DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

2 Kasım 2015 Pazartesi

Müəllimlərin bilik və bacarıqlarının imtahanlarında iştirakçıların davranış QAYDALARI

Müəllimlərin bilik və bacarıqlarının imtahanlarında iştirakçıların davranış 
QAYDALARI
• imtahana gələrkən özləri ilə qələm və şəxsiyyət vəsiqələrini gətirməlidirlər; 
• imtahan keçirilən məkana gələrək, girişdə qeydiyyatdan keçməli və imtahan nəzarətçilərinin təlimatına uyğun olaraq binaya daxil olmalıdırlar; 
• imtahan zalına daxil olduqdan sonra onlar üçün nəzərdə tutulmuş yerlərdə oturmalı və təlimatı gözləməlidirlər. Təlimat və imtahana başlamaq haqqında məlumat verildikdən sonra imtahana başlamaq olar; 
• nəzarətçilər təlimat verərkən müəllimlər imtahanlar zalında sakitliyi tam təmin etməli, bir-birilərinin təlimatı dinləmələrinə mane olmamalıdırlar; 
• imtahan zamanı bir-birindən köçürməməli, bu və ya digər hər hansı bir səbəbə görə sakitliyi pozmamalıdırlar; 
• imtahanda iştirakçılar onlara verilən vərəqlərdən əlavə heç bir vasitədən istifadə etməməlidirlər. Pərgar, kalkulyator, əlavə vərəq, kitabça və sair kimi ləvazimatların imtahanlara gətirilməsi və ya istifadə edilməsi qadağandır; 
• mobil telefonlar söndürülməlidir; 
• yuxarıda qeyd edilən qaydalara riayət etməyən imtahan iştirakçıları imtahandan xaric olunacaq və onların nəticələri ləğv olunacaqdır.
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar