DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

15 Kasım 2015 Pazar

Xarici Dili-Motivasiya Nümunələri

İngilis dilindən dərs nümunəsi
Sevinc ORUCOVA,

İsmayıllı şəhər 6 nömrəli  tam orta  məktəbin ingilis dili  müəllimi 

Motivasiya:
Bildiyimiz kimi, motivasiya fəal təlimdə dərsin mühüm  mərhələsidir.


 Motivasiya hər dəfə elə rəngarəng qurulmalıdır  ki, şagirddə keçilən mövzuya maraq oyatsın. Müxtəlif  şəkillərlə   motivasiyanın  qoyulması  sinifdə  canlanma  yaradır, şagirdləri  fəallaşdırır  və  öyrəniləcək mövzuya  qarşı marağı  daha da artıraraq fikirləri bu istiqamətə yönəldir. 
İKT-dən istifadə etməklə şəkillər nümayiş etdirilir və şagirdlərə həmin şəkillərə baxıb öz fikirlərini bildirmələri təklif olunur. Bu üsulla  mövzunun adı şagirdlərdən alındıqdan sonra  onlar televizor haqqında bəzi sualları cavablandırırlar.
1. Televizora gün ərzində nə qədər baxırsınız?
2. Nəyə görə televizora baxmağı xoşlayırsınız?
3. Bütün günü televizor proqramlarına  baxmaq  yaxşıdırmı?
4. Hansı televiziya  proqramlarını tanıyırsınız?
5. Televizora çox baxanda özünüzü yorğun hiss edirsinizmi?
Tədqiqatın aparılması zamanı əqli hücum üsuluna üstünlük verirəm.  Əqli hücum tamamilə şagirdlərin fikir sərbəstliyini təmin edir. Bu zaman bütün qrup  hər hansı problemin həllinə cəlb edilir, fikir və təkliflər qeyd olunur. Bu fikirlər nə tənqid olunur, nə də qiymətləndirilir. Yerinə yetirilən işin sonunda bütün deyilən fikirlər  təhlil edilir və düzəlişlər olunur. Əsas  məqsəd beyin həmləsi zamanı mümkün qədər çox fikir toplamaqdır.
Dərsə başlayarkən və  ya öyrənmə prosesi  başa catdıqdan sonra BİBÖ üsulundan istifadə edirəm. Şagirdlər keçəcəkləri mövzu haqqında nə bildiklərini, nəyi öyrənmək istədiklərini əvvəlcədən bildirirlər. BİBÖ cədvəlində bildikləri I sütunda yazılır.
II sütunda şagirdlər nələri bilmək istədiklərini müəyyənləşdirirlər.  
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar