DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

9 Ocak 2016 Cumartesi

Blum taksanomiyası. Öyrənmənin üç növü

Blum taksanomiyası. Öyrənmənin üç növü
Benjamin Blum 1913-cü il 21 fevral Penselvaniyada – Lensford şəhərində,yəhudi əsilli amerikalı ailəsində anadan olmuşdur.1935 ildən etibarən o ,Pensivaniya Universitetində bakalavr ve mağistr pillələrində təhsil almışdır.1942-ci ilde isə Çikaqo Universitetinde doktorluq pilləsini müdafiə etmiş,sonralar bu universitetin fəxri professoru təyin olunmuşdur.O,həmçinin İsrail və Hindistanda təhsil məsləhətçisi işləmiş və 1999-cu il 13 sentyabr tarixində vəfat etmişdir.Blumun nəzəriyyəsi bir çox ölkələrin təhsil müəssələrində qəbul olunmuşdur.
Taksanomiya - biologiya fənnindən götürülmüş anlayış olub mənası obyektlərin qarşılıqlı əlaqəsi üzərində qurulması təsnifatı və ya sistemləşdirilməsi deməkdir.Blum taksanomiyası bilik,anlama,tətbiq etmə,təhlil,sintez və qiymətləndirmə kimi dərketmə prosesinin iyerarxiyasını təsvir etmək üçün Bencamin Blum tərəfindən təklif edilən quruluşdur.B.Blum bu taksanomiyanı təklif etməklə öyrənmə fəaliyyətinin üç əsas növünü müəyyən etmişdir:
1.     Koqnitiv öyrənmə - idraki bacarıqlar;
2.     Affektiv öyrənmə - hiss və emosional sahələrdə inkişaf;
3.     Psixomotor öyrənmə - fiziki və ya praktiki bacarıqlar.
Yuxarıda qeyd etdiyimiz öyrənmə fəaliyyəti növləri kateqoriya kimi düşünülə bilər. Belə ki,təlimçilər (müəllim və öyrədən) bu üç kateqoriyanı BBM (Bilik, Bacarıq, Mövqe) adlandırırlar.Öyrənmə əxlaqının taksanomiyası “öyrənmə prosesinin məqsədi” kimi xarakterizə olunur.Məhz buna görə də öyrənmə prosesindən sonra öyrənənlər (şagird və ya tələbə) mütləq yeni biliklər və bacarıqlar əldə etməlidirlər.B.Blumun rəhbərliyi ilə işləyən qrup koqnitiv və affektiv öyrənmə fəaliyyətləri üçün bir strateji izahat tərtib etmişlər.Lakin bu izahat psixomotor öyrənmə fəaliyyəti üçün nəzərdə tutulmamışdır. Daha sonralar Blum və qrupunun bu nəzərdən qaçırılmış “səhvləri” üçün izahatları belə olmuşdur ki,onlar orta məktəb səviyyəsi üçün praktiki bacarıqların öyrədilməsində kiçik bir təcrübə etmişlər.Yuxarıda qeyd etdiyimiz izahat-tərtibat üç əsas bölməyə və alt-bölmələrə ayrılır.Bu bölmələr ən sadə bölmədən ən mürəkkəb bölməyə doğru inkişaf etdirilir.Onu da qeyd edək ki,bu bölmələr şərtsiz deyil və burada bir çox digər sistemlər, ierarxiyalar vardır ki,onlar da təhsil-təlim sferasında özünəməxsus şəkildə bölünməlidirlər.Bütün bu mürəkkəbliklərə baxmayaraq Blumun taksanomiyası asan başa düşüləndir və dünya təhsil sistemində geniş tətbiq edilir.
Koqnitiv öyrənmə.
Yuxarıda qeyd etdiyimiz kimi,koqnitiv öyrənmə idraki və ya əqli bacarıqlar əsasında biliklər əldə etməkdir.Bu öyrənmə metoduna xüsusi faktların dərk edilməsi, üsul nümunələri,intellektual qabiliyyətlərin və bacarıqların inkişafına xidmət edən fəaliyyətlər toplusu daxildir.Koqnitiv öyrənmənin altı əsas bölməsi vardır və aşağıdakı cədvəldə onların əsaslı təsviri verilmişdir:
BÖLMƏLƏR
AÇAR SÖZLƏR
BİLİK:
məlumatı nağıl etmək və ya müəyyənləşdirmək.

1.     Müşahidə və məlumatların xatırlanması.
2.     Tarixlər,hadisələr,yerlər haqqında biliklər.
3.     Əsas ideyalar haqqında bilik.
·         terminologiya,əsas aktlar və elementlər, klassifikasiya və kateqoriyalar, prinsip və ümumiləşdirmə,nəzəriyyə,model,struktur haqqında məlumatlar;
4.     Fənlər üzrə bilik.
·         fənn kateqoriyaları,texnologiya və üsullar;
5.     Yeni və köhnə biliklər.
  • tərifini vermək
  • ad vermək
  • müəyyən etmək
  • yerləşdirmək
  • seçmək
  • toplamaq
  • siyahılaşdırmaq
  • sitat gətirmək
  • göstərmək
  • uyğunlaşdırmaq
QAVRAMA:
materialı başa düşmək,mənanı dərk etmək, dəyişmək, izah etmək,sözlərini dəyişmək, təfsir və ya şərh etmək.

1.     Biliyin yeni konteksə köçürülməsi.
2.     İzah,təfsir,şərh etmək.
3.     Nümunələrin gətirilməsi.
4.     Öyrənilmiş xassələrə görə təsnifat.
5.     Yekunlaşdırma.
6.     Qarşılıqlı əlaqənin yaradılması.
  • izah etmək
  • təfsir etmək
  • təsvir etmək
  • müəyyən etmək
  • təyin etmək
  • dəyişmək
  • qarşılaşdırmaq
  • fərqləndirmək
  • müzakirə etmək
  • nümunə göstərmək
TƏTBİQ:
məlumatdan istifadə etmək və yeni şəraitə metodları,konsepsiyaları tətbiq etmək.

1.     Məlum olan və ya müəllim tərəfindən verilən təlimata əsasən tapşırığın icra olunması.
2.     Müstəqil hazırlanmış təlimata əsasən tapşırığın icra olunması.

  • həll etmək
  • sınaqdan keçirmək
  • hesablamaq
  • aydınlaşdırmaq
  • qabaqcadan görmək
  • göstərmək
  • tətbiq etmək
  • təsnif etmək
  • şəklini dəyişmək
  • təcrübədə istifadə etmək
  • kəşf etmək
  • nümayiş etdirmək
TƏHLİL:
ayrı-ayrı hissələrə bölünmə və bu hissələrin tama necə aid olunmasını təyin etmək.

1.     Əlaqələrin sezilməsi,hissələrin təşkili,qapalı mənaların anlaşılması,komponentlərin ayırd edilməsi.
2.     Differensiallaşma.
3.     Sıralanma.
4.     Xarakterik xüsusiyyətlərin təyini.
  • təhlil etmək
  • təşkil etmək
  • birləşdirmək
  • seçmək
  • sxematik təsvir etmək
  • müqayisə etmək
  • fərqləndirmək
  • ayırmaq
  • sıralamaq
  • əqli nəticə çıxarmaq
  • izah etmək
SİNTEZ:
yeni ideyaların yaranması üçün köhnə ideyalardan istifadə,verilmiş faktların ümumiləşdirilməsi və bir neçə sahə üzrə biliklərin əlaqələndirilməsi.

1.     Ayrı-ayrı hissələrdən yeni “məhsulun” yaradılması.
2.     Planlaşdırılma.
3.     Yeni ideyalar və yanaşmalar yaratmaq üçün köhnə ideyaların,müəyyən meyarlar üzrə fikirlərin,hipotezlərin,alternaiv həllərin generasiya edilməsi.
  • yaratmaq
  • hipotez irəli sürmək
  • fikri təsdiqləmək
  • hesabat hazırlamaq
  • birləşdirmək
  • planlaşdırmaq
  • layihələşdirmək
  • yenidən nizamlamaq
  • ixtira etmək
  • inteqrasiya etmək
  • hazırlamaq
  • əvəz etmək
QİYMƏTLƏNDİRMƏ:
məlumatın dəyərliliyini və ya səmərəli istifadə imkanlarını müvafiq meyarlara və standartlara əsasən müəyyən etmək.

1.     İdeyaların müqayisəsi və fərqləndirilməsi,tutarlı arqument əsasında seçimlər edilməsi və seçimin dəyərləndirilməsi.
2.     Müəyyən meyarlara əsasən yoxlamaq.
3.     Müəyyən meyarlara əsasən tərif və tənqid etmək.
4.     Sıralamaq.
  • qiymətləndirmək
  • qərar qəbul etmək
  • dəstəkləmək
  • inandırmaq
  • tövsiyyə etmək
  • tənqid etmək
  • fərqləndirmək
  • mühakimə etmək
  • əsaslandırmaq
  • nəticə çıxarmaq
  • səviyyələrə görə bölmək
  • yekun nəticəyə gəlmək
  • vacibini müəyyən etmək

Affektiv öyrənmə

Psixomotor öyrənmə

Diğər psixomotor öyrənmə metodları və B.Blumun taksanomiyasının yenidən işlənmiş halı
                                         
                                                            
                                        
   

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar