DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

13 Şubat 2016 Cumartesi

Dərsin qiymətləndirmə mərhələsində müəllim tərəfindən yol verilən səhvlər

Bu gün sizə dərsin sonuncu mərhələsi olan qiymətləndirmə mərhələsi zamanı müəllim tərəfindən yol verilən nöqsanlardan yazacam.
Dərsin bu mərhələsi həm qiymətləndirmə həm də refleksiya mərhələsidir. Bu mərhələ dərsin sonuncu mərhələsi olmasına baxmayaraq, proses dərsin 45-dəqiqəsi ərzində aparılır. İstənilən mərhələdə şagirdlər qiymətləndirilir. Qiymətləndirməni edərkən refleksiya şəklində təşkil edə bilərsiniz. Bu zaman dərs boyu müzakirələrdə müəllim tərəfindən verilən suallara şagirdlər tərəfindən verilən cavablar dinlənilir ki, qiymətləndirmə zamanı, xüsusən də fərdi qiymətləndirmə zamanı refleksiya mühüm rol oynayır.
Qiymətləndirmə şagirdlər üçün ən maraqlı olan mərhələdir. Çünki onlar bilik və bacarıqlarının nəticəsi ilə tanış olmaq istəyirlər.
Qiymətləndirmə çox geniş anlayışdır. Ancaq mən bu gün sizə qiymətləndirmənin sadəcə dərsin mərhələsi ilə bağlı hissəsini yazacam.
Qiymətləndirmə 45 dəqiqəlik dərs prosesində 2 şəkildə həyata keçirilir. Ya iş formasından (qruplarla,cütlərlə) asılı olaraq və fərdi qiymətləndirmə.

Nöqsan-1. Müəllim qrup və ya cütlərdə qiymətləndirməni təşkil edir.  Bu zaman fərdi qiymətləndirməyə əhəmiyyət vermir. Fərdi qiymətləndirməyə ehtiyac dərsin sonunda şagirdlərin gündəliklərinə qiymət yazarkən lazım olur.
Əslində isə, müəllim qrup qiymətləndirməsi zamanı şagirdlərin fərdi çıxışlarına diqqət etməlidir. Çünki, dərsin sonunda fərdi olaraq şagirdlərin gündəliklərinə qiymət yazılır. Bütün şagirdlər qrup daxilində eyni şəkildə fəaliyyət göstərib, eyni bilik və bacarıqlara sahib ola bilməzlər. Standartı eyni səviyyədə yerinə yetirə bilməzlər. Bununla yanaşı, həm şagirdlər özləri həm də onların valideyinləri övladlarının qiyməti ilə maraqlandıqları üçün fərdi qiymətləndirmə təşkil edilməlidir. 
     Qruplarda qiymətləndirmə adətən cədvəl formasında meyarlara müvafiq təşkil edilir.

Nöqsan-2. Müəllim qrup qiymətləndirməsini təşkil edərkən, heç kimə, sinifdəki şagirdlərə və ya qruplara üz tutmadan birbaşa başını aşağı salıb qiymətləndirməni təşkil edir.
Əslində isə, müəllim qrup qiymətləndirməsini təşkil edərkən, şagirdlərin gözləri önündə təşkil etməli, şagirdlərin fikirləri soruşulmalı (digər qrupların bir birləri haqqında fikirlərini öyrənir) sonra obyektiv şəkildə qiymətləndirməni təmin etməlidir. Şagirdlər bəzən qeyri obyektiv fikirlər də səsləndirə bilərlər ( qrupda qalib gəlmək istəyi onları belə fikirlər səsləndirməyə sövq edir). Bu zaman müəllim şagirdləri obyektiv qiymətləndirməyə istiqamətləndirməlidir.

Nöqsan-3. Müəllim qrup qiymətləndirməsini təşkil edərkən bir qrupun digər qrupdan daha yaxşı olmasını çox "qabardır" beləliklə digər qrupları ruhdan sala bilir.
 Müəllimin qrupların qiymətləndirməsini bir növ sağlam rəqabət şəklində qurmağı bacarmağı müəllimdən böyük bacarıq və təcrübə tələb edir.

Nöqsan-4. Müəllim şagirdlərin fərdi qiymətləndirməsini təşkil edərkən "qalmaqal" yaranır. Səbəb isə müəllimin şagirdin bilik və bacarığını düzgün qiymətləndirə bilməməsi olur
Müəllim fərdi qiymətləndirməni düz təmin etmək üçün, bütün dərs boyu və xüsusən də qrup daxili tədqiqat işi zamanı daim müşahidə aparmalı, həmçinin müəllim,  müzakirələr zamanı sualları verərkən şagirdlərin fərdi cavablarına diqqət etməlidir.

Qeyd: Müəllim fərdi qiymətləndirməni təşkil edərkən şagirdlərə bu qiyməti nə üçün, hansı əsaslara uyğun verdiyini açıqlasa daha məqsədəuyğun olar və şagirdlərin hörmətini qazanmış olar.

Müəllim fərdi qiymətləndirmə və qruplarla qiymətləndirməni müvafiq meyarlara uyğun təşkil edir. Fərdi qiymətləndirmənin hər çeyarı üzrə rubrik səviyyələri olur ki, bununla bağlı bloqumda ətraflə məlumat əldə edə bilərsiniz.

Qeyd: Məqalə ilə bağlı suallarınız yaranarsa, bloqun yorumlar bölməsində qeyd edə bilərsiniz

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar