DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

4 Aralık 2015 Cuma

Filmlərlə ingilis dilini inkişaf etdir

Filmlərə və seriallara öyrənilən dildə baxmaq həmin dili öyrənməyin ən effektiv metodu olaraq bilinir. Bu saytların köməyilə siz yeni kinolarla tanış olmaqla yanaşı, ingilis dilinizi də inkişaf etdirə bilərsiniz.

Qısametrajlı filmlər üçün: Film English
Qısametrajlı filmlərdən əlavə, onlar əsasında dərs planları da təqdim edilir. Hər filmin üstündə dilin hansı səviyyəsinə uyğun olduğu, hansı auditoriyaya uyğun olmasından, mövzusundan məlumat yazılır. Filmə baxmaq üçün aşağı doğru sürüşdürün və danışıq qabiliyyətinizi inkişaf etdirməyə başlayın.

Filmlərdən qısa fraqmentlər: Film Education
Yüzlərlə filmdən fraqmentlərlə yanaşı, həm də təklif edilən çalışmaları həll edin. Bundan əlavə saytda filmlər haqqında bir-birindən maraqlı məqalələri də oxuya bilərsiniz.. Filmlərin tam siyahısı  üçün bura klikləyin. Xoş müzakirə və seyrlər!

Kino haqqında məqalələr: LearnEnglish Teens Entertainment
British Council ingilis dilinin öyrədilməsində həmişə ən yaxşı həlləri təqdim etməklə tanınır. Bu resursda isə siz kino haqqında məqalə və resenziyalarla tanış ola bilərsiniz. Həm filmlər haqqında maraqlı fikirlər, həm də dil öyrənmək üçün əla saytdır.

Fraqmentlər və qrammatika: Movie Segments to Assess Grammar Goals
Subtitrlərlə filmə baxmaq yazı, danışıq və eşitmə qabiliyyətlərinizin eyni anda inkişafına gətirib çıxara bilər. Filmlərdən fraqmentlərə subtitrlərlə baxın və qrammatikanı əyani üsullarla öyrənin. (pahoo.az)


Ingilis dilini təkmilləşdirmək üçün lazıml sayt-http://lingualeo.com/tr

 ingilis dilini sadə izahda öyrənmək üçün https://www.youtube.com/user/TheCengizhoca



0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar