DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

15 Kasım 2015 Pazar

Musiqi-Motivasiya Nümunələri


Güllübəyim  CƏRULLAYEVA,
İsmayıllı Rayon Təhsil Şöbəsinin  metodisti


IV sinif
Musiqi

Mövzu: Bəstəkar  və  operetta.
Motivasiya.
Şagirdlər proyektorla Dövlət himninin məzmununa uyğun  videoçarxı  izləyərək  himni ifa  edirlər. Uşaqlardan  himnimizin müəlliflərini  soruşur,  "Şair kimə  deyilir,  bəstəkar  kimə  deyilir" kimi suallarla onlara müraciət edirəm.  Uşaqlar sualları cavablandırırlar. Müsahibəni davam etdirirəm:
- Hansı  Azərbaycan  və   Avropa  bəstəkarlarını  tanıyırsınız?
Şagirdlər  slaydlara  baxa-baxa  bəstəkarların  adlarını    sadalayırlar. Sonra dahi  bəstəkarımız Üzeyir  Hacıbəylinin portretini   göstərir və uşaqlara  müraciət  edirəm:
- Üzeyir  Hacıbəyli kimdir?  Uşaqlar şaxələndirmə üsulu ilə  Üzeyir Hacıbəyli haqqında məlumatlanırlar. Müzakirələrdə onun həyatı, yaradıcılığı,  publisistikası  və  nəhayət, Azərbaycanda  opera   və   operettanın   yaradıcısı   olaraq  vurğulanır.

Tədqiqat   sualı:
Operettada hansı  musiqi  janrlarından  istifadə  olunur  və  hansı  musiqi  kollektivləri  iştirak  edir?
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar