DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

20 Ocak 2016 Çarşamba

Müəllim-şagird layihəsi


Çox zaman dərs prosesində şagirdlərin fənnə marağı az olur. Belə hallarda şagirdlərin dərsə marağını artırmaq üçün tətbiq edilə biləcək ən maraqlı oyunlardan biri də müəllim-müəllim oyunudur. Mən özüm hər zaman dərslərimdə bu oyunu tətbiq edirəm. Sinifiniz istər fənn kurikulumu tətbiq edilən,istərsə də ənənəvi sistem tətbiq edilən sinif olsun, siz bu oyunu rahatlıqla tətbiq edə bilərsiniz.
Bütün sinifə belə bir tapşırıq verilir. Hər kəs lövhəyə asılmış vərəqin üzərinə stiker yapışdıracaq. Ancaq, bu stikerə əvvəlcədən yazı yazırlar. Stikerin arxa tərəfinə hərə bir nəfərin adını anonim şəkildə qeyd edir. Ən çox hansı şagird səs toplasa 1 günlük müəllim mövqeyini icra edir. Deduktiv və reproduktiv dərs tiplərində siz bunu rahatlıqla tətbiq edə bilərsiniz.
İkinci variant: Müəyyən meyarlar qoymaqla həftəlik qalib müəyyən edilə bilər. Məsələn, bu həftə ərzində reallaşdırmalı olacağınız standartlara uyğun əsas 2 meyar müəyyən edin. Həftə ərzində kim sizin müəyyən etdiyiniz meyarın öhdəsindən ən yüksək səviyyədə gəlibsə- IV səviyyəyə cavab verən şagirdi həftənin qalibi elan edə bilərsiniz. Bu prosesə şagirdləri də cəlb etsəniz daha məqsədəuyğun olar. Şagirdlər həftə ərzində daha fəal olmağa can atacaqlar. Nəticədə, həftənin qalibi bir günlük müəllimlik vəzifəsini yerinə yetirəcək. Həmçinin bu prosesi öz yaradıcılığınıza əsaslanaraq da dəyişə və fərqli formalarda tətbiq edə bilərsiniz. günün, həftənin, ayın qalibləri kimi fəallaşdırma şagirdləri n fənnə olan marağını artıracaqdır.

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar