DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

26 Ocak 2016 Salı

Tapmacanı tap oyunu

Tapmacanı tap oyunu
Bu oyun sırf auditoriyalarda fəallaşdırmanı artırmaq, yorğunluğu aradan qaldırmaq məqsədi ilə tətbiq edilir. Oyunu elmi və ya sırf əyləncə istiqamətində də aparmaq mümkündür.  Eyni zamanda bu oyunu dərsyönümlü və məktəb tədbirlərində, bayramlarda, sinifdənxaric işlərdə tətbiq etmək olar.
İlkin nümunə. Auditoriyaya şarlar gətirilir. Şarların sayı auditoriyadakı iştirakçıların sayı qədər olmalıdır. Şarların içərisində tamamlanmamış atalar sözləri ola bilər. Şarı partladan iştirakçı atalar sözünü tamamlamalıdır. 
Və yaxud auditoriyaya gətirilmiş şarların içərisində tapmacalar ola bilər. Kim şarı partlatsa, tapmacanı tapmalıdır. Eyni zamanda elmi istiqamətdə tətbiq edilərsə, elmi suallar (məntiqi, yaradıcı, tənqidi) verilə bilər. 
Həmçinin sinifdənkənar tədbirlərin mövzusuna uyğun şarların içərisində müxtəlif "tapmacalar" yerləşdirilə bilər. 
Prosesi yerinə yetirə bilmək üçün hər bir iştirakçıya cəmi 1 dəqiqə vaxt verilir.
İkinci nümunə: Prosesi şarsız da həyata keçirmək olar. Adi stikerlərlər və ya kartockalarda da oyunu tətbiq etmək mükündür. Bu zaman da öz yaradıcılığınızdan istifadə edərək maraqlı oyun həyata keçirə bilərsiniz. Suallar ağacı, püşklər, top və s tipli oyunlar formasında tətbiq edilə bilər. 

Yalançı tapmaca oyunu
Bu oyun da öz növbəsində istənilən fənn uyğun olaraq tətbiq edilə bilər.
Tutaq ki tarix dərsidir. Müəllim şagirdlərə sual ünvanlayır. Bunu sual formasında və ya hər hansı üsulu tətbiq etməklə edə bilər. Məsələn anlayışın çıxarılması üsulunu da tətbiq edə bilər. Anlayışı beynində də gizlədə bilər, lövhədə də, kağızda da.....
Beynində bir şəxsiyyəti tutur. Həmin şəxsiyyətin bir xüsusiyyətini əsas olaraq götürür. Şagirdlərə şəxsiyyətin onun beynində tutmuş olduğu xarakterini və ya xüsusiyyətini söyləməyi tapşırır.
Şagird cavab verir.
Xeyr- tapmadın
Şagird cavab verir
Xeyr-tapmadın.
....................
.....................Proses tapana qədər davam edir. Bunu müxtəlif fənlərdə müxtəlif anlayışlar üzərində tətbiq etmək olar.


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar