlar xəbər verir?
9. Novruz bayramında hansı çiçəklər açılır?


Digər fəallaşdırma oyunları:
Bu oyunlar tanışlıq, əyləncə, yorğunluğu aradan qaldırma, zehni açma və s. məqsədilə aparıla bilər.



Müsahibə oyunu
İştirakçılar otaq daxilində gəzişməyə başlayırlar. Və digər bir yoldaşlarına yaxınlaşaraq ondan müsahibə götürürlər.
Müsahibə müxtəlif formalarda təşkil oluna bilər. 
Ya otaqda gəzişərək,
ya saat şəkili çəkməklə hər saata uyğun bir vaxtda görüş təşkil etməklə,
ya rəngli kağızlardan istifadə etməklə və s. təşkil etmək olar.Müsahibənin sorğu vərəqini qabaqcadan hazırlamaq lazımdır. Beləki,
müsahibə müsahibə götürəcəyin şəxsin xarakteri ilə, kariyerası ilə və s bağlı ola bilər. Bir dəfə yaxınlaşdığın müdavimin yanına bir də yaxınlaşmaq olmaz.


Göz bağlama
İştirakçılar iki komandaya bölünərək üz – üzə dayanırlar. Bu
komandanın üzvləri qarşı- qarşıya dayanırlar. Oyun başlanır.Birinci oyuna başlayan iştirakçı qarşısından üzünü əks tərəfə çevirməsini istəyir. Öz paltarında hər hansısa bir dəyişiklik edir və oynadığı komanda üzvünün geri çevrilməsini istəyir. Proses tez bir zamanda yerinə yetirilməlidir. Lakin bu zaman hər iki komandanın digər üzvləri susmalıdır. Qarşıdakı komanda üzvü qarşısındakının geyimində olan dəyişikliyi tapmalıdır.

Yerlərinizi dəyişdirin
İştirakçılar dairə üzrə əyləşirlər. Mərkəzdə stul qoyulur və

iştirakçılardan biri bu stulda əyləşir. İlk olaraq stulda müəllimin özünün
əyləşməsi daha məqsədəuyğundur. Həmin iştirakçı hər hansı bir
xüsusiyyətinə görə yerlərini dəyişmələri üçün göstəriş verir.
Məsələn:
􀁸 Ağ köynəyi olanlar
􀁸 Kök olanlar
􀁸 Heyvanları sevənlər
􀁸 Quşları sevənlər
􀁸 Soyadları eyni olanlar
􀁸 Adları eyni hərflə başlayanlar və s.

Xüsusiyyətlərlə dolu portfel

İştirakçılar dairə üzrə ayaq üstə dayanırlar. Onlardan biri mərkəzdə durur. Dairədə olanlar ardıcıl olaraq mərkəzdə dayanan şəxsin bir keyfiyyətini deməlidir. Bütün iştirakçılar mərkəzdə dayanan iştirakçının keyfiyyətini dedikdən sonra nöbəti iştirakçı mərkəzə dəvət olunur.

Müsahibə yolu ilə tanışlıq
Yeni tanılıqlar zamanı iştirakçıların bir birlərini daha yaxından
tanımaları üçün bu oyunun təşkili maraqlı olar.
Bütün iştirakçılara otaqda gəzişərək bir birləri haqqında məlumat
toplamaq tapşırılır. Bu proses də qısa müddətə həyata keçirilə bilər.

Dolaşdırılmış zəncirlər
İştirakçılar dairə şəklində düzülür, gözlərini bağlayır və əllərini qabağa uzadırlar. Toqquşaraq əllər bir birinə dolaşır. Sonra iştirakçılar sol əllərini uzadaraq özlərinə partnyor axtarırlar. Aparıcı əllərin birləşdirilməsinə kömək edir və hər kəsin iki adamın əlini tutmasına nəzarət edir. İştirakçılar gözlərini açırlar. Onlar əllərini açmadan azad olmalıdırlar. Onların oynaqlarının burxulmasının qabağını almaq üçün, yəni əllərini açmadan biləklərinin vəziyyətinin dəyişdirilməsinə icazə verilir. 
Bunun nəticəsində aşağıdakı hallar baş verir.
􀁸 Ya dairə alınır
􀁸 Ya calaşlaşdırılmış bir neçə dairə alınır
􀁸 Ya bir neçə dairə alınır yada cüt alınır
Mənbə: Zülfiyyə Veysova

Korlanmış telefon oyunu
Bu oyunda iştirakçılar dairəvi formada düzülürlər. Birinci oyuna
başlayan iştirakçı yanındakının qulağına bir ifadə səsləndirir (bu meyvə, heyvan, əsər, əşya və s. adı ola bilər) Daha sonra
növbəti iştirakçı o ifadəyə bənzər başqa bir ifadəni yanındakı
 digər yoldaşının qulağına səsləndirir. Proses bu şəkildə davam
edir sonuncu iştirakçıya qədər.
Mənbə: Zülfiyyə Veysova


Gizli qabiliyyətlər

Müəllim sinifdəki bütün şagirdlərə kağız paylayır. Sonra isə şagirdlərə müraciət edir. Şagirdlərin xoşladıqları, amma onlardan başqa heç kimin bilmədiyi nə isə bir şeyi yazmağı bildirir.
Sonra isə müəllim kağızları şagirdlərdən toplayır, qarışıdırıb yenidən şagirdlərə paylayır. Müəllim bu prosesi icra etməyi hər hansı bir şagirdə də həvalə edə bilər. Müəllim çalışmalıdır ki, hərənin öz kağızı özünə qayıtmasın. Kağızları yenidən alan şagrdlər sinifdə gəzişməyə başlayır. Onlar kağızda yazılan gizli qabiliyyətlərin sahiblərini tapmağa çalışırlar.

İki doğru ,bir yalan


Müəllim tərəfindən şagirdlərə özləri ilə bağlı 3 şey yazmaları bildirilir. Boş vaxtlarında nə etməyi xoşladıqları şeyi, evdə, həyətdə nə etdikləri və s. bunların ikisi doğru, biri yalan olmalıdır. Amma yalan olan mütləq ağlabatan bir şey olsun, gerçək olanlar isə qeyri adi ola bilər. Daha sonra müəllim digər şagirdlərə müraciət edir ki  yazıların hansının doğru, hansının yalan olduğunu təxmin etsinlər. Bu proses bütün siniflə və ya kiçik qruplarda da həyata keçirilə bilər. Vaxtdan səmərərli istifadə etmək üçün və ya vaxta qənaət üçün qruplarda təşkil etmək olar.

Hörümçək toru

Bu buzqıran olduqca maraqlıdır. Bu buzqıran şagirdlərdə birgəlik, komanda şəklində çalışma hissini yaradır və onlarda bu bacarıqları formalaşdırır. Müəllim şagirdlərdən böyük bir dairə formasında sinfin mərkəzində oturmalarını və ya ayaq üstə durmalarını xahiş edir. Onlara bir ip yumağı verir.Sonra müəllim şagirdlərə tapşırıqları elan edir. Şagirdlərə hər birinin adını və özü ilə bağlı şəxsi bir məlumatı qrupla paylaşmaq fürsəti yarandığını deyir. Düşünmələri üçün onlara 1 və ya 2 dəqiqə vaxt verir. Şagirdlər ardıcıl olaraq başlayır. Şagirdin biri başlasın deyir müəllim: (Məsələn mənim adım Əhməddir və mən çox emosional oğlanam.) Sonra bu şagird ipin bir ucundan tutaraq ip yumağını qarşısındakı bir şagirdə doğru yuvarlansın. Şagirdlər bu şəkildə prosesi davam etdirərək yumağı bir birlərinə göndərirlər. Proses hamı qurtarana qədər davam edir. Əgər kimsə imtina etmək istəyirsə pas deyə bilir. Ortada "hörümçək toru" yaranana qədər bu şəkildə davam edir.


Başını qaldır dostum!

Bu buzqıranda şagird sayı üstünlük təşkil edir. Sinifdə dərsi qurarkən əgər öncədən plaşlaşdırmısınızsa ki, şagirdləri cütlərdə işlədəsiniz bu zaman bu buzqıran həm əyləncə üçün, şagirdlərin yorğunluğunu aradan qaldırmaq üçün həm də cütləri təsadüfi seçmək üçün əlverişlidir. Bunun üçün sinifdə şagird sayı10-30 nəfər arasında olmalıdır. Şagirdlər dairə formasında ayaq üstə dururlar. Bu zaman şagirdlər hamısı yerə baxmalıdırlar. Hamının yerə baxmasını müəllim bildirir. Sonra "Başını qaldır dostum! deməyi şagirdlərə tapşırır. Hər kəs dairədəki başqa şəxsi üzünə baxır. Bu zaman başını qaldıran hər kəs qarşısındakı şagirdi görür və ona "Başını qaldır dostum "deyir. Bir neçə nəfər biri birinə baxır. bir birinə baxanlar isə biri birinə dostum deməyə məcburdurlar. Onlar cütləşir və cütlük əmələ gətirirlər. cütləşən şagirdlər ardıcıl olaraq dairədən ayrılıb cüt şəklində yerlərində əyləşirlər. Proses bütün şagirdlər cütləşənə qədər davam edir.





Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar