DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

1 Nisan 2016 Cuma

“Tərbiyə işləri üzrə direktor müavini”

Əmək funksiyası: normativ sənədlərə uyğun olaraq tərbiyə işinə rəhbərlik edir; məktəbdə müəllimlərin, tərbiyəçilərin, kitabxanaçıların, qrup və dərnək rəhbərlərinin, psixoloqun və tələbə təşkilatlarının köməyi ilə gənclərin hərtərəfli tərbiyə edilməsinə nail olur, fərdi tərbiyə üsullarının tətbiqi yolu ilə müvafiq problemləri həll edir; tərbiyənin bütün sahələri üzrə müzakirələrə məsələlər hazırlayır; yataqxanalarda tərbiyə işini həyata keçirir, gənclərin milli adət-ənənələr və vətənpərvərlik ruhunda tərbiyə olunmalarını təşkil edir; gənclər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik tədbirlərin aparılmasına rəhbərlik edir; xidmət sahələri üzrə müşavirələr, seminarlar, elmi-praktik konfranslar keçirir; tərbiyə işi ilə bağlı pedaqoji işçilərin təcrübəsini öyrənir, gənclərin asudə vaxtının səmərəli təşkilini təmin edir. Bilməlidir: gənclərin təhsili və tərbiyə məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını, “Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, Uşaq Hüquqları Konvensiyasını, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununu; təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və müasir metodlarını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici ölkələrdəki pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; informasiya-kommunikasiya sistemlərindən istifadəni; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: 
1.Pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsil;
2.Bir qayda olaraq, humanitar və ya ictimai fənlər ixtisası üzrə ən azı 3 il pedaqoji staj;
3.Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat). Direktorun vəzifə maaşından 15% aşağı vəzifə maaşı müəyyənləşdirilir. Bölmədə verilmiş sonrakı vəzifələr və mətnlər ardıcıllıqla saxlanılsın.
4. “Təhsil sahəsi işcilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda XVI-cı bölmənin başlığının adı saxlanılaraq, bölmədən “Direktor”, “Tədris-tərbiyə və istehsalat işləri üzrə direktor müavini” vəzifələrinin adları və vəzifələr üzrə verilmiş mətnlər çıxarılsın və aşağıdakı mətnlərlə əvəz olunsun:
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar