DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

1 Kasım 2015 Pazar

Kurikulum nədir?

Kurikulum mənşəcə latın sözü olub, lüğəti mənası yol, istiqamət, kurs, elm, deməkdir.
Kurikulum- təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir.
Təhsil kurikulumları xarakterinə görə 2 yerə ayrılır. Onlardan birincisi fənnyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulum adlanır.
Fənyönümlü kurikulumlar birbaşa məzmun etibari ilə elm sahəsini, əhatə etməklə bilavasitə bu anlayışların mənimsənilməsinə istiqamətlənir.
Fənnyönümlü kurikulumda şagirdlər onlara lazımsız olan fundamental bilikləri də öyrənmək məcburiyyətində qalırlar ki, hansı ki, bu biliklər praktik əhəmiyyət daşımır. Fənyönümlü kurikulumda praktik əhəmiyyətli bacarıq və qabiliyyətlər arxa plana keçir. Şəxsiyyətyönümlü kurikulumlarda isə həyati bacarıq və vərdişlərə üstünlük verilir. Bu kurikulumlara görə insanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlər əhatə edilir. Şagirdin əqli fəaliyyəti ilə bağlı qabiliyyətlərinin formalaşdırılması ön plana çəkilir. Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu ilə seçilir.
Bütün məqamlarda elə kurikulumlar vardır ki, onlar ölkə səviyyəsində qəbul edilir, geniş miqyasda tətbiq olunmaqla milli xarakter daşıyır. Ayrı-ayrı fənlərin bütövlükdə xüsusiyyətlərini əhatə edən kurikulumlar fənn kurikulumları kimi qiymətləndirilir. Ümumitəhsil pilləsinin dövlət standartları və kurikulumları 5 il müddətinə qüvvədə olur.

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar