DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

1 Şubat 2016 Pazartesi

Diskussiya bacarıqlarının qiymətləndirilməsi

Əsas kimi mövqenin təqdim olunması prosesinin özü, dəlillərin əsaslandırılması, diskussiya iştirakçılarının polemika aparmaq bacarıqları götürülür. Müəllim aşağıdakıları qiymətləndirmə bilər: faktlara (mənbələrdən, xəritlərdən, illüstrasiyalardan, statistik məlumatlardan və s götürülmüş) əsaslanmış məlumatın təqdim olunmasını ; öz fikrinin və ya mövqeyinin söylənilməsini; məlumatın şərhini və ya ona əlavələri ; oxşarlığın müəyyənləşdirilməsini ; səhvlərə diqqət yetirilməsini şagirdlərin diskussiyada iştirakını və əsaslandırılmış sübutetmə bacarığını qiymətləndirərkən qarşılıqlı qiymətləndirmədən istifadə etmək olar. Belə üsulun bir neçə növünü təklif edərkən və ya onu izləyərək aşağıdakı dəlillərin qiymətləndirilməsi cədvəlini doldururlar:


Dəlillər vərəqəsi
Qiymətləndirmə şkalası--- Şagirdlər diskussiya iştirakçısına aşağıdakı meyarlara görə "5"dən "+5"ə kimi qiymət qoyurlar
-Dəlillərin inandırıcılığı (şkalada "D" nöqtəsi qeyd edilir.)
-mənbələrdən bacarıqla istifadə edilməsi (şkalada "İ" hərfi qeyd edilir)
-mülahizələrin məntiqiliyi, ziddiyyətlərin olmaması (Şkalada "M" nöqtəsi qeyd edilir.
-polenik bacarıqlar : çarpaz suallar vermək , rəqibin dəlillərinin əhəmiyyətini azaldan əks-dəlillər tapmaq bacarığı ("P" nöqtəsi kimi qeyd etməkdir. 
Diskussiya iştirakçısın qiymət vərəqəsi:
Bu qiymətləndirmə vərəqəsinin bir variantıdır. Şagirdlərə vərəqlər paylanılır və onlar göstərilən parametrlər üzrə diskussiya iştirakçılarına qiymət verməlidirlər.
Mövzuya plana uyğun olmayan mülahizələr , diskussiyada inhisarın saxlanılması (vaxt limitindən artıq çıxış) diskussiyada digər şəxslərə mane olmaq ; şəxsi hücümlar (fərdi xarakterli tənqidi qeydlər) mənfi ballarla ölçülür

Başqa bir nümunə:  Debatların qiymətləndirilməsi
Debatların sonunda dəlillərin inandırıcılığı , spikerlərin polemik bacarıqları müzakirə olunur və tərəflərdən birinin qələbəsi haqqında qərar çıxarılır. 
Debat formalı məşğələdə münsiflər heyətindən istifadə məqsədəuyğundur. Münsiflər heyəti dəlillərin qiymətləndirilməsi vərəqəsini doldurur və debatın nəticələrini yekunlaşdırır. Debatın nəticələrinin yekunlaşdırılmasının ən yaxşı forması hər iki tərəfə müraciət olunmuş ---Rəqibin ən yaxşı dəlilləri hansılar idi? sualından istifadədir. müəllim işi fərdi və ya cütlüklərlə qiymətləndirə bilər

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar