DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

23 Nisan 2016 Cumartesi

Əmək müqavilələri bundan sonra necə bağlanacaq?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən son dəyişikliklərlə bağlı əmək müqaviləsinin məzmununda əhəmiyyətli dəyişikliklər edilmişdir. Bu dəyişikliklərin nədən ibarət olduğuna və əmək müqaviləsinin bundan sonrakı hüquqi mahiyyətinə Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi İsrafil Əlili aydınlıq gətirib.
"Bu dəyişikliklərə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin etmək məqsədilə elektron informasiya sistemi yaradılır. Bundan sonra ölkədə əmək münasibətləri əmək müqaviləsi bağlandığı andan deyil, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranacaq. Dəyişikliyə əsasən, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər. Elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumatın göndərilməsi nəzərdə tutulub. Bu qanun qüvvəyə mindiyi günədək yazılı bağlanılan və qüvvədə olan əmək müqavilələri üzrə əmək müqaviləsi bildirişlərinin nazirliyin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərə iyulun 1-dək vaxt verilib" -deyə, hüquqşünas bildirib.
İ.Əlili qeyd edib ki, əmək müqaviləsi bildirişi qanunvericilikdə yeni anlayışdır. Belə ki, əmək müqaviləsi bildirişi - istisna halarından başqa (istisna hallar növbəti abzasda göstərilmişdir), əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir." Hüquqşünas bir məsələyə də toxunub. Belə ki, əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu qaydalar isə hələ hazır deyil, yaxın günlərdə hazırlanıb təsdiq edilmək üçün Prezidentə təqdim edilməsi nəzərdə tutul
Eyni zamanda hüquqşünas bildirib ki, dəyişikliyə əsasən, istisna da nəzərdə tutulmuşdur. Belə ki, siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Bu cür müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Qeyd edək ki, yuxarıda qeyd olunan dövlət orqanlarındakı müvafiq vəzifələrin siyahısı da hələ mövcud deyildir. Yaxın günlərdə bu siyahının da Nazirlər Kabineti tərəfindən hazırlanıb təsdiq üçün Prezidentə təqdim edilməlidir.
"Eyni zamanda dəyişikliklərə əsasən, əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqlarına daha biri əlavə olunmuşdur: elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etmək.. İşəgötürənin vəzifələrinə isə aşağıdakı bənd əlavə olunmuşdur: əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək. Bunlar qeyd etdiyim istisna halına şamil olunmur" – deyə İ.Əlili bildirib.
Beləliklə bu dəyişikliklərdən sonra əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:
  1. işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;
  2. işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;
  3. işçinin iş yeri, vəzifəsi (peşəsi);
  4. əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;
  5. əmək müqaviləsinin müddəti;
  6. işçinin əmək funksiyası;
  7. işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması;
  8. tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
  9. işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması;
  10. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN);
  11. işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd;
  12. tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.
Mənbə: www.femida.az
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar