DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

10 Şubat 2016 Çarşamba

Ümumiləşdirmə və Nəticələrin çıxarılması mərhələsində müəllim tərəfindən yol verilən nöqsanlar

Bu gün sizə dərsin Ümumiləşdirmə mərhələsi zamanı müəllimin yol verdiyi nöqsanlardan yazacam.
Bilirik ki, dərsin bu mərhələsi biliklərin mənimsənilməsinin son mərhələsi yəni nəticəsidir. Bu mərhələdə şagirdlərin apardıqları tədqiqatın, eləcə də mübadilə edilən fikirlərin, nəticəsi ümumiləşdiriləcəkdir. Bütün dağınıq olan fikirlər, beyinlərdəki sual işarələri qalıbsa, onlara da ümumiləşmiş formada cavab veriləcəkdir. Dərsin bu mərhələsində yol verilən nöqsanlar nələr ola bilər? Gəlin tanış olaq.

Nöqsan-1. Müəllim tədqiqat zamanı şagirdlər qarşısında qoymuş olduğu problemi yenidən səsləndirir. Bu zaman müəllim şagirdlərin fikirlərinə heç bir əhəmiyyət vermir. Özü birbaşa şagirdlərin əvəzinə fikirləri ümumiləşdirir. Dərsdən çıxarılan nəticəni səsləndirir. Şagirdlər isə bu nəticəni emal edilmiş formada dinləmiş olurlar.
Əslində isə, müəllim şagirdlərin yerinə nəticə çıxarmalı deyil. Müəllim fəal təlimin qaydalarından, mexanizmlərindən istifadəni düzgün təşkil etməli onları pozmamalıdır. Müəllim, şagirdi müstəqil tədqiqata sövq etməlidir, şagirdlərin kəşf etdikləri yeni biliklərin sevincini özlərinin yaşaya bilmələrinə şərait yaratmalıdır. Şagirdləri bu sevincdən məhrum etməməlidir. şagirdlər əldə etdikləri biliklərin nəticələrini özləri səsləndirməlidirlər.

Nöqsan-2. Müəllim şagirdlərin dərsin biliklərin mənimsənilməsi istiqamətində olan sonuncu mərhələsində çıxardıqları nəticələri,əldə etdikləri bilikləri, fərziyyələri bir biri ilə əlaqələndirmir. Eləcə də, bütün bu fikirləri, əldə edilən nəticələri tədqiqat sualı ilə əlaqələndirmir.
Əslində isə müəllim, təhlil prosesini düzgün təşkil etməyi bacarmalıdır. Şagirdlərin kəşflərinin sevincini yaşamalarına şərait yaratmaqla yanaşı, onların bu kəşflərini tədqiqat sualı ilə əlaqələndirmələrini təmin etməlidir. Bu olduqca vacibdir. Çünki dərsin sonunda da şagirdlər dərs boyu hansı problemi araşdırdıqlarını bir daha görürlər və əlaqələndirərkən bunu sevinclə edirlər. Çünki onlar qarşılarına qoyulmuş bir problemi açdıqlarının şahidi olurlar.

Nöqsan-3. Müəllim ümumiyyətlə dərsin bu mərhələsinə əhəmiyyət vermir. Bəzi hallarda dərsin vaxtını çatdıra bilmədiyi üçün mərhələni keçirmir. Bəzən isə, müəllim bilərəkdən bu mərhələni "ötürür" 
Əslində isə, dərsin bu mərhələsi ən vacib mərhələlərdən biridir. Tədqiqatın əhəmiyyəti qədər ümumiləşdirmə mərhələsinin də əhəmiyyəti var. Bu mərhələdə şagirdlər əldə etdikləri nəticələrin sevincini yaşayır, bütün "qıfıllı qapılar" açılır, problemin həlli şagirdlər tərəfindən elan edilir. Bu mərhələ əhəmiyyətsiz ola bilərmi? Dərsin əvvəlində beyində yaranamış olan bütün sualların cavabı ümumiləşdirilərək verilir. 

Qeyd: Ümumiləşdirmə və Nəticələrin çıxarılması mərhələsi ilə bağlı əlavə suallarınız yaranarsa yorumlar bölməsində qeyd edə bilərsiniz.
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar