DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

9 Şubat 2016 Salı

İnformasiyanın müzakirəsi və Təşkili mərhələsi zamanı müəllim tərəfindən edilən nöqsanlar.


Bu gün sizə  dərsin müzakirə mərhələsində müəllim tərəfindən yol verilə bilən nöqsanlardan yazacam. Dərsin bu mərhələsində müəllim, tədqiqat üçün şagirdlərə vermiş olduğu tapşırıqlar, eləcə də dərsin məqsədlərinə, tədqiqat sualına xidmət edən müzakirə aparır. Ancaq, bu mərhələdə çox diqqətli olmaq lazımdır ki, müzakirə başqa, mövzudan kənar istiqamətə yönəlməsin. Bu isə müəllimdən xüsusi bacarıq tələb edir. Müəllim, şagirdlərin fikirlərini öz dilləri ilə topalamağı bacarmalı və onlara mane olmadan, eyni zamanda onlara ipiucu vermədən fikirləri ümumiləşdirmələrini təmin etməyi bacarmalıdır. Gəlin bu mərhələdə müəllim tərəfindən yol verilən nöqsanlarla tanış olaq.

Nöqsan-1. Müəllim müzakirəni başlı başına buraxır və lazımı istiqamətə yönəltmir. Dərsin vaxtı gedir, vaxt itirilir və dərsdə müəllim qarşıya qoymuş olduğu məqsədə çata bilmir. Müzakirə zamanı müxtəlif istiqamətli müzakirə aparılır. Vacib olan tapşırıqlar (hansı ki, tədqiqat zamanı müəllim qruplara və ya şagirdlərə təqdim etmişdi) yaddan çıxarılır müzakirədən kənarda qalır.
Əslində isə, müəllim təkcə şagirdlərin təfəkkürünü, idrak fəallığını artırmağa yox, eləcə də fikiri ümumiləşdirməyə yönəltməlidir. Müəllim daim müzakirənin gedişini nəzarətində saxlamağı bacarmalıdır. Əks halda diskussiya öz məcrasından çıxacaq və başqa istiqamətə gedəcəkdir.

Nöqsan-2. Müəllim şagirdlərin səsləndirdikləri fikirlərə sadəcə qulaq asmaq xatirinə qulaq asır və ya ümumiyyətlə qulaq asmır. Müzakirədə şagirdlərin fikirlərinə əhəmiyyətsiz fikirlər kimi yanaşır.
Əslində isə, müəllim bilməlidir ki, şagirdlərin səsləndirdikləri fikirlər hətta müəllimin özünün səsləndirdiyi fikirlərdən daha əhəmiyyətli ola bilər. (Mən bunun dəfələrlə şahidi olmuşam. Şagirdlərə sadəcə sual verin və səbr edin. Görün necə ağıllı fikirlər səsləndirəcəklər. Əsas odur ki, siz o səslənən fikirləri eşitmək istəyin)

Nöqsan-3 Müəllim informasiyanın müzakirəsi zamanı özünün beynində tutmuş olduğu hər hansısa fikri zorla qəbul etdirməyə çalışır.  Şagirlərin vacib təklifləri və ideyalarını diqqətdən kənarda qalır.
Müəllim nəzərə almalıdır ki, şagirdlər özlərinə məxsus ideyalar hazırlayıblar. Bu onların ideyaları ("övladlarıdır") Əgər müəllimin fikrinə görə şagirdlərin verdiyi təklif və ya ideya o qədər də səmərəli deyilsə, bu zaman müəllim yönəldici suallardan istifadə edə və daha səmərəli təklifi şagirdlərdən ala bilər. Yox əgər daha yaxşı səmərəli təklif ala bilibsə şagirdlərdən,  bu zaman həll yolunu müzakirə edə bilər. Şagirdlər aşağı siniflərdə daha "gülməli" "əyləncəli" təkliflər və ya ideyalar irəli sürə bilərlər. Əsas olan odur ki, bu pillə -pillə daha ağıllı fikirlərə dönəcəkdir. Ona görə onların təklif və ideyalarını ələ salmaq, gülmək kimi hallara yol vermək qətiyyən olmaz. Bu hal sinifdə yaranarsa müəllim dərhal onun qarşısını almalıdır. Çünki bu tip hallar şagirdin növbəti tapşırıqlarda fikir səsləndirməməsinə səbəb ola bilər.

Nöqsan-4  Müəllim yönəldici (ipucu) suallardan istifadə edir və imkan vermir ki, şagirdlər özləri lazım olan cavabı səsləndirsinlər. Bu zaman müəllim başqa bir səhvə də yol verir. Hətta cavabı şagirdlərin yerinə özü səsləndirir. Bu isə yolverilməz haldır. Müəllim şagirdləri səbrlə dinləməyi bacarmalıdır.
 Əslində, isə müəllim fasilitasiya qaydaları deyiləm 4 əsas qaydanı xatırlamalı və ona müvafiq davranmalıdır. ( Fasilitasiya qaydaları haqqında başqa bir mövzumuzda ətraflə məlumat verəcəm)

Nöqsan-5 Müəllim, şagirdlərin səsləndirdikləri fikirləri fərqləndirmir, təhlil etmir, heç bir şəkildə qeyd etmir. Şagirdlər sadəcə  səsləndirirlər və bitir. 
Əslində isə , müəllim şagirdlərin fikirlərini diqqətlə dinləyərək, onların fikirlərindən ümumiləşdirmə kimi istifadə etməli, əsas ideyaları seçmələri üçün istiqamət verməli, əsas fikirlərin, əsas ideyaların tam bir formasını onların gözləri önündə əks etdirməlidir. Bunu istər sözlə, istərsə hər hansı iş üsulunu tətbiq etməklə, istərsə də, lövhədə təsvir edə bilər. 


Qeyd: Məqalə ilə bağlı əlavə suallarınız yaranarsa, yorumlar bölməsində yazmağı unutmayın.

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar