DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

1 Kasım 2015 Pazar

Motivasiya məktubu necə yazılmalı?

Motivasiya məktubu haqqında (məqalə)
Salam mən Həsən Əliyev (Educational Consultant) bu dəfəki məqalədə gənclərin ən çox çətinlik çəkdiyi Motivation Letter (istək məktubu) nədir? necə yazılır? bu haqda ətraflı məlumat verəcəyəmki hərkəs özü tam dərk eləsin və yazmaq qabiliyyəti formalaşsın. Niyyət məktubu həm xarici universitetlərə magistratura və doktoranturaya qəbul olarkən sizin həmin ixtisası nə üçün seçdiyiniz həmdə yeni işə qəbul olarkən sizin həmin vəzifə haqqında düşüncənizi və həmin vəzifəni nə üçün seçdiyinizi göstərəcəyiniz bir akademik yazı nümunəsidir. Amma ölkəmizdə hal-hazırda niyyət məktubundan xarici universitetlərə qəbul olarkən daha çox istifadə olunur, yəni iş yerləri çox nadir hallarda tələb edir. Burdanda aydın olduğu kimi niyyət məktubunun 2 növü vardır və hər ikisi haqqında məlumat verəcəyəm.
Akademik niyyət məktubu öncədəndə qeyd etdiyim kimi xarici universitetlərə qəbul olmaq istəyərkən lazım olan bir yazı. Akademik niyyət məktubunda siz aşağıdakı suallara cavab verməlisiniz.
hansı ixtisasda təhsil almaq istəyiriniz?
nə üçün bu ixtisasda təhsil almaq istəyirsiniz?
bu sahədə təcrübəniz nələrdir?
bu ixtisası bitirdikdən sonra nə etməyi düşünürsünüz?
  İş dünyası üçün yazılan niyyət məktubu isə adətən böyük şirkətlər tələb edir. İş üçün       niyyət məktubunda aşağıdakı suallara cavab verməlisiniz.
hansı vəzifədə işləmək istəyirsiniz?
bu vəzifə üçün üstünlüyünüz nədir?
şirkətə nə verə bilərsiniz?
şirkətdən işçi kimi gözləntiləriniz nələrdir?
İndi isə niyyət məktubu necə yazılır onu izah edim:
təcrübədə olduğunuz şirkətin tam adı və əlaqə qurulacaq şəxsin əlaqə vasitələri.
bakalavrda təhsil aldığınız ixtisas haqqında geniş məlumat.
yazığınız tezis və digər elmi məqalələr haqqında qısa məlumat.
İndi isə əsas məsələ sizin üstünlüyünüz yəni şəxsi keyfiyyətiniz haqqında məlumat verin. Bunun üçünsə özünüz özünüzə sual verin  və həmin sualın cavabınında obyektiv olduğuna inanın. Özünüzə verəcəyiniz sualları qeyd edirəm siz isə niyyət məktubunda bu suallara cavab yazın. Amma dediyim kimi tam obyektiv olun və öncə özünüz inanın yazdıqlarınıza birşeyidə nəzərə alınki bu niyyət məktubunu oxuyacaq şəxslər gündə yüzlərlə məktub oxuyur və ilk cümlənizdən bunu doğru yazdığınızı və ya şişirtmənin olduğunu anlayacaq qədər peşəkardırlar.
kariyera hədəfləriniz nələrdir?
keriyera hədəflərinizin formalaşmasına yardımçı olan hər hansı bir hadisə baş veribmi həyatınızda? və ya kimə görə bu fikir formalaşıb? (məsələn tanınmış bir iş adamı və ya valideyniniz ola bilər)
sizi özəl, fərqli edən nədir? (şişirtməyə yol verməyin bu suala cavab yazarkən)
universitetdə oxuduğunuz zaman nə etmisiniz? (məşğuliyyətini və işləmisinizsə o haqda yazın və unutmayın həm oxuyub həm işləyən tələbə daha diqqət çəkici olur. Əgər işləyibsinizsə onu ətraflı yazın)
Akademik mənfi cəhətləriniz nələrdir? (aşağı diplom balı və ya zəif oxuduğunuz fənn ola bilər)
Nəyə görə digərlərini yox sizi seçsinlər? (ən üstün bacarığınızı və layihə, ideyanız varsa qısa qeyd edin)
İndi isə niyyət məktubunun yazılma qaydasını izah edim. Niyyət məktubu 3 hissədən ibarətdir 1. giriş hissə, 2. əsas hissə, 3. nəticə. Bu üç hissə cəmi iki səhifədən ibarət olsa daha yaxşıdır az və ya çox böyük olması məsləhət deyil. Bu hər üç hissə öz yazılma qaydaları və üsulu var onların hər birini aşağıda ətraflı izah edəcəm.
Niyyət məktubunun giriş səhifəsinə daha çox diqqət yetirin çünki qazanib qazanmamağınız burdan asılıdır hətta ola bilərki sizin məktub yaxşıdır amma üz qabığında bir gobud səhvi görüb onu oxumaya bilərlər.
Müraciət ediyiniz universitetin onun ixtisasının adını mütləq giriş səhifəsində qeyd edin.
1) Giriş hissədə nələri necə yazmalı olduğunuzu daha yaxşı başa düşməniz üçün sizə bir nümunə göstərim daha yaxşı yadınızda qalsın.
When introduced to economics in high school I realized that it interestingly qualified as a subject of both Arts and Science. It was an area defined by precise rules, principles and axioms and yet there was tremendous scope for self-expression in the form of interpretation and analysis. This facet of economics intrigued me very much and I decided to pursue further studies in Economics.
The boundless possibility of trying out and the instant knowledge of the outcome that stimulates one for further analysis of a rationale in question, is what I find most appealing about Computer Science. Keeping up an inquisitive and explorative attitude, I believe, leads to a constant learning process. This approach adds to the already immense potential for innovation that exists in this field.
As a student in the final year of undergraduate study for a Bachelor of Engineering degree in Computer Science & Engineering, I look to graduate study to refine my knowledge and skills in my areas of interest. I believe it will also serve to give direction to my goal of a career as a research professional at an academic or commercial, research-oriented organisation. I intend to pursue an MS degree in order to reach that goal.
      2) Əsas hissədə isə universiteti və ixtisası nə üçün seçdiyinizi bu ixtisasa olan marağınızı geniş izah edin və çalışın universitetin reytinqindən və ya hansısa üstünlüyünə görə seçdiiyinizi qeyd edəsiniz. İndi isə əsas hissəyə aid bir nümunə göstərimki dahada aydın olsun.
I was introduced to mathematics and the physical sciences while at school and it was in high school that I considered a career in this area. The desire to study the applied physical sciences and mathematics prompted me to take the Joint Entrance Examination (JEE) for admission to the Indian Institutes of Technology. I was ranked in the top 0.25 % of the nearly 1,00,000 students who took the examination.
My past work in the area of industrial engineering and operations research was characterised by a dichotomy of approaches. The courses that I took in this area dealt with various operational and tactical issues. The basic aim was to understand a specific problem, model the problem appropriately and find an optimal or reasonably optimal solution using the techniques of operations research. This has given me a good background in issues related to methodology, modelling, and heuristic solutions. On the other hand, my research has been oriented towards strategic issues. The basic thrust of  my junior year seminar and senior year project has been ‘integrative’. Through my future research efforts I would like to understand this dichotomy better. Initially, I want to study rigorous model-based methods and do research on operational and tactical topics. After gaining a thorough grounding in these topics, I am interested in applying the same methodologies and techniques to strategic topics in operations management.
3)  Nəticə hissəsində isə sizin bu sahədəki üstünlüyünuz və sizi nəyə görə bu universitetə qəbul etmələri haqqında, və nə üçün siz buranı istəyirsiniz bu haqda qısa fikirlərinizi yazın. Nəticənin aydın olması üçün bunada sizə nümunə göstərək və baxın tam anlayın necə olduğunu.
I want to study at UCLA, as it emphasizes on the rigor and analytical tools that are necessary for academic research. I have well-developed analytical and mathematical skills and I want to exploit these skills to the greatest extent. I feel the help and guidance that can be provided to me by the distinguished faculty of your university will be invaluable. I am sure if I am given the opportunity to study at your university that attracts some of the best students from all over the world, it will provide an environment competitive enough to bring out the best in me.
Bu sizlərə niyyət məktubunun yazılması haqqında verdiyim məlumatdır indi isə niyyət məktubu yazarkən nələrdən istifadə etmək olmaz onları sizə izah edim. Sizə biraz gülməli gələ bilər amma bu halları dəfələrlə qarşılaşmışam əminəmki oxuduqca sizdə gülümsəyəcəksiniz :) gəlin niyyət məktubunda qeyd etmək olmaz onlara baxaq.
1) özünüzü tərifləməyin.
2) yalan məlumat yazmayın (çünki oxuyanlar psixoloq və ya güclü pedaqoq olur)
3) gündəlik danışıq dilində yazmayın (çünki bu akademik yazıdır).
4) gülməli ifadələr yazmayın (oxuyan adam Azərbaycanın yumor hissindən xəbərsizdir :) )
5) mövzudan kənara qətiyyən çıxmayın.
6) şəxsi həyatınızdan heçnə yazmayın. oxuyana sizin hobbiləriniz maraqlı deyil :)
7) yazıda bacardığınız qədər hərf səhvləri olmasın dəqiqliklə yoxlayın.
8) tənbəllik edib hansısa saytdan niyyət məktubunu götürüb adınızı və universitet adını dəyişməklə göndərməyin hər universitet üçün ayrı olsa daha yaxşıdır.
9) “I was born in…,” və ya “My parents came from…”  bu kimi primitiv cümcələrlə başlamayın siz universitetə magistratura üçün müraciət edirsiniz bu qədər sadə olması mənfi haldır.
10) Ən nəhayət niyyət məktubunda çox qarşılaşdığım mənfi hallardan biri isə tez-tez diplom balınızın yüksək olduğunu qeyd etməyin çünki transklipti sənədlərin arasında göndərirsiniz onu yazmanıza gərək yoxdur baxacaqlar 
Əziz oxucular inanıramki bu məqalədə sizlər üçün maraqlı oldu həm öyrəndiniz həmdə azda olsa yumor hissi qatmağa çalışdımki məqaləni oxuyarkən beyniniz yorulmasın. Məqalənin nə qədər maraqlı olub olmadığını rəylərinizdən və bəyənməyinizdən görəcəm  Növbəti məqalədə dahada maraqlı və sizlərə lazım olan bir mövzuda yazacağam. Mənimlə əlaqə saxlmayıb təklif və istəklərinizi deyə bilərsiniz. Facebook profil adresimin linkini aşağıda qeyd edirəm. İstəyən dostluqda göndərə bilər şad olaram 
Müəllif: Həsən Əliyev (Educational Consultant)
Facebook adresi:
https://www.facebook.com/AR.hasanaliyev


0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar