DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

6 Aralık 2015 Pazar

SABAH qrupu tələbələrinin 2-ci Forumu başa çatıb

Dekabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən 2-ci SABAH Forumu öz işini başa çatdırıb.
Forumda ölkənin ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan tələbələri iştirak edib. Forumun ikinci günü tələbələr üçün “Karyera inkişafı”, “Vaxtına sahib çıx”, “İnformasiya texnologiyaları gündəlik həyatda” və  “Sən də bir brendsən” mövzularında "ustad dərsləri" təşkil olunub. "Ustad dərsləri”ndə karyera inkişafı, informasiya texnologiyaları və vaxtın idarə olunması ilə bağlı tələbələrlə interaktiv dialoq yaradılıb.
Sonra panel müzakirələrə başlanılıb. Müzakirələrdə təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, R.İ.S.K Elmi İstehsalat Şirkətinin Müşahidə Şurasının həmsədri, biznesin inkişafı üzrə direktor Anar Əligülov iştirak edib. Müasir əmək bazarı şəraitində təhsil və karyera inkişafı mövzusunda keçirilən panel müzakirələrdə uğurlu karyeranın qurulması, SABAH qruplarında təhsil alan tələbələrin müasir dünyanın çağırışlarına cavab verən, rəqabətəqabil kadr kimi formalaşması istiqamətində fikir mübadiləsi aparılıb. Tələbələrlə fəal dialoq mühiti yaradılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Forum daha sonra intellektual oyunlarla davam etdirilib.
Forumun bağlanış mərasimində fərqlənən tələbələrə müxtəlif nominasiyalar üzrə sertifikatlar təqdim olunub, eləcə də ikigünlük foruma dair videosüjet nümayiş etdirilib.
Qeyd edək ki, SABAH qrupları 45 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərir. 1629 tələbənin təhsil aldığı bu qruplarda 500-dək müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunurlar.


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar