DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

6 Kasım 2015 Cuma

Yarımillik və İllik qiymətin çıxarılması

Yarımil və illik qiymətin hesablanması cədvəli
(Qısa təsvir)
Ümumi təhsil məktəblərinin yeni təhsil proqramları (fənn kurikulumları) tətbiq olunan siniflərində yeni məktəbdaxili qiymətləndirmə sistemi tətbiq olunur. Yeni məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ qiymətləndirmə-lərdən ibarətdir.
Şagirdlərin summativ qiymətləndirmə zamanı aldıqları qiymətlər nəticəsində yarımil qiymətləri, yarımil qiymətləri nəticəsində isə illik qiymətləri hesablanır.  Bu hesablanmanın müəyyən qaydalara əsasən aparılması müəllimlərin vaxtını, ən əsası isə müəyyən səhvlərin edilməsinə gətirib çıxarır. Bütün bunları nəzərə alıb  MS Excel proqramının imkanlarından istifadə edərək Yarımil və illik qiymətin hesablanması cədvəlini hazırlamışam.
Bu cədvəl Azərbaycan Respublikası Təhsil Nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT" a əsaslanaraq hazırlanmışdır. İllik qiymətlərin çıxarılması da son dəyişikliyə (Azərbaycan Respublikasının Təhsil Naziri, 7 iyul 2014-cü il, № 782 ) uyğunlaşdırılmışdır.

Bu elektron sənəddə 4 bölmə var:
1.                    Yarımil və illik qiymətin hesablanması cədvəli
2.                    Qiymət cədvəli
3.                    Müvəqqəti təlimat
4.                    Müvəqqəti təlimatda dəyişiklik
  Yarımil və illik qiymətin hesablanması cədvəli.
Bu cədvəldə siz  şagirdlərin soyadı, adı, ata adını və Summativ qiymətləndirmə (Kiçik və Böyük summativ) qiymətlərini yazırsınız. Fənninizə uyğun yarımillər üzrə neçə KSQ-niz varsa onları qeyd edirsiniz, digər KSQ sütunlarını boş saxlayırsınız. Qiymətlər yerinə yazıldıqdan sonra yarımil və illik qiymətlər avtomatik olaraq hesablanacaq.
Qiymət cədvəli.
Bəzən müəllimlər summativ qiymətlərin faizlərə uyğun çıxarılmasında çətinlik çəkirlər. Bunu nəzərə alaraq əlavə olaraq bu cədvəlin olmasını vacib hesab etdim. Müəllim yalnız qiymətləndirmə vasitəsində istifadə edilən sual və tapşırıqların ümumi sayını və şagirdlərin cavab verdiyi düzgün sualların sayını yazmaqla qiymət avtomatik olaraq fazilərə uyğun hesablanır.

Növbəti 2 bölmədə isə "Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT" və illik qiymətlərin çıxarılması ilə bağlı edilmiş dəyişiliklərlə tanış ola bilərlər.


Müəllif : Alqış Həsrətov. musabiqe.edu.az-a təqdim edilmiş resurs.
Resursu yükləyib tanış ola və istifadə edə bilərsiniz.

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar