DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

19 Aralık 2015 Cumartesi

Doktorontlar üçün sorğu anketi

AMEA prezidentinin

15 dekabr 2015-ci il tarixli

617 №-li sərəncamına əlavə



AZƏRBAYCAN  MİLLİ  ELMLƏR  AKADEMİYASI

Doktorantların elmi fəaliyyətləri ilə bağlı

problemlərin öyrənilməsi

SOSİOLOJİ  SORĞU ANKETİ

Hörmətli doktorant!

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti doktorantların elmi fəaliyyəti ilə bağlı problemləri ətraflı öyrənmək, həmin problemlərin aradan qaldırılması üçün səmərəli tədbirlər görmək məqsədilə sosioloji sorğu keçirir. Sorğu anonim xarakter daşıyır. Amma öz arzunuzla, koordinatlarınızı da göstərə bilərsiniz. Nəzərə alın ki, cavablarınızın səmimiliyi və məzmunu görüləcək tədbirlərin keyfiyyətinə təsir edəcəkdir.

Sualları diqqətlə oxuyub, fikrinizə uyğun cavab variantının qarşısındakı nömrəni dairəyə alın. Belə cavablar olmadıqda öz fikrinizi qısa və konkret olaraq yazın.

Sorğuda iştirak etdiyiniz üçün əvvəlcədən təşəkkür edirik!

Sosioloji sorğu anketi



1. Ali məktəbi nə vaxt bitirmisiniz?

1) bu il; 2) ötən il; 3) 2 ildir; 4) 3-5 ildir; 5) 5-10 ildir; 6) 10 ildən çoxdur

2. Doktoranturaya nə vaxt daxil olmusunuz? ________________

3. Bu sahədə doktoranturaya daxil olmanızın əsas səbəbləri (Sizi bu sahəyə gətirən ən başlıca iki səbəbi qeyd edin):

1) ali məktəbdə bu sahədə təhsil almışam;

2) fəaliyyətim bu sahə ilə bağlıdır;

3) bu sahənin perspektivinə daha çox inanıram;

4) bu mənim daxili tələbatımdan irəli gəlir;

5) yaxın insanların tövsiyəsi ilə;

6) bu sahədə iş tapmaq asandır;

7) digər səbəblər? (yazın) ___________________________________

4. Doktoranturadan öncə əmək fəaliyyətiniz olubmu, əgər olubsa, hansı sahədə?

______________________________________________________

5. Doktoranturaya daxil olmaqda əsas məqsədiniz? (ən mühüm iki variantı qeyd edin):

1) uzun müddət məni düşündürən problemlər sahəsində elmi tədqiqatlar aparmaq;

2) elmi düşüncə tərzinə dərindən yiyələnmək;

3) öz ixtisasımı daha dərindən bilmək;

4) alimlər mühitində olmaq;

5) iş karyeramı daha yüksək səviyyədə qurmaq;

6) sadəcə təhsilimi davam etdirmək;

7) digər cavab(yazın)_____________________________________



6. Doktoranturaya daxil olduğunuz elmi müəssisənin hansı üstünlüyü Sizi cəlb edib? (ən mühüm iki variantı qeyd edin):

1) peşəkar elmi kadrların hazırlanması istiqamətində yüksək

təcrübəyə malik olması;

2) təhsilin yüksək səviyyədə təşkil olunması;

3) elmi-tədqiqat müəssisələri arasındakı nüfuzu;

4) bu institutdakı sağlam mühit;

5) elmi tədqiqatların aparılması üçün lazımi şəraitin olması;

6) bu müəssisənin beynəlxalq əlaqələri;

7) digər cavab(yazın)_____________________________________



7. Burada təhsil aldığınız müddətdə qarşınıza qoyduğunuz əsas məqsəd (ən başlıca iki variantı qeyd edin):

1) elmi tədqiqat aparmağı dərindən öyrənmək;

2) ciddi, aktual elmi araşdırmalar aparmaq;

3) dissertasiyanı vaxtında təqdim etmək;

4) elm aləmində tanınmaq;

5) karyera qurmaq;

6) beynəlxalq elmi əlaqələr qurmaq;

7) digər cavablar(yazın)_____________________________________



8. Məqsədinizə çatmaq üçün mühüm imkanlarınız?

1) sağlamlığım;

2) elmlə intensiv məşğul olmaq tələbatım;

3) elmə olan marağım;

4) maddi vəziyyətim yaxşı olması;

5) elmi mühitlə əlaqələrim;

6) xarici dilləri bilməyim;

7) intellektual potensialım;

8) kompüter texnikasını yaxşı bilməyim;

9) digər cavablar(yazın)_____________________________________



9. Əgər məqsədinizə çatmağa mane olan amillər varsa, hansılardır?

___________________________________________________________

10. Elmi tədqiqatları gələcəkdə davam etdirmək fikriniz varmı?

1) bəli, qəti fikrimdir;

2) imkan olsa davam etdirəcəyəm;

3) qərar verməmişəm;

4) xeyr;

5) digər cavab (yazın)_____________________________________



11. Əgər tədqiqatları davam etdirmək istəyirsinizə, harada davam etdirməyi

planlaşdırırsınız? _________________________________



12. Bu tədqiqatları hansı mövzu üzərində davam etdirmək fikrindəsiniz?

__________________________________________________________

3/5

13. Sizcə doktorantura təhsili aldığınız elmi müəssisədə təhsilin keyfiyyəti qənaətbəxşdirmi?

1) bəli, tamamilə

2) ümumən qənaətbəxşdir

3) o qədər də qənaətbəxş deyil;

4) qənaətbəxş deyil;

5) digər cavab (yazın)_____________________________________



14. Dissertasiya üzərində işləməyinizə mane olan səbəblər varsa hansılardır?

1) elə bir ciddi maneə yoxdur;

2) ailə vəziyyətim;

3) mənzil şəraitim;

4) maddi vəziyyətim;

5) xarici dilləri lazımi səviyyədə bilməməyim;

6) səhhətim;

7) paralel olaraq göstərdiyim əmək fəaliyyəti;

8) başqa sahələrdəki yaradıcılığım, hobbilərim;

9) başqa səbəblər(yazın) _______________________________________



15. Dissertasiya üzərində işləmək üçün əsasən hansı mənbələrdən daha çox istifadə edirsiniz?

1) azərbaycan dilində olan ədəbiyyatdan;

2) rus dilində olan ədəbiyyatdan;

3) Türkiyədə nəşr olunan ədəbiyyatdan;

4) başqa xarici dillərdə olan ədəbiyyatdan;

5) internetdə olan ədəbiyyatdan;

6) kitabxanadan;

7) tanışlardan aldığım mənbələrdən;

8) başqa mənbələr(yazın) _______________________________________



16. Sosial problemləriniz dissertasiya üzərində işləmənizə nə dərəcədə mane olur?

1. elə bir maneçiliyi yoxdur;

2. müəyyən qədər mane olur;

3. xeyli mane olur;

4. ciddi şəkildə mane olur.



17. Dissertasiya işi üzərində daha uğurla işləməniz üçün sizin hansı köməyə daha çox ehtiyacınız var? ______________________________________



18. Elmi fəaliyyətlə məşğul olmaq sosial problemlərinizin həllinə mane olurmu?

1) o qədər də mane olmur

2) müəyyən qədər mane olur

3) xeyli mane olur

4) digər cavab(yazın)_____________________________________

4/5



19. Doktorantura təhsilini başa vurduqdan sonra karyeranızı AMEA-da davam etdirmək fikriniz varmı?

1) bəli, ancaq AMEA-da.

2) AMEA-da da olar

3) qərar verməmişəm

4) başqa təşkilatda işləyəcəyəm

5) digər cavab(yazın)_____________________________________



20. Ġndiki zamanda doktorantura təhsilində və elmi fəaliyyətdə ĠKT-nin tətbiqinin vəziyyətini necə qiymətləndirirsiniz?

1) əla; 2) yaxşı; 3) kafi; 4) qeyri-kafi;

21. Sizcə, gənclərin elmə cəlb edilməsi məqsədilə görülən məlumatlandırma,

maarifləndirmə işləri qənaətbəxşdirmi?

1) bəli, tamamilə;

2) ümumən qənaətbəxşdir;

3) o qədər də qənaətbəxş deyil;

4) qənaətbəxş deyil;

5) digər cavab (yazın)_____________________________________



22. Əgər hesab edirsinizsə ki, indiki vaxtda və yaxın gələcəkdə ölkəmizdə elm daha sürətlə inkişaf etdirilməlidir, bunun əsas səbəblərini göstərin:

_____________________________________________________________

_____________________________________________________________

____________________________________________________________

23. Sizin fikrinizcə, ölkəmizdə müasir dövrdə və yaxın gələcəkdə elmə təlabat artacaqmı?

1) məncə, yaxın gələcəkdə ölkəmizdə bütün sahələrdə elmə tələbat artacaqdır;

2) yalnız müəyyən sahələrdə elmə tələbat artacaq;

3) elə bir dəyişiklik baş verməyəcək;

4) əksinə, elmə təlimat azalacaqdır;

5) digər cavablar(yazın) ______________________________________________



24. Sizin tədqiqat sahənizin ölkəmizin tərəqqisinə hansı faydalar verə biləcəyi fikrindəsiniz?

______________________________________________________________________________

______________________________________________________________________________

25. Sizin sahədə ölkəmizin hansı beş ən nüfuzlu alimin adını çəkə bilərsiniz?

_____________________________________________________________

26. Gənc alimlərin daha yüksək səviyyədə hazırlanması istiqamətində hansı yeniliklərin tətbiq olunmasını təklif edərdiniz?

______________________________________________________________________________

27. Dissertasiya ilə bağlı indiyədək əldə etdiyiniz ən mühüm nəticələr?

1. ölkədə dərc olunmuş məqalələrim (sayı)___________________

2. xarici ölkələrdə dərc olunmuş məqalələrim (sayı)___________________

3. xarici ölkələrin nüfuzlu mənbələrində dərc olunmuş məqalələrim (sayı)______________

4. ölkəmizdə keçirilmiş beynəlxalq konfranslarda iştirak etmişəm (sayı)________________

5. xarici ölkələrdə keçirilmiş beynəlxalq konfranslarda iştirak etmişəm(necə?)___________

6. elmi ezamiyyətlərdə olmuşam (necə dəfə?) _____________________________________

7. tövsiyələrimdən praktikada istifadə edilib (harada?) _____________________________

8. digər nəticələr(göstərin) ____________________________________________________



28. Yaşınız? _____ 29. Cinsiniz? _____ 30. Ailə vəziyyətiniz? _____

31. _________________________________________________________

(Soyadınız, adınız, atanızın adı), (Doldurmaq məcburi deyil)

Bir daha təşəkkür edirik!

AMEA - Coğrafiya İnistutu

Qafqaz Universieti - İKT Elmi Tədqiqat Mərkəzi
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar