DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

26 Ocak 2016 Salı

Tarix fənni timsalında yaradıcı tapşırıq nümunələri

Mövzu: Xürrəmilər hərəkatı-Babək
Kontekstual biliklərin formalaşdırılması, yaradıcı təfəkkürü inkişaf etdirmək, eləcə də blum taksonomiyasının sintez səviyyəsini nəzərə alaraqdan dərsdə tətbiq etməli olduğumuz  bir neçə tapşırıq nümunəsi paylaşacam. Digər dərslərdə də bu tapşırıq nümunəsinə əsaslanaraq yaradıcı tapşırıqlar hazırlaya bilərsiniz.
Ümumiyyətlə, hafizə istiqmətli tapşırıqlar-məntiqi, tənqidi, yaradıcı tapşırıqların əsasında möhkəmlənir. Yalnız hafizə istiqmətli tapşırıq və suallar şagirdlərdə köçürmə kimi pis vərdişin yaranmasına səbəb olmaqla yanaşı, təfəkkürlərini inkişafdan qoyur.
Unutmayaq! Tapşırıqlar, hafizə istiqamətli verilsə, yaddaşda qalması vacib olsa da, məntiqi, tənqidi, yaradıcı tapşırıqlar, şagirdin gələcək həyatına, cəmiyyətdə davranışına, müstəqil qərar qəbul etməsinə, sərbəst düşünməsinə, müstəqil öyrənməsinə, davranışlarının düzgün formalaşdırılmasına xidmət edən tapşırıqlardır. Bu tapşırıqları yeni təhsil sistemində tətbiq etməklə yanaşı, ənənəvi təhsil sistemində tətbiq etmək məqsədəuyğundur.
Nümunələr:
  1. Düşün ki sən Afşinsən. Sənə tapşırıq verilib. Get. Nə edirsən et. Babəki fikrindən döndər. Mübarizəni dayandırsın. Ona hansı ifadə ilə və necə təsir göstərərdin?- Yaradıcı
  2. Babəkin üstünlüyünü sübut edə bilərsənmi? Ən azı 5 arqument göstərin- Tənqidi və Yaradıcı
  3. Babəkin mənfi cəhətlərini sübut edə bilərsinizmi? Ən azı 3 arqument göstərin.- Təniqidi və Yaradıcı.
  4. Afşinin hansı cəhətlərini sevdin? Fikrini əsaslandır.- Tənqidi
  5. Babəkin sevdiyin cəhətlərini qeyd et və onu nə üçün sevdiyini əsaslandır. –Tənqidi
  6. Azadlıq mübarizəsinə sən başçılıq etsəydin, gördüyün ilk tədbirlər nələr olardı?- Yaradıcı
  7. Ərəb xilafətini tez zamanda çökdürmək üçün Babəkə hansı təklifi verərdin? Təklifini yaz.
  8. Azadlıq nədir?
  9. Döyüşdə qalib gəlmək mütləqdirmi? Fikrini əsaslandır–Məntiqi
  10. Səncə məğlubiyyət insana nə öyrədir? –Məntiqi və Tənqidi
  11.  Düşmənini məğlub etmək üçün daha çox hansı üsuldan istifadə edirsən?- Yaradıcı
Qeyd: Bunlar sadəcə nümunələrdir. Sayını artırmaq, müxtəlif sxem və cədvəllər əsasında, üsullar tətbiq etməklə də tətbiq etmək mümkündür. 




Tepkiler:

2 yorum:

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar