DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

9 Haziran 2016 Perşembe

Müxtəlif istiqamətlərdə test tapşırıqlarının hazırlanması və onlarla şagirdlərin bilik və bacarıqlarının yoxlanılması

-DİQQƏT-
Materialın kopyalanaraq başqa yerlərdə yayımı qadağandır

Şagirdlərin biliklərinin yoxlanılması və uçotu tədris metodikasının ən mürəkkəb məsələlərinə aid olub, dəfələrlə metodik ədəbiyyatdan müzakirə edilmişdir. 
1. Biliklərin yoxlanılması prosesində  təkcə dərslərdə, dərslərə hazırlaşarkən şagirdlərin tədris fəaliyyətinə müntəzəm nəzarət funksiyaları bu zaman əldə edilmiş nəticələrin uçotu və ona qiymət verilməsi həyata keçirilmir, həm də bilik və bacarıqların daha da təkmilləşdirilməsi, onların dərk edilməsi və onların möhkəmləndirilməsi prosesi baş verir.
2. Şagirdlərin bilik və bacarıqlarının müntəzəm öyrədici yoxlanışı onların təfəkkürünün, şifahi və yazılı nitqinin və tarixi material üzrə müxtəlif bacarıq və iş vərdişlərinin daha da inkişaf etməsinə kömək edir
3. Biliklərin müntəzəm yoxlanılması və uçotu məktəblilərə böyük tərbiyəvi təsir bağışlayır, çünki bu iş onları hər gün səylə işləməyə sövq edir, onlarda əməksevərlik, inadcıllıq, iradə tərbiyə edir.
4. Şagirdlərin biliklərinin yoxlanılması prosesində müəllimdə özünü yoxlama həyata keçirilir.
Hər şeydən  əvvəl şagirdlərin təlimdə qazandıqları biliklər, bacarıqlar və şagirdlərin inkişafı yoxlanılmalıdır. Təkcə şagirdin xronoloji tarixləri yadda saxladığını yoxlamaqla kifayətlənmək olmaz, həm də yoxlamaq lazımdır ki, şagird bu tarixlərə əsasən hansı hadisənin əvvəl, hansı hadisənin sonra olduğunu və ya bu hadisələrin neçə il bundan əvvəl olduğunu təyin edə bilirmi?
 Yoxlama təkcə ev tapşırıqlarının yerinə yetirilməsini yoxlamaqdan ibarət olmayıb , həm də dərsdə şagirdlərin tədris fəaliyyətinin; onların diqqəti, fəallığı, vicdanla işləmələri, tapşırıqların yerinə yetirilməsinin düzgünlüyünün yoxlanılmasından ibarət olduqda təhsilin nəticələrinin yoxlanılmasının əhəmiyyəti qat qat artır.
 Yoxlama təkcə müəllimə deyil , şagirdlərin özlərinə də imkan verir ki, onlar təlim prosesində öz inkişaflarını, öz tədris vəzifələrinə olan münasibətlərinin düzgünlüyünü və vicdanla yanaşmalarını görsünlər və qiymətləndirsinlər.  Müəllim şagirdin irəliyı hərəkətini: cavabların əvvəlkinə nisbətən daha yaxşı qurulduğunu , xəritəni öyrənməkdə, nitqin inkişafındakı irəliləyişi təlimə əvvəlkinə nisbətən daha ciddi münasibət bəslədiyini və s gördükdə yoxlamanın əhəmiyyəti xüsusilə artır
VI-VII siniflərdə şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və uçotunun rəngarəng formalarından effektli sürətdə istifadə olunur.

Geniş cavablar üçün şagirdlərin çağırılması: Belə cavablar şagirdlərdə şifahi nitqin inkişafı üçün xüsusilə böyük rol oynayır. Dərsliyin mətni üzrə və yaxud onun illüstrasiyalarının məzmunu üzrə nağılın diqqətlə hazırlanması üçün stimul yaradır. Şagirdləri geniş cavab üçün çağırmaqdan imtina etmək səhv və zərərli olardı, Nitq bacarıqlarının hələ nisbətən zəif olduğu VI-VII siniflərdə şagirdlərin geniş sorğu -sualı çox vaxt aparır.
Movzunun daha mühüm sualları üzrə qısaca cavablardan  ötrü şagirdlərin çağırılması:
Xəritə və ya yazı lövhəsi önündə geniş cavab verməkdən başqa şagirdlər yerlərdən qısa cavab da verirlər. Yoxlamanın bu forması şagirdləri dərsin və mövzunun məzmununda başlıca cəhəti ayırmağa və cavablarını qısa ifadə etməyə öyrədir. Bu zaman  qısa müddətdə çox şagirddən dərsi soruşmaq olar. Lakin VI-VII sinif şagirdlərində qısa cavabdan ötrü çağırılmasında , biliklərin yoxlanılmasının nöqsanları vardır. 
Şagirdlərdə dərsliyin mətni ilə ətraflı iş aparılmasına diqqət zəifləyir 
Şagirdlərdə müəllimlərin tələbi azalır
Qısa cavab üçün qoyulan qiymətlər çox zaman təsadüfi xarakter daşıyır
VI-VII siniflərdə şagirdlərin biliklərinin yoxlanılmasının məzmunu və təşkilində hələ də ciddi nöqsanlar vardır.
1. Çox zaman biliklərin yoxlanılması dərsliyin mətnini və şagirdlərin eyni çətinlikdə olan cavablarını tələb edən suallarını bərpa etmək təklifi ilə məhdudlaşır.
2. Yazı lövhəsinə və xəritə önünə çağırılmış şagirdlərlə aparılan iş sinfin qalan şagirdlərinin fəal iştirakı olmadan aparılır. şagirdlər öz yoldaşlarının cavablarına düzəliş və əlavələr etmirlər. 
3. Şagirdlərin cavbalarına müəllim resenziya vermir
4. Biliklərin yoxlanılmasında  şagirdlərə differensial yanaşma gözlənilmir
5. Yoxlama çox zaman əvvəlki dərsin yalnız məzmunu üzrə aparılır və əvvəllər keçilmişlərin təkrarı ilə əlaqələndirilmir.
6. Dərsliklərin materialın müstəqil sürətdə düşünülməsi, şagirdlərin yoxlanılması və özünüyoxlaması şagirdlərin bacarıqlarının inkişafı üçün paraqraflarının tapşırıq və suallarından az istifadə edilir
7. Şagirdlərə verilən əlavə suallar çox vaxt dərsin əsas mövzusu ilə əlaqələndirilmir və yalnız xronoloji tarixlərə və tarix xəriitəsinə dair biliklərin formal yoxlanılmasına xidmət edir, halbuki, onlar materialın cari təkrarı vəzifələrinə xidmət etməlidir
8. Bəzi müəllimlər hər bir şagirddən rübdə cəmi 1-2 dəfə dərs soruşurlar
9. Bəzən müəllimlər biliklərin yoxlanılmasına dərsdə vaxtın yarısından çoxunu sərf edir. Bu yeni materialın öyrənilməsinə ciddi ziyan vurur. Yeni materialın mənimsənilməsi əsasən şagirdin ev işinə daxil edilir.
Son illərdə  iş təcrübəsində biliklərin yoxlanılmasının xeyli təkmilləşməsi müşahidə edilir. Şagirdlərin tarixi material ilə apardığı müstəqil iş, bacarıq və vərdişlərinə yiyələnməsinin yoxlanılması güclənmişdir
Biliklərin yoxlanılması zamanı sinfin bütün, şagirdlərinin fəal işə cəlb edilməsi vəzifəsi daha müvəffəqiyyətlə həll edilir ki, bu da yoxlamanın öyrədici və tərbiyəedici funksiyalarının güclənməsinə aparıb çıxarır.
Şagirdləri daha tez-tez  çağırmağa başlamışlar, onların yazılı və qrafik işlərini daha tez tez yoxlamağa başlamışlar. lakin, tarixə dair biliklərin yoxlanılmasının metodikasını daha da təkmilləşdirmək lazımdır.

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar