DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

23 Mayıs 2016 Pazartesi

Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəissələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə proqramına uyğun suallar və cavabları

1. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən təhsilin icbariliyi necə təmin olunur?
Cavab: AR Konstitusiyasının 42-ci maddəsil ilə təhsil hüququ təmin olunur. Həmin maddədə göstərlir:
1.     Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
2.     Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
3.     Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
4.     Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.
5.     Dövlət minimum təhsil standartlarını müəyyən edir.
2. Təhsil haqqında Qanunda təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri necə müəyyənləşdirilmişdir?
Cavab: humanistlik, demоkratiklik, bərabərlik, millilik və dünyəvilik, keyfiyyətlilik, səmərəlilik, fasiləsizlik, vəhdətlik, daimilik, varislik, liberallaşma, inteqrasiya
Ətraflı: "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri
  • 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
  • 3.0.1. humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və
  • insanlara qayğı və hörmətin, tоlerantlıq və dözümlülüyün priоritet kimi qəbul оlunması;
  • 3.0.2. demоkratiklik – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muхtariyyətinin artırılması;
  • 3.0.3. bərabərlik – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin оlunması;
  • 3.0.4. millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qоrunması və оnların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;
  • 3.0.5. keyfiyyətlilik – təhsilin mövcud standartlara, nоrmalara, sоsial-iqtisadi tələblərə, şəхsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
  • 3.0.6. səmərəlilik – təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və sоn nəticəyə istiqamətlənən müasir metоdlarla təşkili;
  • 3.0.7. fasiləsizlik, vəhdətlik, daimilik – mövcud təhsil standartları, tədris prоqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı bоyu ardıcıl davam etməsi;
  • 3.0.8. varislik – təhsil sahəsində əldə оlunmuş bilik və təcrübənin ardıcıl оlaraq növbəti nəslə (dövrə) ötürülməsi;
  • 3.0.9. liberallaşma – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;
  • 3.0.10. inteqrasiya – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli fоrmada qоşulması, uyğunlaşması və qоvuşması əsasında inkişafı.
3. Azərbaycan Respublikasında hansı təhsilalma formaları tətbiq edilir?
Cavab: əyani, qiyabi, distant, sərbəst
Ətraflı: "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu
Maddə 13. Təhsilalma formaları
  • 13.1.1. əyani;
  • 13.1.2. qiyabi;
  • 13.1.3. distant (məsafədən);
  • 13.1.4. sərbəst (eksternat).
  • 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər.
  • 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma fоrmaları da tətbiq edilə bilər.
4. Azərbaycan Respublikasında təhsilin hansı formaları tətbiq olunur?
Cavab: formal, qeyri-formal, informal.
Ətraflı: "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu
Maddə 12. Təhsilin formaları
  • 12.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil formaları tətbiq olunur:
  • 12.1.1. fоrmal (dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması);
  • 12.1.2. qeyri-fоrmal (özünütəhsil yоlu ilə biliklərə yiyələnmənin fоrması);
  • 12.1.3. infоrmal (müхtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət оlunmayan təhsil fоrması).
  • 12.2. Fоrmal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5. Azərbaycan Respublikasında təhsilin hansı pillələri və səviyyələri var?
Cavab: Məktəbqədər təhsil, ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta-ixtisas təhsili, ali təhsil.
Ətraflı: "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu
Maddə 17. Təhsilin pillələri və səviyyələri
  • 17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən оlunur:
  • 17.1.1. Məktəbəqədər təhsil.
  • 17.1.2. Ümumi təhsil:
  • 17.1.2.1. ibtidai təhsil;
  • 17.1.2.2. ümumi оrta təhsil;
  • 17.1.2.3. tam оrta təhsil.
  • 17.1.3. İlk peşə-iхtisas təhsili.
  • 17.1.4. Оrta iхtisas təhsili.
  • 17.1.5. Ali təhsil:
  • 17.1.5.1. bakalavriat;
  • 17.1.5.2. magistratura;
  • 17.1.5.3. dоktоrantura.
  • 17.2. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin оlunur. Hər bir təhsil pilləsi (məktəbəqədər təhsil istisna olmaqla) yekun qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun оlaraq məzunlara dövlət nümunəli sənədin verilməsi ilə başa çatır.
  • 17.3. Təhsilin pillələri və səviyyələri üzrə fəaliyyət müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Təhsilalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillədə və səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır.
6. Ümumi təhsilin məqsədi nədir?
Cavab: "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, maddə 19.
  • 19.1. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.
  • 19.2. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.
  • 19.2. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.
7. Ümumi təhsilin səviyyələri hansılardır? Hər bir səviyyə üzrə təhsilin məqsədi nədir?
Cavab: İbtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil
Ətraflı: "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu
  • 19.4. Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi оrta təhsil və tam оrta təhsildən ibarətdir.
  • 19.5. Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyəsindən digər səviyyəsinə keçid qaydaları müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
  • 19.6. Ümumi təhsil ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziyalarda, liseylərdə, ilk peşə-iхtisas və оrta ixtisas təhsili müəssisələrində, habelə ali təhsil müəssisələrinin tabeliyində yaradılan məktəblərdə həyata keçirilə bilər.
  • 19.7. Ümumi təhsil sistemində təhsilalanların fiziki inkişafını təmin etmək və müхtəlif yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar təhsil proqramları tətbiq olunur.
  • 19.8. Ümumi təhsili хüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş medalla təltif оlunurlar.
  • 19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara охumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, оnlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər хüsusiyyətlər fоrmalaşdırmaqdan ibarətdir.
  • 19.10. İbtidai təhsil müvafiq təhsil prоqramına əsasən həyata keçirilir.
  • 19.11. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır.
  • 19.12. Valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi хüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.
  • 19.13. Ümumi оrta təhsilin məqsədi təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir.
  • 9.14. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir.
  • 19.15. Ümumi orta təhsil müvafiq təhsil prоqramına əsasən həyata keçirilir.
  • 19.16. Ümumi оrta təhsil səviyyəsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran təhsilalanlara müvafiq dövlət sənədi verilir. Ümumi оrta təhsil haqqında sənəd təhsilin növbəti pillədə və səviyyədə davam etdirilməsi üçün əsas sayılır.
  • 19.17. Tam оrta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tоlerantlığın fоrmalaşdırılması, müasir informasiya-kommunikasiya teхnоlоgiyalarından və digər teхniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, хarici dillərdən birində, yaхud bir neçəsində ünsiyyət saхlaması və s. təmin оlunur.
  • 19.18. Tam оrta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil prоqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam оrta təhsil pulsuzdur.
  • 19.19. Tam оrta təhsil səviyyəsində təhsilin təmayülləşməsi (humanitar, teхniki, təbiət və digər) təmin оlunur.
  • 19.20. Tam оrta təhsil umumi təhsilin sonuncu səviyyəsini təşkil edir və bu səviyyədə təhsilalanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – attestat verilir.
  • 19.21. Tam оrta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.
8. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar necə qiymətləndirilir?
Cavab: qızıl və gümüş medallarla təltif olunurlar.



9. Ümumi təhsil pilləsinin səviyyələri üzrə formal təhsil necə təşkil edilir?
Cavab: ibtidai təhsil səviyyəsində - əyani; ümumi və tam orta təhsil səviyyələrində - əyani, sərbəst (eksternat).
Ətraflı: “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydası”http://testlerim.org/senedler/viewpdf.php?url=18

  • 5. Təhsil pillələri və səviyyələrində təhsilalma formalarının tətbiqi aşağıdakı kimi müəyyən edilir:
  • 5.1. ümumi təhsil pilləsi üzrə:
    ibtidai təhsil səviyyəsində - əyani;
    ümumi orta təhsil səviyyəsində - əyani, sərbəst (eksternat);
    tam orta təhsil səviyyəsində - əyani, sərbəst (eksternat);
10. Ümumtəhsil məktəblərində tədris hansı dillərdə aparıla bilər?
Cavab: Vətəndaşların və təsisçilərin istəyindən asılı olaraq, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası fənləri tədris olunmaq şərtilə ümumtəhsil məktəblərində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.
Ətraflı: "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu
Maddə 7. Tədris dili
  • 7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir.
  • 7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, хüsusi hallarda (Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələr və ya müvafiq icra hakimiyyəti оrqanı ilə razılaşma əsasında) ümumi təhsil müəssisəsində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tariхi və Azərbaycan cоğrafiyası fənləri tədris оlunmaqla tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.
  • 7.3. Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada və təhsil prоqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil оlunur.
11. Evdə təhsil nə deməkdir? Evdə təhsil necə təşkil edilir?
Cavab: evdə təhsil – müvafiq təhsil prоqramlarına uyğun оlaraq ümumi təhsilin evdə təşkili fоrmasıdır.
Ətraflı: “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə” NK-nin qərarı
http://testlerim.org/senedler/viewpdf.php?url=56
12. Fərdi təhsil nə deməkdir? Fərdi təhsil necə təşkil edilir?
Cavab: fərdi təhsil – müхtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə хüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil fоrmasıdır.
13. Ümumtəhsil məktəbində psixoloji, tibbi və iaşə xidməti necə həyata keçirilir?
Cavab: Ümumtəhsil məktəbində psixoloji, tibbi və iaşə xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında" 2002-ci il 29 aprel tarixli 74 nömrəli, "Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2002-ci il 10 may tarixli 78 nömrəli, "Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2010-cu il 25 noyabr tarixli 217 nömrəli və "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir.
Ətraflı: "Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında"
http://testlerim.org/senedler/viewpdf.php?url=63
"Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə" NK-nin qərarı:
http://testlerim.org/senedler/viewpdf.php?url=43
"Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası"
http://testlerim.org/senedler/viewpdf.php?url=105
"Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları"
http://testlerim.org/senedler/viewpdf.php?url=19
14. Dövlət ümumtəhsil məktəblərində pullu təhsil həyata keçirilə bilərmi?
Cavab: Dövlət ümumtəhsil məktəblərində təhsil pulsuzdur.
15. Ümumi təhsil müəssisələrinə hansı tipdən və növdən olan təhsil müəssisələri aid edilir?
Cavab: ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr.
16. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün hansı əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər nəzərdə tutulmuşdur?
Cavab: kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün kompensasiya verilsin və yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik, rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində gənc mütəxəssislərə ayda 100 (yüz) manat məbləğində əlavə ödəniş və s.
Ətraflı: “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsihaqqında”
http://testlerim.org/senedler/viewpdf.php?url=106
17. "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumlar)"ında ümumi təhsilin məzmununa verilən ümumi tələblər hansılardır?
Cavab: Umumi təhsilin məzmununa dair umumi tələblər aşağıdakılardır:
- təhsilin məzmununu təhsilalanın və cəmiyyətin tələbatına, dovlətin təhsil siyasətinə uyğunlaşdırmaq;
- məzmunu nəticəyonumluluk, şəxsiyyətyonumluluk, şagirdyonumluluk, inteqrativlik prinsipləri əsasında muəyyənləşdirmək;
- təhsilalanların təlim marağını, potensial imkanlarını, sağlamlığının təhlukəsizliyini nəzərə almaqla onlara davamlı inkişaflarını təmin edən, mustəqil həyatda lazım olan zəruri biliklərin və əqli, informativ-kommunikativ, psixomotor bacarıqların aşılanmasını təmin etmək;
- təhsilin məzmununa şagirdlərin umumi inkişafına xidmət etməyən, tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məlumatyönümlu məsələlərin daxil edilməsinə yol verməmək.

18. Ümumi təhsilin infrastrukturuna nə daxildir?
Cavab: Ümumi təhsilin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı bina və qurğular, sadə idman meydançası və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb, iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri, internet xidməti daxildir.

Ətraflı: "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumlar)"
http://testlerim.org/senedler/viewpdf.php?url=52
19. "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən I və X siniflərə qəbul necə həyata keçirilir?
Cavab: I siniflərə qəbul uşağın doğum haqqında şəhadətnaməsinin surəti, sağlamlığı haqqında tibbi arayış (forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə fotoşəkil olmaqla valideynin ərizəsi əsasında; X siniflərə qəbul isə şagirdin ərizəsi və ümumi orta təhsil haqqında şəhadətnaməsi əsasında aparılır.

20. Müəllimlərin etik davranış qaydaları nə üçündür, etik davranış prinsipləri və onlara verilən tələblər hansılardır?
Etik davranış prinsipləri aşağıdakılardır:
Qanunun aliliyi; vicdanlılıq; peşəkarlıq və fərdi məsuliyyət; loyallıq; mədəni davranış; qərəzsizlik; gender bərabərliyi; ictimai etimad; konfidensiallıq.
21. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi strateji istiqamətlər hansılardır?
Cavab:
1.     Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması.
2.     Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması.
3.     Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması.
4.     Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması.
5.     Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması.
22. Dövlət Strategiyasında ümumi təhsilin inkişafı ilə bağlı hansı strateji hədəflər və tədbirlər nəzərdə tutulmuşdur?

23. Səriştə əsaslı ümumi təhsil dedikdə nə nəzərdə tutulur?
Cavab: Səriştə əsaslı təhsil şagirdə nəinki bilik verir, eyni zamanda şagird müəyyən bacarıqlar əldə edir, onları müxtəlif situasiyalarda yaradıcı tətbiq etməyi bacarır. O şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir.
24. 12 illik ümumi təhsilin səviyyələri üzrə formal təhsilin müddəti necə müəyyənləşdirilmişdir? 12 illik ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsilin məzmununda hansı yeniliklər nəzədə tutulur?
Cavab: Formal təhsilin 10 illik icbari ümumi orta və 2 illik tam orta təhsildən ibarət olması nəzərdə tutulmuşdur.
Tam orta təhsil səviyyəsində yenilik həmin səbiyyədə təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsindən ibarətdir.
25. İstedadın erkən yaşdan aşkar olunması, inkişafı ilə bağlı hansı hədəflər nəzərdə tutulmuşdur?
Cavab:
- şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları baxımından istedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması:
- istedadın aşkar edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübəyə uyğun diaqnostik metodikaların, psixometrik vasitələrin hazırlanması və bütün təhsil müəssisələrində tətbiqinin təmin edilməsi;
- hər bir xüsusi istedadlı təhsilalan üçün fərdi təhsil və inkişaf proqramlarının müəyyənləşdirilməsi, onların fərdi plan əsasında tədris prosesi və kurikulumdankənar məşğuliyyətinin təşkili mexanizmlərinin yaradılması.
26. Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasının təmin edilməsi üçün hansı tədbirlər görülməlidir?
Cavab:
- xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması:
- xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi;
- məktəbəqədər və ümumi təhsil müəssisələri təhsilverənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsilinin təmin edilməsi.
27. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin etmək üçün hansı tədbirlər görülməlidir?
Cavab:
Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin yaradılması:
- təhsilverənlər üçün təhsilin bütün pillələrində təhsilalanların təfəkkürü və şəxsiyyətinin inkişafına yönəlmiş, onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanmasının təmin edilməsi;
- təhsilverənlərin əlavə təhsili üzrə strukturların yaradılmasının stimullaşdırılması;
- müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi;
- pedaqoji heyət üçün yeni modul–kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması;
28. Müəllim peşəsinin nüfuzunun artırılması üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuş tədbirlər hansılardır?
Cavab:
- müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı:
- səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əmək haqqı sisteminin yaradılması;
- müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması;
- müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi;
29. Ümumi təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin tətbiqi nələri nəzərdə tutur?
Cavab:
- təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması:
- təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi;
- təhsil müəssisələrində strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması;
- maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn–Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) idarə olunmasının təmin edilməsi;


30. Ümumi təhsil müəssisələrində tədris ilinin uzadılması ilə əlaqədar "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinə edilmiş dəyişikliklər hansılardır?
Cavab:
Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür:

- birinci yarımil - 15 sentyabr - 26 yanvar;
- ikinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
- 5 gün payız tətili (16-20 noyabr);
- 5 gün qış tətili (27-31 yanvar).

İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.
31. Məktəb direktorlarının vəzifə funksiyaları hansı normativ hüquqi sənədlə müəyyənləşdirilmişdir?
Cavab: Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən.
Ətraflı: “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”
32. Ümumi təhsilin idarə olunması necə xarakter daşıyır?
Cavab: . Ümumi təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır.
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”

33. Ümumi təhsil müəssisəsinin idarə olunmasına kim müdaxilə edə bilər?
Cavab: Yalnız təhsili idarəetmə orqanları.
Ətraflı: "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu

Maddə 13. Təhsilalma formaları
Maddə: 30.9. Təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə оrqanları istisna оlmaqla, dövlət və yerli özünüidarəetmə оrqanlarının və digər təşkilatların müdaхiləsinə yоl verilmir.

34. Ümumi təhsilin dövlət standartlarına görə təhsilin idarə olunması hansı üç prinsip əsasında həyata keçirilir?
Cavab: hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi.
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”

35. Pedaqoji şurada qəbul olunmuş qərarların icrası ilə bağlı əmr verilməlidirmi?
Cavab: Bəli, qəbul olunmuş qərarlar məktəb direktorunun əmrləri ilə rəsmiləşdirilməlidir.
Ətraflı: “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”



36. I və X siniflərə şagird qəbulu zamanı hansı sənədlər tələb olunmalıdır?
Cavab: I sinfinə qəbul üçün valideynin ərizəsi, uşağın doğum haqqında şəhadətnaməsinin surəti və sağlamlığı haqqında arayış (forma 26U); X sinfinə qəbul üçün şagirdin ərizəsi və ümumi orta təhsil haqqında şəhadətnaməsi hesab edilir.
Ətraflı: “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”

37. Hansı əsasda ibtidai sinif şagirdləri təkrar sinifdə saxlanıla bilər?
Cavab: Yalnız uzunmüddətli xəstəlik və təhsildən yayınma halı olduqda.
Ətraflı: “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar”
Maddə 9. İbtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə, şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmir. Həmin şagirdlər psixoloji-tibbi- pedaqoji komissiyanın qərarı ilə digər təhsil proqramları ilə təhsilə cəlb olunurlar.
İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab edilir.



38. Bir şəhərdə (rayonda) yerləşən ümumtəhsil məktəbində işləyən müəllimin digər şəhər (rayon) məktəbinə yerdəyişməsi necə həyata keçirilir?
Cavab: Nazirlik tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.
Ətraflı: “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI”
Maddə 1.3. Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi və ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir və bu məqsədlə komissiyalar yaradılır.

39. Şəhər (rayon) daxilində bir ümumtəhsil məktəbində işləyən müəllimin digər məktəbə yerdəyişməsi necə həyata keçirilir?
Cavab: Hər iki müəssisə rəhbərinin rəyi əsasında tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Ətraflı: “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI”
Maddə 1.4. Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi hər iki müəssisə rəhbərinin rəyi əsasında tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Yerdəyişmənin nəticələri Nazirliyin bazasına daxil edilir. Nazirlik yerdəyişmənin mövcud qaydalara uyğunluğunu yoxlayır və müvafiq rəyini tabelik üzrə təhsili idarəetmə orqanlarına təqdim edir.



40. Məktəbin Nizamnaməsi necə hazırlanır, harda qəbul edilir və harda qeydiyyatdan keçirilir?
Cavab: Məktəbin fərdi Nizamnaməsi AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən hazırlanır, məktəb Şurasında təsdiq edilir, Təhsil Nazirliyində qeydiyyatdan keçirilir.

41. Ümumtəhsil məktəblərində təhsilalanların geyim forması kim tərəfindən müəyyən edilir?
Cavab: Ümumtəhsil məktəblərində təhsilalanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur.
Ətraflı: "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu
Maddə 14.10. Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində təhsilalanların geyim fоrmaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.



42. Digər məktəbdən məktəbə şagird qəbuluna əsas verən sənəd hansıdır?
Cavab: Şagirdin şəxsi işi.
Ətraflı: “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”
http://testlerim.org/senedler/viewpdf.php?url=28



43. Şagirdlərin şəxsi işində hansı məlumatlar qeyd edilir, kim tərəfindən aparılır, şagird məktəbdən getdikdə şəxsi iş kimə verilir, məktəbi qurtardıqda nə qədər saxlanılır?
Cavab: Bütün tipdən olan məktəblərdə hər bir şagirdin məktəbə daxil olduğu andan onu bitirənə qədər (gedənə qədər) aparılır. Şagirdin şəxsi işinə aşağıdakılar yazılır:
- Şagird haqqında ümumi məlumat;
- Siniflər üzrə yekun müvəffəqiyyəti.
Şagirdin IX-XI siniflərdə oxuduğu dövrdə əsas təhsil haqqında şəhadətnaməsi şəxsi işdə saxlanılır və orta məktəbi bitirdikdə ona verilir. Şagird məktəbdən gedərkən onun şəxsi işinə hər il aparılan tibbi müayinələrin nəticələrinə əsasən doldurulan tibbi arayış (səhhətinin vəziyyəti haqqında məlumat) qoyulur.
Şagirdlərin şəxsi işləri I-IV siniflərdə sinif müəllimləri, V-XI siniflərdə sinif rəhbərləri tərfindən aparılır.
Şagird məktəbdən gedərkən şəxsi işi yazılı ərizəyə əsasən valideynə və ya onu əvəz edən şəxsə verilir. Məktəbi bitirdikdən sonra şagirdin şəxsi işi 5 il məktəbin arxivində saxlanılır.
Ətraflı: “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT”



44. Sinif jurnallarının aparılmasına kim nəzarət edir, kimlər tərəfindən aparılır, məktəbdə nə qədər saxlanılır?
Cavab: Dövlət sənədidir və onun aparılması hər bir müəllim və sinif rəhbəri üçün məcburidir. Sinif jurnalının iki növü müəyyən edilir: I-IV siniflər və V-XI siniflər üçün.
Məktəbin direktoru və onun təlim-tərbiyə işi üzrə müavini sinif jurnallarının saxlanmasını təmin edir və onun aparılmasının üzərində müntəzəm nəzarəti həyata keçirir.
Sinif jurnalı bir dərs ili üçün nəzərdə tutulur və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərfindən təsdiq edilmiş forma üzrə hər sinif üçün ayrıca aparılır. Paralel siniflərin jurnalları literlərlə nömrələnir. Məsələn, 1A sinif, 1B sinfi və s.
Direktorun təlim-təbiyə işi üzrə müavini (məktəbin direktoru) tədris planında hər bir fənn üçün ayrılmış saatların miqdarına uyğun olaraq, şagirdlərin il ərzində müvəffəqiyyət və davamiyyətinin cari uçotu üçün jurnalda ayrılmış səhifələrin bölüşdürülməsi haqqında sinif rəhbərlərinə göstəriş verir (həftədə 1 saat üçün 2 səhifə, 2 saat üçün 4 səhifə, 3 saat üçün 5 səhifə, 4 saat üçün 7 səhifə, 5 saat üçün 8 səhifə, 6 saat üçün 9 səhifə).
Müəllim şagirdin biliyini yoxlayıb qiymətləndirərək, jurnalda qiymət yazır, habelə davamiyyəti mütləq qeyd edir. Jurnalın cari səhifəsində dərsdə öyrədilən mövzunu və ev tapşırığını yazır. Sol tərəfdə dərsin tarixini yazır, gəlməyənləri “q” hərfi ilə qeyd edir.
İkiləşmiş dərslər aparıldıqda hər bir dərsin tarixi və mövzusu ayrılıqda qeyd olunur.
Yazı işlərinin qiyməti həmin işin aparıldığı günün qrafasında qeyd olunur. Aparılmış praktik və laboratoriya işlərinin, ekskursiyaların, yoxlama yazı işlərinin, habelə təkrar dərsləri mövzuları və onlara sərf olunana saatların miqdarı dəqiq göstərilir. Sinif iki qrupa bölündükdə hər qrup üçün ayrıca səhifə ayrılır.
Hər bir tədris rübü (yarımil) üçün qiymət rübdə (yarımildə) həmin fənn üzrə sonuncu dərsin tarixindən sonra qoyulur. Bununla bir vaxtda rüblük (yarımillik) qiymət sinif rəhbəri tərəfindən “şagirdlərin müvəffəqiyyəti haqqında yekun məlumat” səhifəsinə köçürülür.
Hər ay sinif rəhbəri tərəfindən “Şagirdlər tərəfindən buraxılmış dərs və günlərin miqdarı haqqında məlumat” bölməsində şagirdlərin buraxdıqları gün və dərslərin miqdarı yazılır. Hər bir şagird və sinif tərəfindən buraxılan gün və dərslərin miqdarı bütünlükdə rüb (yarımil) və dərs ili üçün yekunlaşdırlır. Şagird uzun müddət xəstə olduqda onunla məşğələ evdə (sanatoriya, xəstəxanada) aparılır. Keçirilmiş məşğələlər barədə jurnalda xüsusi yapışdırlmış vərəqdə müəllimlər tərəfindən qeyd aparılır, yaxud məşğələlər haqqında arayışa əsasən qeyd olunur. “Şagirdlərin fiziki hazırlılğının göstəriciləri” və ƏMH kompleksi nişanı ilə mükafatlandırma haqqında məlumat səhifələri bədən tərbiyəsi müəllimi tərəfindən doldurulur.
“Sinif jurnalının aparılması haqqında qeydlər” səhifəsi təlim-tərbiyə işi üzrə direktor müavini və məktəbin direktoru tərfindən doldurulur. Sinif jurnalı şagirdlər məktəbi bitirdikdən 5 il müddətinə saxlanılır, sonra şagirdlərin müvəffəqiyyəti haqqında yekun məlumat” cədvəli çıxarılır və daimi saxlanılmaq üçün arxivə verlir.
Ətraflı: “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT”



45. Ümumi təhsil sənədinin alınması, qeydiyyatı, saxlanması və uçotu işinin aparılması kim tərəfindən həyata keçirilir?
Cavab: Şəhadətnamənin və attestatın müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ümumi təhsil müəssisələrinin direktorları məsuliyyət daşıyırlar.
Ətraflı: “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası”



46. Şəhadətnamə və attestatların qeydiyyat kitabı məktəbdə neçə il saxlanılmalıdır?
Cavab: Şəhadətnamə və attestatların qeydiyyat kitabı məktəbdə daimi saxlanılır.
Ətraflı: “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT”
http://testlerim.org/senedler/viewpdf.php?url=101



47. Ümumi təhsilin səviyyələrini hər hansı bir səbəbdən başa vura bilməyən şəxslərə hansı sənəd verilir?
Cavab: Valideynlərin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında məktəb pedaqoji şurasının qərarı ilə 10 gün müddətində müvafiq formalı arayış verilir.
Ətraflı: “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası”



48. Məktəbin pedaqoji sənədlərinə nə daxildir? Hansı məktəb sənədləri təhili idarəetmə orqanı tərəfindən təsdiqlənir?
Cavab: Məktəbin tədris-pedaqoji sənədləri şagirdin şəxsi işindən, sinif jurnalından, maraq üzrə kurs məşğələlərinin jurnalından, günüuzadılmış qrupun jurnalından, tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabından, ümumi orta təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabından, pedaqoji işçilərinin şəxsi heyətinin uçotu kitabından, məktəbin pedaqoji şurasının protokolu kitabından, məktəb üzrə əmr kitabından, buraxılan və əvəzedilən dərslərin uçotu kitabından ibarətdir.

Ətraflı: “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT”
http://testlerim.org/senedler/viewpdf.php?url=101



49. Məktəbin maliyyə-təsərrüfat sənədlərinə nələr daxildir?
Cavab: Məktəbin texniki pasportu, əsas vəsaitlərin inventar siyahısı, materialların anbar uçotu kitabı, müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli, istismarda oan ucuz qiymtəli və tez işlənən əşyaların hərəkətinin operativ (miqdarca) uçotu cədvəli, məktəbin kitabxana fondunun inventar kitabı

Ətraflı: “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT”:
http://testlerim.org/senedler/viewpdf.php?url=101



50. Məktəbin texniki pasportunda nələr əks olur?
Cavab: Məktəb binasının, müvafiq sxemlər əlavə edilməklə bütün tədris, təsərrüfat və digər binaların, kommunikasiyanın (su kəməri, kanalizasiya, istilik sistemi, işıqlandırma, qazlaşdırma, radiolaşdırma, telefonlaşdırma) xarakteristikası.
Ətraflı: “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT”



51. Ümumi təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına nələr daxildir?
Cavab: Ümumi təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına təchiz olunmuş tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalı, təhsilalan və təhsilverənlər üçün mebel avadanlığı, informasiya-kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, tədris-əyani vəsaitləri, təlimin texniki vəsaitləri, dərslik və elmi-bədii ədəbiyyat fondu daxildir.
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”



52. Dövlət ümumtəhsil məktəbinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitləri hesabına əldə etdiyi əmlak onun mülkiyyətinə daxildirmi?
Cavab: Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.
Ətraflı: “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”


52. Ümumi təhsil üzrə təhsil proqramına (kurikuluma) nə daxildir?
Cavab:
• ümumi təhsilin məzmununu;
• ümumi təhsilin idarə olunması;
• ümumi təhsilin maddi-texniki və tədris bazası;
• ümumi təhsilin infrastrukturu;
• ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəriciləri;
• ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi.
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”



53. Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi nə ilə müəyyən edilir?
Cavab:
7.1. Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi ümumi təhsilin hər bir səviyyəsi üzrə təsdiq olunmuş təlim nəticələri və fənlər üzrə məzmun standartları ilə müəyyən edilir.
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”



54. Ümumtəhsil məktəblərində pedaqoji prosesin təşkilinin hansı prinsipləri vardır?
Cavab:
13.2. pedaqoji prosesin tamlığı
13.3. təlimdə bərabər imkanların yaradılması
13.4. şagirdyönümlülük
13.5. inkişafyönümlülük
13.6. fəaliyyətin stimullaşdırılması
13.7 dəstəkləyici mühitin yaradılması
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”



55. Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri necədir?
Cavab:
1. İbtidai təhsil üzrə ümumi təlim nəticələri
2. Ümumi orta təhsil üzrə ümumi təlim nəticələri
3. Tam orta təhsil üzrə ümumi təlim nəticələri
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”



56. Ümumi təhsilin səviyyələri üzrə tədris olunan fənlər hansılardır?
Cavab:
İbtidai təhsil səviyyəsində:
"Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), "Gürcü dili" (təlim gürcü dilində olan məktəblərdə), "Azərbaycan dili" - dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə), "Xarici dil", "Riyaziyyat", "İnformatika", "Həyat bilgisi", "Texnologiya", "Fiziki tərbiyə", "Musiqi", "Təsviri incəsənət";
Ümumi orta təhsil səviyyəsində:
"Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), "Gürcü dili" (təlim gürcü dilində olan məktəblərdə), "Azərbaycan dili" - dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə), "Ədəbiyyat", "Xarici dil", "İkinci xarici dil", "Riyaziyyat", "İnformatika", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya", "Həyat bilgisi", "Texnologiya", "Fiziki tərbiyə", "Musiqi", "Təsviri incəsənət";
Tam orta təhsil səviyyəsində:
"Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), gürcü dili (təlim gürcü dilində olan məktəblərdə), "Azərbaycan dili" - dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə), "Xarici dil", "İkinci xarici dil", "Riyaziyyat", "İnformatika", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya", "Fiziki tərbiyə", "Çağırışaqədərki hazırlıq".
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”



57. Ümumi təhsilin həyata keçirildiyi müəssisələrə təhsilverənlər hansı keyfiyyət göstəricilərinə malik olmalıdır?
Cavab:
Ümumi təhsil sistemində çalışan təhsilverənlər, əsasən, aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar: ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə; uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına; əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə; əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına; yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak etmək qabiliyyətinə; öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığına; ədalətlilik, məsuliyyətlilik, cavabdehlik keyfiyyətlərinə; işlədiyi məktəbdə və ictimaiyyətdə hörmətə və nüfuza.
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”



58. Ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu hansı qaydada həyata keçirilir?
Cavab:
Müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir və bu məqsədlə komissiyalar yaradılır.
Ətraflı: “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI”



59. 10 ildən artıq pedaqoji ştajı olan, pedaqoji fəaliyyətdə 3 ilədək fasilə verən müəllimlərin yenidən işə qəbulu necə həyata keçirilir?
Cavab:
Azərbaycan Respublikasının ərazisində yerləşən dövlət təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış şəxslərin yenidən işə qəbulu müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqə başa çatdıqdan sonra, proqram təminatı tətbiq olunmaqla müsabiqə yolu ilə həyata keçirilir.
Ətraflı: “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI”



60. Ümumi təhsil müəssisələrinə müəllim vəzifəsi istisna olmaqla, digər pedaqoji işçilərin işə qəbulu necə həyata keçirilir?
Cavab:
Müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, istehsalat təlimi ustaları, praktik psiхоlоqlar, sоsiоlоq-pedaqоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, mühəndis-teхniki, tədris-köməkçi işçilər, laborantlar, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Ətraflı: “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI”.



61. İbtidai siniflərdə hansı fənlər ixtisas müəllimlərinə verilə bilər?
Cavab:
İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir.
İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər.
Ətraflı: “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI”



62. Ümumtəhsil məktəblərində hazırlıq sinifləri hansı məqsədlə təşkil edilir?
Cavab:
Hər il sentyabrda 5 yaşı tamam olan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqların məktəb təliminə psixoloji cəhətdən hazır olmalarını təmin etmək, habelə azsaylı xalqların uşaqlarının tədris dili ilə bağlı çətinliklərini aradan qaldırmaq məqsədi ilə ümumtəhsil məktəblərində müəyyən olunmuş qaydalara əsasən məktəbdə hazırlıq sinifləri açıla bilər.
Ətraflı: "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"



63. Məktəbə hazırlıq qruplarında məşğələ müddəti neçə dəqiqə olmalıdır?
Cavab: Hər məşğələnin müddəti 25-30 dəqiqədir. Məşğələlər arasında fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə 11 dəqiqədən bir idman dəqiqəsi keçirilir.
Ətraflı: “Məktəbə hazırlığın təşkili Qaydaları”
http://testlerim.org/senedler/viewpdf.php?url=46



64. Səhhətində qüsuru olan uşaqların təhsili necə təşkil edilir?
Cavab:
Belə uşaqlar üçün təhsil xüsusi təhsil müəssisələrində, xüsusi təhsil bölmələrində, xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələrində Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş formalarda həyata keçirilir. Bu formalara evdə fərdi təhsil, müalicə müəssislərində stasionar şəraitdə təhsil, inteqrasiyalı təhsil və s. aiddir.
Ətraflı: “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu”



65. Məktəbdə dərs və məşğələ cədvəlləri kim tərəfindən hazırlanır və təsdiq edilir?
Cavab: Təlim-tərbiyə üzrə direktor müavini tərəfindən hazırlanır və direktor tərəfindən təsdiqlənir.



66. Müəllimlərin illik və cari təqvim planları kim tərəfindən yoxlanılır və təsdiq edilir?
Cavab: İllik və cari təqvim planı fənn metodisti, təlim-tərbiyə üzrə direktor müavini və direktor tərəfindən təsdiqlənir.



67. Məktəbdə tədrisin keyfiyyətinə nəzarət kimlər tərəfindən həyata keçirilir?
Cavab: Məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavinləri tərəfindən



68. Təlim strategiyalarına nə daxildir?
Cavab: Təlim strategiyaları – tədris prosesində istifadə olunan forma, üsul, vasitə və yanaşmaların məcmusudur.



69. İnteraktiv/fəal təlim nədir?
Cavab:
Fəal təlim idrak fəaliyyətinin təşkili və idarə olunması üsullarının məcmusudur. Bu təlim üçün aşağıdakı cəhətlər səciyyəvidir:
- müəllim tərəfindən idraki problem- situasiyanın yaradılması;
- problem-situasiyanın həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin həvəslənməsi;
- şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi;



70. Böyük summativ qiymətləndirmə hansı mərhələdə, kim tərəfindən aparılır?
Cavab: Böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.
Ətraflı: “Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti Təlimat”



71. Kiçik summativ qiymətləndirmə hansı mərhələdə, kim tərəfindən aparılır?
Cavab: Kiçik summativ qiymətləndirmə hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir

Ətraflı: “Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti Təlimat”
http://testlerim.org/senedler/viewpdf.php?url=29



72. Ümumtəhsil məktəblərinin hansı siniflərində və kim tərəfindən imtahan aparılır?
Cavab: Ümumi orta və tam orta təhsil səviyyələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır.

73. Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçiləri, inzibati, tədris-yardımçı və xidmət işləri üzrə ştatlar necə müəyyən edilir?
Cavab: Sinif komplektlərinin sayına uyğun olaraq müəyyənləşdirlir.
Ətraflı: “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı”



74. Ümumtəhsil məktəblərində tarifləşmə siyahısı kim tərəfindən hazırlanır?
Cavab: Məktəbin direktoru tərəfindən.



75. Yerli təhsili idarəetmə orqanlarının tabeliyindəki ümumtəhsil məktəblərinin tarifləşmə siyahısı kim tərəfindən təsdiq edilir?
Cavab: Yerli təhsili idarəetmə orqanlarının rəhbəri tərəfindən



76. Ümumtəhsil məktəblərində direktorun tədris (təlim-tərbiyə) işləri üzrə müavininin ştat vahidi hansı göstəriciyə uyğun müəyyən edilir?
Cavab: Sinif komplektlərinin sayına görə.
Ətraflı: “Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”



77. Məktəb direktoru və direktor müavinləri vəzifə funksiyalarının icrası ilə yanaşı, zərurət olduğu halda, ixtisası üzrə ən çoxu neçə saat dərs apara bilər?
Cavab: 12 saata qədər.
Ətraflı: “Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar”



78. Ümumi təhsil müəssisələrində direktorların vəzifə maaşı neçənci dərəcə ilə ödənilir?
Cavab:
Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmiş müəssisələrdə 18-ci dərəcə ilə. Digər ümumtəhsil müəssisələrində direktorlar üçün əməyin ödəniş dərəcələri:
13-cü dərəcə- şagirdlərin sayı 100 nəfərədək olduqda;
14-cü dərəcə- şagirdlərin sayı 101- dən 300-dək olduqda;
15-ci dərəcə - şagirdlərin sayı 301- dən 800- dək olduqda;
16-cı dərəcə - şagirdlərin sayı 801- dən cox olduqda.



79. Ümumtəhsil məktəblərində direktor müavinlərinin əmək haqqı necə müəyyənləşdirilir?
Cavab: Direktorun vəzifə maaşından 10-15% aşağı vəzifə maaşı müəyyənləşdirilir.



80. Tam orta ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlığı rəhbərinin əmək haqqı hesablanarkən hansı göstəricilər əsas götürülür?
Cavab:
http://testlerim.org/onlinetest/img/direktortable1.JPG



81. GÇH rəhbəri həftədə nə qədər dərs apara bilər?
Cavab:
Cavab: Ümumtəhsil məktəblərində, litsey və gimnaziyalarda, peşə məktəbi və peşə litseylərində, hərbi rəhbərin hərbi hazırlıq üzrə həftədə 8 saata (ildə 360 saata) qədər tədris etdikləri dərs saatlarının əmək haqqı onların vəzifə maaşına daxil edilir və həmin saatlar üçün əlavə haqq ödənilmir. Hərbi rəhbərlərə haqqı vəzifə maaşına daxil olan saatlardan əlavə taarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs yükü verilə bilər.
Ətraflı: “Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar”



82. Müəllimlərin əmək haqqı hesablanarkən hansı göstəricilər əsas götürülür?
Cavab: Təhsili, stajı, dərs yükü



83. Müəllimin əmək haqqının ödəmə dərəcəsini müəyyənləşdirərkən hansı göstəricilər əsas götürüməlidir?
Cavab: Təhsili (ali və ya orta-ixtisas) və iş stajı (3 ildən az olanlar; 3 ildən 8 ilədək; 8 ildən 13 ilədək; 13 ildən 18 ilədək; 18 ildən yuxarı)



84. Hansı dərəcələr üzrə əməkhaqqı ödənilir?
Cavab: Ödəniş dərəcələrinə ixtisas tələbləri:
8-ci dərəcə: orta ixtisas təhsilli, iş stajına tələb qoyulmadan:
9-cu dərəcə: orta ixtisas təhsilli, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya orta ixtisas təhsili müəssisələrini fərqlənmə diplomu ilə bitirən;
10-cu dərəcə: ali təhsilli, iş stajına tələb qoyulmadan; orta ixtisas təhsilli, 5 ildən 10 ilədək pedaqoji stajı;
11-ci dərəcə: ali təhsilli, 3 ildən 8 ilədək pedaqoji stajı olan və ya ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirən; orta ixtisas təhsilli. pedaqoji stajı 10 ildən 15 ilədək olan;
12-ci dərəcə: ali təhsilli, 8 ildən 13 ilədək pedaqoji stajı olan; orta ixtisas təhsilli, pedaqoji stajı 15 ildən çox olan;
13-cü dərəcə: ali təhsilli, pedaqoji stajı 13 ildən 18 ilədək olan;
14-cü dərəcə: ali təhsilli, pedaqoji stajı 18 ildən çox olan;
15-ci dərəcə: elmi dərəcəsi və ixtisası üzrə fənn tədris edən şəxslər; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslər; dərslik və müəllim üçün metodik vəsait müəllifləri.
Ətraflı: “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası Hiissə-75”



85. Müəllimlər həftədə neçə saat dərs apara bilər?
Cavab: 36 saat
Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmiş müəllimlərin dərs bölgüsü aparılarkən müəssisələrdə işləyən müəllim üçün həftəlik 1 (bir) stavka dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkadan çox olmamalıdır), digər müəssisələrdə 12 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkadan çox olmamalıdır) müəyyənləşdirlimişdir.
Ətraflı: “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları”



86. Hazırda dərəcələr üzrə müəllimlərin əməkhaqqının miqdarı nə qədərdir?
Cavab:
Ətraflı: “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” AR NK-nin Qərarı
http://testlerim.org/onlinetest/img/direktortable2.JPG



87. Ümumi təhsil müəssisələrində sinif rəhbərliyi kimlərə verilir?
Cavab: təşkilatçılıq bacarığı ilə seçilən, şagirdlərin təlim-tərbiyə işinin müasir tələblərini başqalarından daha yaxşı bilən, uşaqları ürəkdən sevən, onların müxtəlif yaş dövrünün dəyişkən psixoloji xüsusiyyətlərinə bələd olan müəllimlərə.



88. Bir müəllim neçə sinifdə sinif rəhbəri ola bilər?
Cavab: Müəllim yalnız bir sinifdə sinif rəhbərliyi apara bilər. Məktəbdə müəllimlərin sayı kifayət qədər olmadıqda Təhsil Nazirliyinin icazəsi ilə iki sinifdə sinif rəhbərliyi aparıla bilər.
Ətraflı: “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları”



89. Ümumi təhsil müəssisələrində sinif rəhbərliyinə görə əlavə haqq nə qədər ödənilir?
Cavab: Ümumtəhsil məktəblərində sinif rəhbərliyinə görə aşağıdakı kimi əlavə haqlar ödənilir.
- І - ІV siniflərdə bir müəllim stavkasının 15 faizi həcmində;
- V - XІ (XІІ) siniflərdə bir müəllim stavkasının 20 faizi həcmində;
Sinifdə şagirdlərin sayı 10 nəfərdən az olduqda sinif rəhbərliyi üçün müvafiq məbləğin 50 faizi ödənilir.
Ətraflı: “Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat”



90. Ümumtəhsil məktəblərində ştat vahidi müəyyən edilərkən hazırlıq siniflərinin sayı nəzərə alınırmı?
Cavab: Xeyr.



91. Hazırlıq siniflərində dərs aparan müəllimlərə yazı işlərinin yoxlanılması üçün əlavə haqq ödənilirmi?
Cavab: Xeyr.



92. Ümumi təhsil müəssisələrində siniflərin komplektləşdirilməsi necə aparılır?
Cavab: Ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir.



93. Ümumi təhsil müəssisələrində hansı fənlərin tədrisində siniflər iki qrupa bölünür?
Cavab:
- Təlim rus və gürcü dillərində aparılan ümumtəhsil məktəblərinin I-XI (birinci- onbirinci) siniflərində Azərbaycan dili (dövlət dili kimi).
- Təlim dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərinin I-XI (birinci- onbirinci) siniflərində xarici dil, V-VII (beşinci-yeddinci) siniflərdə ikinci xarici dil.
- Bütün ümumtəhsil məktəblərinin V-XI (beşinci-onbirinci) siniflərində “Fiziki tərbiyə”, V-VII (beşinci-yeddinci) siniflərində “Texnologiya” (ikinci xarici dilə ayrılan saat hesabına tədris edilən “Texnologiya” dərsləri istisna olunmaqla), VIII (səkkizinci) sinifdə “Əmək hazırlığı”.
- Seçmə fənlərə ayrılan saatlardan 1 (bir) saat verilməklə “İnformatika” fənninin 2 (iki) saat tədris olunduğu ümumtəhsil məktəblərinin X-XI (onuncu-onbirinci) siniflərində həmin dərslər üzrə praktik məşğələlər.
Ətraflı: “Tədris Planına dair qeydlər”



94. Maddi-tədris baza və ixtisaslı müəllim kadrları olmaq şərtilə sinifdə şagirdlərin sayı neçə olduqda V- IX siniflər xarici dil, fiziki tərbiyə və əmək hazırlığı fənlərindən iki qrupa bölünür?
Cavab: Şagirdlərin sayı 20 və daha çox olduqda.
Ətraflı: “Tədris Planına dair qeydlər”



95. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilə bilərmi?
Cavab: Bəli. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.
Ətraflı: “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”



96. Ümumi təhsil müəssisəsində paraleli olmayan bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilirmi?
Cavab: Bəli, bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir.
Ətraflı: “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”



97. Fakultativ, fərdi və qrup məşğələləri ən azı neçə şagird olduqda təşkili edilir?
Cavab: Dərsdənkənar, fakültativ məşğələ qrupları və dərnəklər şagirdlərin sayı 8 (səkkiz) nəfərdən az olmamaq şərti ilə komplektləşdirilir.
Ətraflı: “Tədris Planına dair qeydlər”


97. Əmək müqaviləsinin tərəfləri, məzmunu və forması
Cavab: Maddə 42. Əmək müqaviləsinin tərəfləri
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
3. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.
4. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz.



Maddə 43. Əmək müqaviləsinin məzmunu
1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:
a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarix, şəxsiyyət vəsiqəsini verən orqanın adı;
b) işəgötürən hüquqi şəxs olduqda onun adı və hüquqi ünvanı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə onun adı, soyadı, atasının adı, ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarix, şəxsiyyət vəsiqəsini verən orqanın adı;
c) işçinin iş yeri, vəzifəsi (peşəsi);
ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;
d) əmək müqaviləsinin müddəti;
e) işçinin əmək funksiyası;
ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması;
f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması;
ğ) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.
3. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.
4. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.



Maddə 44. Əmək müqaviləsinin forması
1. Əmək müqaviləsi yazılı formada bağlanır.
2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.
3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.



98. Əmək müqaviləsi hansı müddətə bağlanıla bilər?
Cavab: Maddə 45. Əmək müqaviləsinin müddəti
1. Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.



99. İşə qəbul edilərkən sınaq müddəti hansı müddətə bağlanılır? Kimlərə sınaq müddəti şamil edilmir?
Cavab: Maddə 51. Sınaq müddəti
1. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.
2. Sınaq müddəti işçinin faktik olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.
3. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.



Maddə 52. Sınaq müddəti müəyyən edilməyən hallar
Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti:
yaşı 18-dən az olan şəxslərlə;
müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;
hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;
təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;
ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;
iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;
tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.
100. İşçi ilə işəgötürən arasında əmək münasibətləri nə vaxtdan yaranır?
Cavab: Əmək müqaviləsinin bağlandığı andan



101. Müddətli əmək müqaviləsi hansı halda bağlana bilər?
Cavab:
Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar
Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:
a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;
b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsüm işlərin yerinə yetirilməsi zamanı;
c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması, və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;
ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, ordinatorluq, internatura, bakalavrlıq dövrləri) hallarda;
d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;
e) müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Baş Məşğulluq İdarəsi və onun yerli orqanları vasitəsi ilə)] göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;
ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;
f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;
g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;
ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.



102. Müddətli əmək müqaviləsində göstərilən müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi hansı müddətə uzadılmış hesab olunur?
Cavab:
Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
103. Əvəzçilik üzrə əlavə iş yerində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb olunurmu?
Cavab:
Maddə 58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi
3. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər.
104. Müvəqqəti əvəzçilik nədir və necə yerinə yetirilir?
Cavab:
Maddə 61. Başqa işçinin əmək funksiyasının icrası
1. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.
2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.
3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.
4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla, həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilir.
105. Əmək müqaviləsinə xitam verilməsinin əsasları hansılardır?
Cavab:
Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:
a) tərəflərdən birinin təşəbbüsü;
b) əmək müqaviləsinin müddətinin qurtarması;
c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);
d) tərəflərin iradəsindən asılı olmayan hallar;
e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
106. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası necədir?
Cavab:
Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin dördüncü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
107. İşəgötürən tərəfindən əmək müqaviləsi hansı hallarda ləğv edilə bilər?
Cavab:
Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları
Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:
a) müəssisə ləğv edildikdə;
b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda.

Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
108. İxtisar aparılarkən təhsil və ya peşəkarlıq səviyyələri eyni olduqda hansı kateqoriyadan olan işçilərə üstünlük verilir?
Cavab:
Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:
§ şəhid ailəsinin üzvlərinə;
§ müharibə iştirakçılarına;
§ əsgər və zabitlərin arvadlarına (ərlərinə);
§ öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
§ həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;
§ məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;
§ kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
109. Hansı hallar işçinin əmək vəzifələrini kobud şəkildə pozması hesab edilir?
Cavab:
Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar
Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:
a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;
b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;
c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;
d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
110. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları hansılardır?
Cavab:
Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda;
b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda.
c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə;
ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;
d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə;
e) işçi vəfat etdikdə;
ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə.



111. Əmək müqaviləsinin ləğvi zamanı əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilməlidirmi?
Cavab:
Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.



112. Çalışmanın son yaş həddinə (65 yaş) çatmış pedaqqoji işçilərin əmək fəaliyyətini davam etdirməsi ilə əlaqədar prosedurlar necə müəyyənləşdirilir?
Cavab:
Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcələsinin 10-1-ci maddəsi və Nazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar 6 (son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi; elmi dərəcə və ya elmi adının olması; dövlət təltifi ilə təltif edilməsi; attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi; “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması; müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda; səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda; işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) gözlənilməklə müəssisə rəhbəri tərəfindən hər dəfə 1 il olmaqla 5 ildən çox olmayaraq uzadıla bilər.



113. 70 yaşdan yuxarı pedaqoji işçilərin əmək fəaliyyətini davam etdirməsi ilə bağlı prosedurlar necə müəyyənləşdirilir?
Cavab:
Çalışmanın yaş hədinə çatmış işçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş meyarlar gözlənilməklə tabelik üzrə idarəetmə orqanının razılığı əsasında müəssisə rəhbəri tərəfindən həyata keçirilir.
114. İşdən çıxan işçiyə əmək kitabçası neçə gün ərzində verilməlidir?
Cavab:
Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
115. Əmək müqaviləsinə xitam verilərkən işçilərə hansı təminatlar nəzərdə tutulur?
Cavab:
Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə:
§ orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti;
§ işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.
4. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.
5. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan orta əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanında [Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Baş Məşğulluq İdarəsi və onun yerli orqanları vasitəsi ilə)] qeydiyyata alınan şəxslərə verilir. Bu ödəmələr işəgötürən, müəssisə ləğv edildikdə isə onun əmlakının yeni mülkiyyətçisi (əmlakın operativ idarəçiliyini həyata keçirən hüquqi, fiziki şəxs) tərəfindən ödənilməlidir. Bu qayda bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş hala şamil olunmur.
116. Hansı halda əmək müqaviləsinin ləğvi zamanı müəssisə həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılıq alınmalıdır?
Cavab:
Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
117. İşçi işdən çıxarıldığını qanunsuz hesab edirsə, hansı addımı atmalıdır?
Cavab:
Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində(Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.) nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
118. İşçi müddətli həqiqi hərbi xidmətdə olduğu zaman iş yeri saxlanılırmı?
Cavab:
Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
9. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.




Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar