DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

1 Nisan 2016 Cuma

“ Məktəbdənkənar müəssisələrin direktoru ”

 Əmək funksiyası: “Məktəbdənkənar tərbiyə müəssisəsinin Əsasnaməsi”nə və öz Nizamnaməsinə uyğun fəaliyyətin bütün istiqamətləri üzrə müəssisənin işini təşkil edir, inkişafın əsas istiqamətlərini müəyyənləşdirir, dövlət və ictimai orqanlarda müəssisəni təmsil edir; öz hüquqları çərçivəsində kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirir; əmək qanunvericiliyi və daxili intizam qaydalarına uyğun
olaraq işçilərin vəzifə səlahiyyətlərini müəyyənləşdirir; uşaqların sağlamlığının qorunmasını, əməyinin mühafizəsi qaydalarına düzgün əməl olunmasına nəzarət edir; təlim-tərbiyə işinin məzmunu və səmərəliliyini təmin edir; müəssisənin şəxsi heyətinin yüksək məhsuldarlıqla işləməsi, uşaqların yaradıcılıq səviyyəsinin yüksəldilməsi və asudə vaxtının səmərəli təşkili üçün əlverişli şərait yaradır; pedaqoji kadrların attestasiyaya hazırlığa və onun keçirilməsinə şərait yaradır; müəssisənin və onun struktur qurumlarının fəaliyyətini yaxşılaşdırmaq üçün iş aparır; təlim-tərbiyə və metodiki işlərin, kütləvi tədbirlərin mütəşəkkil və yüksək keyfiyyətlə keçirilməsinə nəzarət edir; ümumtəhsil məktəblərinin uşaq birliyi təşkilatı rəhbərlərinə və məktəbin pedaqoji kollektivinə müəssisənin profilinə uyğun metodiki kömək göstərir; ayrılmış dövlət vəsaitindən səmərəli istifadə olunmasını təmin edir; müəssisənin maddi-texniki bazasının uçotunu, qorunmasını və müasirləşdirilməsini, sanitar-gigiyena rejimi, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına əməl olunmasını tənzimləyir; müəssisənin inkişaf planını hazırlayır və həyata keçirilməsinə məsuliyyət daşıyır. Bilməlidir: “Azərbaycan Respublikasının Təhsil Qanunu”, təhsil müəssisələrinin işinin təşkili üzrə təlim-tərbiyə müəssisələrinə dair hökumət qərarlarını, Təhsil Nazirliyinin aidiyyəti normativ sənədlərini; pedaqogika, pedaqoji-psixologiya, fiziologiya və gigiyena məsələlərini, əmək qanunvericiliyini, maliyyə-təsərrüfat fəaliyyətinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını; idarəetmənin, statistika, hesabatvermə və aliologiyanın elmi əsaslarını, gənc nəslin tərbiyəsi ilə əlaqədar qabaqcıl xarici təcrübəni.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
1. Pedaqoji və idarəetmə sahəsi üzrə ali təhsil və yaxud müəssisənin profilinə uyğun ali ixtisas təhsili; 2. Pedaqoji və müvafiq sahə üzrə ən azı 3 il staj;
3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat). 10-cü dərəcə- dərnək üzvlərinin sayı 100-dən 200-ə qədər. 11-ci dərəcə-dərnək üzvlərinin sayı 2001-dən 400-ə qədər. 12-ci dərəcə-dərnək, klub və studiya üzvlərinin sayı 601-dən 1000-ə qədər. 14-cü dərəcə-dərnək, klub və studiya üzvlərinin sayı 1000-dən çox olduqda.
8. “Təhsil, təlim-tərbiyə sahəsində qulluqçu vəzifələrinin adı və dərəcə diapazonu” cədvəlinin “Vəzifələr sütununda” XV bölmənin adında “tədris” sözü “təhsili” sözü ilə əvəz olunsun, həmin bölmənin 1-ci sətrində “Direktor, rəis, müdir” sözləri “Direktor” sözü ilə, XVI bölmənin 2-ci sətrində “Tədris-tərbiyə və istehsalat işləri üzrə direktor müavini” sözləri “Tədris-istehsalat işləri üzrə direktor müavini” sözləri ilə XX bölmənin 1-ci sətrində “Direktor” sözü “Məktəbdənkənar müəssisələrin direktoru” sözləri ilə əvəz olunsun. “Dərəcələr diapazonu” sütununda bu vəzifələrə uyğun dərəcələr diapazonu saxlanılsın.

Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar