DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

1 Nisan 2016 Cuma

Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahanmərhələsində istifadə olunacaq test suallarının nümunələri.


Ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara qızıl və gümüş medalların verilməsi şərtlərinə aşağıdakılardan hansı aid deyildir?
a) Ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər.
b) Tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar.
c) Bütün fənlərdən illik qiymətləri “əla” olanlar.
d) Tam orta təhsil səviyyəsini həmin məktəbdə “əla” qiymətlərlə oxuyanlar.
e) Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülənlər.
Məktəb direktorlarının vəzifə funksiyaları hansı normativ hüquqi aktla müəyyənləşdirilmişdir?
a) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu
b) Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi
c) Pedaqoji şuranın Əsasnaməsi
d) Formal təhsilin təşkili qaydaları
e) Təhsil Nazirliyi haqqında Əsasnamə
Ümumi təhsil müəssisələrində tədris ilinin uzadılması ilə əlaqədar “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə edilmiş dəyişikliyə görə I və II yarımillərin başlama və qurtarma müddətləri hansıdır?
a) I yarımil: 15 sentyabr-6 yanvar; II yarımil: 12 yanvar-14 iyun.
b) I yarımil: 15 sentyabr-16 yanvar; II yarımil: 22 yanvar-14 iyun.
c) I yarımil: 15 sentyabr-26 yanvar; II yarımil: 1 fevral-14 iyun.
d) I yarımil: 15 sentyabr-15 yanvar; II yarımil: 21 yanvar-14 iyun.
e) I yarımil: 15 sentyabr-26 yanvar; II yarımil: 5 fevral-14 iyun.
Şəhadətnamə və attestatların qeydiyyat kitabı məktəbdə neçə il
saxlanılmalıdır. (çətin)
A) 30 il müddətinə.
B) 10 il müddətinə.
C) 50 il müddətinə.
D) daimi.
E) 75 il müddətinə.
Məktəbin laborantı vəzifə funksiyalarının icrası ilə yanaşı, zərurət olduğu halda, işlədiyi məktəbdə ixtisası üzrə ən çox neçə saat dərs apara bilər. (orta)
A) 6 saata qədər.
B) 14 saata qədər.
C) 18 saata qədər.
D) 24 saata qədər.
E) 12 saata qədər.
Qeyd edilənlərdən hansı təhsil alanların vəzifələrinə aiddir. (asan)
A) pedaqoji etika və əxlaq normalarına riayət etmək, ziyalılıq nümunəsi göstərmək.
B) Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək.
C) Dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq.
D) Müəyyən edilmiş qaydada təhsil müəssəsini dəyişmək.
E) Fasiləsiz təhsil almaq.
Ən azı neçə nəfər pedaqoji işçisi olan ümumtəhsil müəssisəsində pedaqoji şura təşkil olunur? (orta)
A) 5 nəfər olduqda.
B) 3 nəfər olduqda.
C) 7 nəfər olduqda.
D) 8 nəfər olduqda.
E) 6 nəfər olduqda.
Qeyd edilənlərdən hansıları sinif rəhbərinin əsas fəaliyyət sahələrinə aiddir? (çətin)
1.Sinif kollektivində yoldaşlıq əlaqələrinin xarakterini öyrənmək.
2. Sinfin həmrəyliyini və kollektivçiliyini təşkil etmək.
3. Şagird kollektivinin təşkili, fəallarla iş.
4. Şagirdlərin biliklərə yiyələnməsinə nəzarət etmək.
5. Şagirdlərdə davranış mədəniyyətinin tərbiyəedilməsi.
A) 1,2,3. B) 1,3,5. C)2,3,4. D) 3,4,5. E) 2,4,5.
Bilavasitə təlim-tərbiyə prosesində iştirak edən pedaqoji işçilərə işə girmə müddətindən asılı olaraq birinci əmək məzuniyyəti nə vaxt verilə bilər?
a) 6 aydan sonra
b) yay tətili dövründə
c) bir ildən sonra
d) 11 aydan sonra
e) əmək məzuniyyəti verilmir
Müəllimlərin əmək haqqı hesablanarkən hansı göstəricilər əsas götürülür?
a) pedaqoji stajı, təhsili, yaşı
b) təhsili, pedaqoji stajı, dərs yükünün miqdarı
c) dərs yükünün miqdarı, sinifdəki şagirdlərin sayı, təhsili
d) məktədəki şagirdlərin sayı, pedaqoji stajı, təhsili
e) pedaqoji stajı, təhsili, dərs dediyi siniflərin sayı

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar