Təhsilin məzmunu anlayışı
İnsanın öz təhsilini artırması yollarından
asılı olaraq özünütəhsil, fasiləsiz təhsil, ixtisasartırma təhsili ifadələri
işlədilir.
Təhsil dedikdə, tədris müəssisələrində
verilən, tərbiyə və inkişaf imkanlarına malik olan bilik, bacarıq və vərdişlər
sistemi başa düşülür.
Təhsilin məzmunu didaktikanın əsas problemlərindən
biridir: bəşəriyyətin əldə etdiyi biliklər xəzinəsindən nələri seçib, ayrı-ayrı
yaş dövrlərində və təhsil müəssisələrində öyrətmək lazımdır? Təlimin
müvəffəqiyyəti bu problemin düzgün həllindən çox asılıdır.
Təhsilin məzmunu bir neçə amillə müəyyən
edilir:
a) cəmiyyətin tələbatı, elm və texnikanın
inkişaf səviyyəsi, ictimai
quruluşun xarakteri ilə;
quruluşun xarakteri ilə;
b) təlimin məqsəd və vəzifələri ilə;
c) şagirdlərin
real təlim imkanları ilə.
Təhsilin məzmunu
bütöv təlim prosesinin mühüm bir ünsürü kimi, özündən əvvəl gələn ünsürlə -
təlimin məqsədi ilə şərtlənir. Bəs təlimin (məktəbin) başlıca məqsədi nədir?
Bu sualla bağlı pedaqogika tarixində təhsilin məzmununa dair müxtəlif nəzəriyyələr mövcud olmuşdur: formal və maddi təhsil
nəzəriyyələri (XVIIIXIX əsrlərdə).
Formal təhsil
nəzəriyyəsinə görə, təlimin məqsədi şagirdlərin ağlını, zehni qabiliyyətlərini
inkişaf etdirməkdir. Bu mövqedə duran pedaqoqların fikrincə, elmi bilikləri
öyrənmək üçün məktəb illəri kifayət deyildir. Başlıca vəzifə şagirdlərin
zehnini inkişaf etdirməkdir: zehni cəhətdən inkişaf edən insan istədiyi biliyi
müstəqil əldə edə bilər. Bu nəzəriyyə məktəbdə zehni inkişafa imkan verən
fənləri - qədim və müasir dilləri, riyazi fənləri keçməyi təklif edirdi.
Vaxtilə klassik gimnaziyalarda, mədrəsələrdə təlim bu səpgidə qurulurdu.
Maddi təhsil
nəzəriyyəsinə görə, təlimin məqsədi həyatda bilavasitə lazım olan praktik bilik
və bacarıqlar verməkdən ibarətdir. Bu mövqedə duran pedaqoqların fikrincə,
məktəbdə faydalı həyati biliklər verən fənlər - təbiətşünaslıq, botanika,
biologiya, kimya, fizika və s. keçirməlidir. Vaxtilə real məktəblərdə təlim bu
cür qurulurdu.
Göstərilən hər iki nəzəriyyə birtərəflidir, çünki
onlar təlimin əsas məqsədlərini ayırır və bir-birinə qarşı qoyurdu. Bu
metafizik nəzəriyyələrdən fərqli olaraq, dialektik nəzəriyyə
təlimin hər iki məqsədini vəhdətdə götürür: təlim həm bilik verməli, həm də
zehni qabiliyyətləri (ağlı) inkişaf etdirməlidir. Məktəbdə keçilən fənlər bu
məqsədlərin yerinə yetirilməsinə xidmət etməlidir. Təhsilin məzmunu elə
qurulmalıdır ki, şagirdlər biliklərlə yanaşı, zehni qabiliyyətlərə, təfəkkür
metodlarına da yiyələnmiş olsunlar.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.