DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

2 Temmuz 2016 Cumartesi

Dərs-25 Fəal dərsin ilk mərhələsi-Motivasiya mərhələsi

Motivasiya nədir?
Biz motivasiya haqqında nələri öyrənirik?
Nələri bilməyimiz daha önəmlidir?
Hansı nöqsanlara yol vermək olmaz?
Birlikdə öyrənək....

1. Gəlin əvvəlcə öyrənək görək motivasiya mərhələsi hansı hissələrdən ibarətdir?
2. Motivasiyanı həyata keçirmək nə üçün lazımdır? 
3. Dərsdə tədqiqat sualının hansı rolu var? 
4. Motivasiyanı yaradan daha hansı amillər var? 

Motivasiya, onun quruluşu və prinsipləri ilə tanış olaq, sonra isə birlikdə suallara cavab tapaq.
 Əvvəlcə qeyd edək ki, motivasiya dərsin başlanğıc mərhələsidir. Fəal dərs, fənn kurikulumuna əsaslanan dərsin motivasiyadan başlanması olduqca vacibdir. Motivasiya şagirdin nöbəti dərs prosesindən hazırki dərs prosesinə yorğun keçməsinin nəticəsində, bu yorğunluğu aradan qaldırmağa, şagirdi yormamağa və şagirdi yorucu olmadan biliyi səviyyəsində düşündürməyə xidmət edir. 
Unutmayaq: Motivasiya dərsin 50 faizini təşkil edir.
Əgər müəllim motivasiyanı düz qurubsa, deməli dərsin 50 faizi müvəffəqiyyətlə yerinə yetirilmişdir. 
Motivasiyanın quruluşu:

(Yeni bilik ilə əlaqəli məqsəd)- dərsdə nəzərdə tutulur

Yönəldici suallar, tapşırıqlar- (mövzuya, əsas məqsədə yönəldirlər, dərsin başlanmasını təşkil edirlər.: 1,3 sual ola bilər.
Tədqiqat sualı:
(dərsin əsas məqsədini əks etdirir: Tədqiqat sualı=məqsəd; adətən bir sual olur.  Dərsin sonunda ona qayıtmaq olduqca vacibdir.
Motivasiya 2 əsas prinsip üzərində qurulur
problemlilik
məqsədyönlük
Bu iki prinsip motivasiya zamanı mütləq  öz əksini tapmalıdır.
1. Problemlilik- Dərsin əvvəlində şagirdlərin qarşısına problem (ziddiyyəti həll etməyə tələb edən fikir, sual) qoyulmalıdır. Bu problemi müəllim necə seçə bilər? Burada uşaqların ilkin biliklərinə zidd olan məlumat və onunla bağlı olan sual təqdim olunmalıdır. Bu tədqiqat sualı bizə imkan verir ki, biz problemlilik prinsipini həyata keçirək. Tədqiqat sualın əsasında tədqiqat işi təşkil olunacaq.
2. Məqsədyünlük:- Əgər bu prinsip gözlənilmirsə biz dərsi düz qura bilməyəcəyik. Dərs zamanı aparılan tədqiqat və ümumiyyətlə bütün fəaliyyətlər məqsədlə sıx bağlı olmalıdırlar. Bunun zəmini təşkil edən, motivasiya zamanı verilən tədqiqat sualıdır. Köməkçi suallar isə həmin tədqiqat sualına yönəldən suallardır. Bunun üçün müəllim birinci növbədə dərsin məqsədləri araşdırılmalıdır. Bu məqsədlərdən şagirdlərin aktual bilik və bacarıqları nəzərə alan və yeni biliklərin (məzmunun) daxil olması ilə əlaqəli olan məqsəd seçilir.

1. Motivasiyanı qurarkən, şagirdlərin qarşısında problem qoyulur. Bu problem qoyularkən dərsin maximum 5-7 dəqiqaəsini alır. Əks halda dərsdə vaxtdan səmərəli istifadə etmək mümkün olmayacaq və müəllim motivasiyanı uzatdıqca uzanacaq. Əgər motivasiya uzanırsa deməli müəllim evdə motivasiyanı qurarkən hardasa nöqsana yol verib(şagirdlərin yaş səviyyəsini nəzərə almayıb, şagirdlərə bəlli olmayan məsələ ilə bağlı suallar verə bilər və s) 
2. Problemi qoymaq üçün, sual və ya tapşırıq verilir-yönəldici suallar təklif olunur-tədqiqat sualı çıxarılır-fərziyyələr irəli sürülür.
 Motivasiyanın yaradılması və həyata keçirilməsi o qədər də asan iş deyil və dərsin nəticəsi onun müvəffəqiyyətlə qurulmasından asılıdır. 
3. Şagirdlərin qarşısında problem qoyulursa o zaman onda idrak fəallığı yaranır, düşünməyə başlayır və fərziyyələr irəli sürür
4. Problem situasiya ; Obyektin xüsusiyyətləri; Tədqiqat imkanının olması; Yaradıcılıq imkanının olması; vacib şərtlərdir.
Qeyd: Materialların bəzi "BLOQ YAZARLARI" tərəfindən kopyalanaraq və şəkilinin çəkilərək yayılması QADAĞANDIR!

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar