DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

22 Haziran 2016 Çarşamba

Cəfər Cabbarlının həyat və yaradıcılığına, əsərlərinə ithab edilmiş məktəb tədbiri ssenarisi

Cəfər Cabbarlının həyat və yaradıcılığına, əsərlərinə ithab edilmiş məktəb tədbiri ssenarisi

Salam hörmətli qonaqlar,əziz müəllimlər və məktəbimizin şagirdləri.Tariximizdə bir nadir insan var.O, milli təqvimə görə Novruz bayramı günü 20 mart 1899-cu ildə dünyaya göz açıb.Bu gün biz bura həmin dahi şəxsiyyətin-Cəfər Cabbarlının yaradıcılıq gecəsini qeyd etməyə toplaşmışıq.Bu gecə münasibəti ilə təşkil etdiyimiz tədbiri açıq elan edirik.
Cəfər Cabbarlı-bu ad Azərbaycan ədəbiyyatında və Azərbaycan tarixində qızıl hərflərlə yazılmışdı.Ədibin yazıb yaratdığı müxtəlif əsərlər Azərbaycan ədəbiyyatını-söz sənətini xeyli zənginləşdirmişdir.
O,yaradıcılığa lirik şeirlərlə başlamışdır.Şeirləri ilə müxtəlif ruhda mövzülara toxunmuş yeni-yeni yeniliklər gətirmişdi  Azərbaycan ədəbiyyatına
Salam şeiri də bu lirik şeirlər içərisində özünə məxsus şəkildə səslənən şeirlərdəndir.Gəlin ilk öncə Cəfər Cabbarlının Salam şeiri ilə sizi salamlayaq
XX yüzilliyin sübh şəfəqəri gürüb etməkdə olan əsrin qatı dumanlığından boy göstərməkdə idi.Bahar Xızı dağlarına həmişəkindən tez gəlmişdi.Uzaq əsrlərin sınağından süzülüb gələn əziz və müqəddəs Novruz bayramının gəlişi hər yerdə bir canlanma,yüksək əhval-ruhiyyə yaratmışdır
Təbiətin xəsisliklə bu yerlərə bəxş etdiyi təbəssümünü dərdlərin dağlar qədər ağırlığından qırışığı açılmayan Cəlil kişinin ortancıl nəvəsi Qafar Cabbar oğlunu tanrının və taleyin nur bərəkət payı kimi  qiymətləndirirdi
Havanın eyni açılanda meşəyə yol da açılırdI.Meşə yolu haqq yolu qədər onun üçün müqəddəs və bərəkətli idi.Meşə yolu,yarpaq dolu yaşıl ağaclara o heç zaman qıymamış xəyanət etməmişdi
Qafar Cabbar oğlunun əl atdığı ağaclar ayağı  yerdən,əli göydən üzülmüş,quru odun parçaları idi.O,oduna od vururdu.Sönmüş odu una dəyişirdi.Bu iş davamlı olaraq təkrarlanırdı.
Qafar kişi odu una,odunu çörəyə çevirirdi.Daha dəqiqi onun çörəyi oddan çıxırdı.Odun qırıb kömür hazırlamaq işində ona böyük qardaşı İbrahim və özündən kiçik qardaşı Bayram'da kömək edirdi.Ağır zəhmətin müqabilində ailəni dolandırmaq çox çətin idi.
İki qardaşına və üç bacısına himəyədarlıq edən Qafar Cabbar oğlunun ailəsində Hüseynqulu,heydər və əjdər adlı 3 oğlu da böyüyürdü.Həyat yoldaşı Şahbikə xanım isə dünyaya yeni övlad gətirməyə hazırlaşırdı.Vəziyyətin ciddiliyini duyan Qafar kişi Bakıya səfərini təxirə saldı.Qonşusu Şahbazı və böyük oğlu Hüseynqlunu haylıyan Qafar kişi kömür ehtiyatını artırmaq üçün bir böyük öküzünü  və 2 çarxlı arabasını hazırlayaraq bu gün də meşəyə üz tutdu.
Son illər  Şahbikə xanımın dünyaya gətirdiyi övladların elə körpə ikən tələf olmaları onu bərk narahat edirdi.Tərs kimi meşə qoruqçusunun onun qarşısına çıxması və həmişəki kimi onun keyfinə soğan doğraması Qafar kişini fikrindən daşındırdı.Darıxdığını hiss edib 10 ilometr yolu əli boş geri qayıtmaq məcburiyyətində qaldı.Meşədən əli boş qayıtmağın üzücü yorğunluğunu bacısı Zərnişan xanımın muştuluq xəbəri unutdurdu
    Ay qardaş gözün aydın oğlun oldu.
Yeni doğulan körpə Qafar kişinin sayca 7-ci sağ qalanlardan isə 4-cü övladı idi.Cəfər qafar oğlu dünyaya gəlişi ilə ailəsini,yaxınlarını,qohumlarını sevindirdi.Bu münasibətlə heç bir rəsmi şəxsə və orqana-mollaya,kəndxudaya  müraciət edilmədi.Kənd şəraitində buna luzum görülmür ehtiyyac duyulmurdu
Bir dəfə kömür hazırlamaq üçün meşədə odun doğrayarkən ağac parçası qəflətən gözünə dəymiş,bir gözü kor olmuşdur.Daha kömür hazırlaya bilməyən Qafar kişi ailəsi ilə Bakıya köçmüş və bundan sonra məşhur Dağlı məhəlləsində yaşamış,burada da  vəfat etmişdir
Bu vaxt Cəfər hələ kiçik idi,2-3 yaşı olardı.Atasının ölümündən sonra ailənin bütün ağırlığı anasının üzərinə düşür .Anası Şahbikə dözümlü,çalışqan bir qadın idi.14 uşaq dünyaya gətirmişdi,lakin həmin uşaqlardan ancaq 4 oğlu sağ qalmışdı.
Öncə onu qeyd edək ki,C.Cabbarlı həyat yolunun mühüm dönəmlərini özündə əks etdirən xeyli rəsmi sənədlər arxivlərdə mühafizə olunur.Bu sənədlərə əsasən demək olar ki,böyük dramaturqun saölıöında ona verilən rəsmi sənədlərin heç birində onun təvəllüdünü ayı günü göstərilməmişdi.Lakin qeyd etmək lazımdır ki,Bakı Politexnik məktəbindən 1920-ci ildə verilən şahadətnamə də  C.Cabbarlının 1897 ci ildə anadan olduğu göstərilmişdi.
1905-ci ildə 7-ci Müsəlmani və Rusi məktəbinin 1-ci sinifinə daxil olanlardan biri də bəstəboy,qaynarbaxışlı “dağlı ” balası sonralar söz sənətinin qüdrətli nümayəndəsi,görkəmli Azərbaycan dramaturq kimi şöhrət qazanmış Cəfər cabbarlı idi.O da yüzlərlə həmyaşıdları kimi elm aləmi,sənət meydanı deyilən sirli bir qapını ilk dəfə buradan açırdı
Həyatın təlatümlərindən,sənətin zirvələrinə doğru ucalan yolu buradan başlayırdı.Çətin yollarda əlləridən tutan müəllimləri,tanınmış ədib və pedoqoqlar-Süleyman Sani Axundov,Mikayıl Müşfiqin atası,Abdulla Şaiq,Rəhim Bəy Şıxlınski kimi maarif fədailəri,işıqlı simalar ilə fəxr edirdi.Onlara inanırdı və güvənirdi.
Beləliklə,dünyaya bahar bayramında göz açmış C.Cabbarlı yaradıcılıq aləminə də "Bahar" şeiri ilə gəlmiş,1915 –ci ildə ilk şeiri olan bu şeir ''Məktəb" jurnalının 6-cı sayında dərc edilmişdi                                    "Bahar","Ey dan ulduzu"
Onun gənc yazıçı kimi yetişdiyi dövrdə Milli Demokratik Respublika yaranır və C.Cabbarlı bu hadisələrə çox böyük rəğbət bəsləyirdi.Demokratik respublikanın devrilməsindən sonranC.Cabbarlı yenə də ədəbi yaradıcılıqla məşğul olur."Ölkəm" "Mənim tanrım" seirlərini yazır
1919-cu ildə Azərbaycan demokratik cümhuriyyətinin cəmi bir yaşı olarkən 20 yaşlı C.Cabbarlı  "Ölkəm" adlı şeir yazdı.O dövrdə bu mövzuya toxunmaq çox aktual idi.Amma bu poetik əsərin mahnıya çevrilməsi  10 il sonra baş tutdu. İstedadlı musiqiçi Asəf Zeynallı "Ölkəm"ə  musiqi  bəstələdi. Bu əsər bütün Azərbaycan musiqi tarixinin  ən ciddi və əhəmiyyətli əsərlərindən biri hesab olunur         "Ölkəm" mahnısı
1915-1920-ci illər C.Cabbarlının təkcə tələbəlik illəri deyil,həm də ədəbiyyata-sənətə gəldiyi dövrdür.O,Azərbaycan dramaturgiyasında sosial  realizmin əsasını qoydu.
C.Cabbarlı lirik şeirlərində yurdsuz, kimsəsiz, zavallı insanların halına acıyır,onların 1 parça çörəyə həsrət qaldıqlarını,ehtiyyac və yoxsulluq içindı boğulduğunu göstərirdi."Qürüb çağı 1 yetim""Boranlı qış gecəsi" şeirlərindəki yetimin dağmada can üstə olan xəstə ananın obrazı C.Cabbarlının bu şeirlərində halına acıdığı iztirab və kədərinə şərik olduğu insanların obrazı idi.      "Boranlı qış gecəsi"
Ana! O adln qarşısında 1 qultək həmişə səcdədə olmaq mənə fəxarətdi.Elə bir övlad tapılmaz ki,o adın qarşısında baş əyməsin ona itayətini bildirməsin.Məhz,C.Cabbarlı da həmin sənətkarlardandır,bütün övladların öz analarına demək isdədikləri sözləri C.Cabbarlı onların adından söyləmişdir.
C.Cabbarlı lirik şeirlərinin arasında heç şübhəsiz ,ən qüvvətlisi anadır.Şair bu əsərdə ananın  böyüklüyü və müqəddəsliyini bu zərif vücud qarşısında ən qüvvətli insanın  belə gücsüzlüyünü,itaətkarlığını göstərirdi qüvvətli  təzadlar vasitəsilə ananın parlaq lirik-romantik obrazını yaratmış olurdu. "Ana"
Milli hökümət qqurulduqdan sonra C.Cabbarlının yaradıcılığında və həyatında xüsusi 1 yüksəliş müşahidə olunur.Bu illərdə o,parlamentdə stenoqraf işləyir,dramaturgiya yaradıcılığını davam  etdirir.1915-ci ildə "Vəfalı Səriyyə "adlı ilk pyesini yazır.Gənc milli ədbəbi qüvvələrin müxtəlif birliklərində iştirak edir."sevdiyim" "Azərbaycan bayrağına" kimi şeirlərindəi gənc milli dövlətimizi və ana torpağın ülviyyətini tərəkküm edirdi.Bu şeirlərdə poeziyamız üçün çox qiymətli olan milli qürur hisləri vardır.
Bayraq-bir millətin qeyrəti şərəfidir.əgər 1 dövlətin başının üstündə öz doğma bayrağı dalğalanmırsa,demək ki o,dövlət kölədir.1918-ci ildə cümhuriyyətimiz yarandığı zaman xalq cümhuriyyətimizin başının üstündə dalğalanan 3 rəngli bayrağımız C.Cabbarlının hədsiz sevincinə səbəb olmuşdur.C.Cabbarlı bayrağımıza şeir həsr etmiş ilk şairlərdən biridir."Azərbaycan bayrağına"şeirində C.Cabbarlı 3 rəngli bayrağın rəmzlərini bədii şəkildə açırdı.   "Sevdiyim" "Azərbaycan bayrağına"
Ədibin bədii yaradıcılığında hekayələri də müstəsna rol oynayır.Ədibin ilk hekayələrindən onun həyata baxışının bir xususiyyəti özünü göstərir:yazıçının birmənalı şəkildə yaxşı və pis adamlara bölünür ki ,bu da insan təbiətinə maarifçi münasibətin təzakürü idi."Aslan vəFərhad" "Mənsur və Sitarə" "Əhməd və Qumru" "Dilarə" adlı hekayələri də maarifçilik dünyagörüşünün ifadəsi idi."Dilarə"adlı hekayələri də kasıb "Bəşir"i tək bircə qızı Dilarəni  savadlı ,bilikli,məktəbə gedən uşaqların arasında olmasını arzulayan bir obraz kimi yaratmışdır.
Hörmətli qonaqlar,sinifimiz "Dilarə" hekayəsində qısa parçanı səhnələşdirib .Buyurub baxa bilərsiniz.
Şair kimi C.Cabbarlının yaradıcıllığı üçün daha çox lirik-romantik və satirik şeirlər səciyyəvidir.Bu bir tərəfdən şairin istedadı ilə bağlı idisə digər tərəfdən də Azərbaycan ədəbiyyatının bu dövrdəki inkişaf meylləri ilə şərtlənirdi.Təsadüfi deyil ki,satirik şeirlərində C.Cabbarlı bir sıra başqa şairlər kimi  Sabir poeziyasına,onun saktirik uslubuna yaxın idi.Romantik şeirləri,hekayələri və pyesləri isə əsrin əvvəllərində yaranmaqda və təşəkkül etməkdə olan XX əsr Azərbaycan romantizminin üslub və forması ilə yaxından səsləşirdi."Qızıma" "İtil get" "Qızlardan kişilərə pretosto" "Kişilər deyirlər"
C.Cabbarlı ədəbi faəliyyətə həm şair,həm nasir,həm də dramaturq kimi eyni vaxda başlamış ,sona qədər bu ədəbi  janrlarda  yazmış  və yaratmışdır.Bununla belə,xx əsrdə Azərbaycan ədəbiyyatında  C.Cabbarlı məhz dramaturq kimi böyük izlər qoymuşdur.Ədib 1915-1934 –cü illər arasında bu janra müntəzəm müraciət etmiş və bənzərsiz  pyeslər yazmışdır.1915-1918 –ci ildə"Nəsrəddin şah", 1918-ci ildə"Almas", 1932-ci ildə "Yaşar" və "Dönüş"C.Cbbarlının milli dramaturgiyamızın xəzinəsinə  bəxş etdiyi pyeslərdir.
Biz-VIIIA sinfi 17 yaşlı gənc bir dramaturqun yazdığı "Solğun çiçəklər" pyesindən 1 parça səhnələşdirmişik.Gəlin  birlikdə bu tamaşayı seyr edək.
Onun hər əsəri müəyyən daxili həyacanın ,düşüncənin nəticəsi kimi meydana çıxırdı Klasik Azərbaycan dramaturgiyasının ən yaxşı ənənələrinə sadiq  qalan C.Cabbarlı eyni zamanda özünə məxsus  bir səpkisi,orjinal gətirən 1 ədib kimi özünü təsdiq etmişdir.Özünün "Mənsur və Sitarə" əsərinə yazdığı  operatta,bəstələdiyi musiqilər bir daha buna sübutdur."Mən bir susmaz duyğuyam ki" "Tellər oynadı"
C.Cabbarlı musiqi vurğunu olmuş,xalq mahnılarıını çox sevmişdir.Yəqin buna görədir ki,ədib öz pyeslərinin bəzilərinə özü bir neçə musiqi bəstələmişdir.pyes yazmazdan əvvəl  qəhrəmanlarından birinin mahnısını fikirləşirdi.Sözlərini yazır,hətta musiqisini də özü bəstələyirdi,sonra pyesi yazmağa başlayırdı.Məsələn:"Od gəlinində"Solmazın "Mən bir solmaz yarpağam ki";"1905-ci ildə" əsərində Sonanın"Azad bir quşdum";Almasda Yaxşının"Gərək günəş dağları aşıb sönməyəydi" mahnıları belə yaranmışdır.Bir sıra mənbələrdən əldə olunan məlumatlarC.Cabbarlının mahnılar bəstələdiyini təsdiqləyir. "Azad bir quşdum" mahnısı
C.Cabbarlı yaradıcılığının ilk dövrü üçün xarakterik olan mühitdən və zamanədən şikayət,giley,bədbin əhvali ruhiyyə,haqsızlığın və ədalətsizliyin baş alıb getdiyi 1 ölkədə  milləti oyanışa çağırışı bu şairlərin də beyt və misralarında öz əksini tapmışdır.Onun şeirlərində vətənpərvərlik mübarizsizlik ,haqda çağırış,oyanış ön sıralardadır.Xalqın ,millətin əsarət içərisində əzablar çəkdiyini görən lirik qəhrəmanın hiss,həyacan və düşüncələri bu şeirlərdə belə ifadə olunmuşdur."Düşkün  dünya"
Azərbaycan xalq cümhuriyyətinin qurulması onun yaradıcılığa 1 növ yeni səhifə açır,milli iftixar,qurur və vətənpərvərlik ruhu ilə"Ulduz və ya Trablis müharibəsi" "Ədirnə fəthi" pyeslərini yazır.Bu əsərlərini,eləcə də ,siyasi baxışlarına görə bir qrup müavatçı ilə birlikdə "Çeka" həpsində yatır.Həpsdən sonra isə Atəşpərəst Azərbaycan müsəlman ərəb istilasına qarşı mübarizəsinin təsvir edildiyi "Od gəlini" yaranır. Yeni sahiblər  məmləkətin bütün zənginliklərini çapıb aparırlar.Neft dövlətin malı elan edilir,Ərəbistana daşınır.Azərbaycanlıları islam dinini qəbul etməyə məcbur edirlər.Əsər haqda həmin dövrün tənqidçisi yazır.Mənzərənin rəmzliyi göz qabağındadır tamaşaçılar üçün ərəb və islam sözləri yerinə,rus və komunizm sözlərini qoymaq mənanı aktuallaşdırardı.
Bu illərdə C.Cabbarlı bədii tərcümə ilə məşğul olur.Şekspirin  "Hamlet" "Otello",Şirlerin "Qaçaqlar" əsərlərini,Lev Tolstoyun "Uşaqlıq" povestini və Maksim Qarkinin "Üzü gülər" hekayəsini dilimizə çevirir
Onun ədəbi yolu çətin və ziddiyyətli olsa da ,yüksəliş və tərəqqi yolu idi.ictimai reallığı əks retdirən "Sevil" "Almas" "Yaşar" "Dönüş" "Aydın" kimi əsərləri məhz həmin dövrün diktəsi ilə yazılmışdır.Və Azərbaycan zəhmətkeşlərinin azad,gözəl,həyat haqqındakı arzları ,xalqın irəliyə,işığa və səadətə  doğru meyilləri il bağlı idi.Bütün həyatını teatrla bağlamasına baxmayaraq dramaturq incəsənətin vacib sahələrindən biri olan kinoya da böyük əhəmiyyət verir.Azərbaycan milli kinosunun yaranması və inkişafı üçün əlindən gələni əsirgəmir.1928-1930-cu illərdə onun senarisi əsasında "Sevil" "Hacı qara" "Almas" filmləri çəkilir.Bu onun 37 illik gərgin həyatının kiçik ayrıntılarıdır.  "Açan solan çiçəklər"
Yazıçının qısa bir vaxt ərzində yaratdıqlarına-teatr,kino,tərcümə,jurnalistika,opera və teatrsunastlıq sahəsində gördüyü ağlasılmaz nəhəng  işlərə bir də bəstəkarlıq yaradıcıllığını  əlavə etsək,belə qənaətə gələ bilərik ki,C.Cabbarlı əsl sənət fədaisi,xalqının maariflənməsi yolunda canını əsirgəməyən,Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı üçün ömrünün sonuna qədər çalışan dahi bir şəxsiyyət olmuşdur."Olmasın" "Məhəbbət aləmi"
Ölüm haqdır deyənə insaf!Hələ qarşıda nələr vardır,nələr......? Bəlkədə xalqın tərəqqisinin ana xətti saydığı Azərbaycan dramaturgiyasının,teatrını, kinosunun inkişafında daha çox uğurlara imza atacaqdı,bəlkə də....
Bu fenomen insan olan C.Cabbarlının çoşqun bir həvəs və enerji ilə yazıb yaratdığı bir zamanda gözlənilmədən vəfat etməsi Azərbaycan ədəbiyyatı və teatrı üçün bütövlüklə Azərbaycan xalqı üçün  böyük bir itki oldu.Müasir Azərbaycan ədəbi  dilin formalaşmasında müstəsna xidməti olan görkəmli dramaturq  31 dekabr 1934-cü ildə vəfat etdi.Özünün dediyi kimi
Ölmək!.... əvəli torpaq
                   Sonu torpaq       "Olsun qoy"

Deyilənlərə görə o, ürək xəstəliyindən vəfat etmiş,Bakıda Fəxri xiyabanda dəfn edilmişdi.Lakin o vəfat etsə də onun yazdığı əsərlər öz əhəmiyyətini itirməmişdi.
QEYD: COPY PASTE sevən "BLOQ YAZARLARI" ---- Kopyalayıb yayımlamaq QADAĞANDIR.
Müəllif: Gülşən Hüseynova
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar