DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

1 Mart 2016 Salı

Azərbaycan dili 5-ci sinif-Motivasiya nümunəsi



Sinif: V
Fənn: Azərbaycan Dili
Mövzu: Axillesin dabanı
Müəllif: Xəyalə Quliyeva
Müəllim belə bir hadisə danışır. Hadisə Ç. Aytmatovun “Manqurt” əsərindən kiçik bir başlıqdı. Video kadr nümayiş olunur. Hadisədə əsir düşən əsgərlərdən və onlarla rəftardan söhbət açılır.
Müəllim sinfə suallarla müraciət edir.
*   “İnsanın zəif nöqtəsi” ifadəsi nə deməkdir?
*   Qəhrəmanların zəif nöqtələri ola bilər?
*    Hansı qəhrəmanları mifik tanıyırsınız?
Cavablar dinlənildikdən sonra, ümumi bir nəticəyə gəlinir. Mətnin adı açıqlanır.
Oxu. (st. 2.2.1.)
Sinif üzrə oxu təşkil olunur. Şagirdlər mətni oxuyarkən müəllim sözlərin orfoepik normalarına uyğun tələffüzünə, xüsusilə alınma sözlərdə ( adlarda)  vurğunun yerinin düzgün müəyyən olunmasına diqqət yetirir.

Mətn 1-ci mətndaxili suala qədər oxunur. Şagirdlərə illustrasiyadan çıxış edərək mətnin  sonrakı hissəsini təxminetmə bacarığını formalaşdrmağa yönəlmişdir.
Sual cavablandırıldıqdan sonra şagirdlərin diqqətini yoxlamaq məqsədi ilə aşağıdakı fikirlərin doğru, yoxsa yanlış olduğu soruşulur.
Dərsin oxusu yekunlaşdıqdan sonra oxu meyarları üzrə qiymətləndirmə aparlır.
Yazı standartı üzrə Motivasiya
Yazı (st.4.1.2.) Dərsin ikinci hissəsində müəllim sinfə yeni motivasiya sualı ilə müraciət edir.
*   Kim öz adının mənasını bilir?
*   Bilməyənlər nə üçün adlarının mənşəyini və necə əmələ gəldiyini indiyə qədər araşdırmayıblar?
Hər sözün mənşəyi var. Biz bu gün sözlərin mənşəyinin,  ilkin  mənasın necə yaranmasını araşdıracayıq. Bunu araşdıran elm etimologiya adlanır.
Şagirdlərdən biri kitablarında verilən etmilogiya qaydasını oxuyur.

Tədqiqat sualı: Etimologiya nədir? Etimologiyanın dildə, həyatda əhəməiyyəti nəədən ibarətdir.

Qeyd: Dərs iki motivasiya ilə qurulub. Belə ki, həm oxu istiqaməti, həm də yazı istiqaməti üzrə motivasiya qurulub.
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar