DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

1 Nisan 2016 Cuma

“ Müdir ”

 Əmək funksiyası: “Məktəbəqədər tərbiyə müəssisələrinin Əsasnaməsi”nə və öz Nizamnaməsinə uyğun olaraq müəssisənin bütün fəaliyyətini idarə edir; tərbiyə-təlim işlərinin keyfiyyəti, müəssisənin uşaqlarla komplektləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti, tərbiyə-təlim sahəsində yüksək səmərəlilik əldə etmək məqsədilə pedaqoji kollektivin və başqa işçilərin fəaliyyətini elmi əsaslar üzərində qurur; proqram materiallarının yerinə yetirilməsinə nəzarət edir; uşaqların həyatının mühafizəsi və sağlamlığının möhkəmləndirilməsi, rasional yeməyin təşkili, sanitariya-gigiyena vəziyyəti üçün məsuliyyət daşıyır; öz səlahiyyəti çərçivəsində işçiləri işə təyin və azad edir, kadrların düzgün seçilməsi və yerləşdirilməsinə məsuliyyət daşıyır; pedaqoji, tibbi və xidmət heyətinin işinə rəhbərlik və nəzarəti həyata keçirir; işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır; pedaqoji şuraya rəhbərlik edir, valideynlər arasında pedaqoji və gigiyena biliklərinin təbliğini təşkil edir; valideyn komitəsinin işini istiqamətləndirir, məktəblə və müvafiq təşkilatlarla əlaqə yaradır; avadanlıqların saxlanmasına, eləcə də təhlükəsizlik texnikası qaydalarına düzgün əməl olunmasına məsuliyyət daşıyır; müvafiq təşkilatlar qarşısında müəssisənin işi haqqında hesabat verir; işçilərinin profilaktik tibbi müayinədən keçməsini təmin edir; əmək qanunvericiliyinə, əməyin hüquqi tənzimlənməsi və daxili intizam qaydalarına əməl edilməsinə nail olur; işçilərin vəzifələrini müəyyənləşdirir, ştat cədvəlində metodist nəzərdə tutulmadığı halda onun vəzifələrini yerinə yetirir; pedaqoji işçilərin attestasiyadan keçirilməsinə şərait yaradır. Bilməlidir: “Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, məktəbəqədər tərbiyə və təlimə aid hökumət qərarlarını; rəhbər təşkilatların məktəbəqədər tərbiyə haqqında əmr, təlimat və sərəncamlarını, digər aidiyyəti normativ sənədləri; pedaqogika və pedaqoji-psixologiya elmlərinin yeni nailiyyətlərini, müvafiq təlim-tərbiyə proqramlarını; yeni pedaqoji texnologiyaları, uşaqların həyatının və səhhətinin qorunması qaydalarını; pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: 
1.Bir qayda olaraq məktəbəqədər pedaqoji ixtisası və ya idarəetmə sahəsi üzrə ali təhsil; 2.Məktəbəqədər tərbiyə müəssisəsində azı 3 illik pedaqoji staj, yaxud müstəsna hallarda müvafiq ixtisaslı orta pedaqoji təhsil və məktəbəqədər tərbiyə müəssisəsində azı 5 illik pedaqoji staj; 
3.Hər iki halda həmin vəzifəni aparmağa səlahiyyət verən təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat). Ümumi təyinatlı uşaq bağçası, körpələr evi-uşaq bağçasının müdiri: 12 - ci dərəcə - qrupların sayı 1 - 4 olduqda; 13 - cü dərəcə - qrupların sayı 5 - 8 olduqda; 14 - cü dərəcə - qrupların sayı 9 və daha çox olduqda. Xüsusi tipli (əqli və fiziki qüsuru olan uşaqlar üçün) uşaq bağçasının müdiri: 13 - cü dərəcə - qrupların sayı 1 - 3 olduqda; 14 - cü dərəcə - qrupların sayı 6 - 4 olduqda; 15 - ci dərəcə - qrupların sayı 7 - 8 olduqda; 16 - cı dərəcə - qrupların sayı 9 və daha çox olduqda. Bölmədə verilmiş sonrakı vəzifələrin adları və mətnləri ardıcıllıqla saxlanılsın. 6. “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda XIX-cu bölmənin başlığının adı saxlanılaraq, “Müdir” vəzifəsi adı və vəzifə üzrə verilmiş mətn çıxarılsın və aşağıdakı mətnlə əvəz olunsun:
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar