DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

1 Kasım 2015 Pazar

Kompetensiyalar Təhsil Sənədlərində Öz əksini nece tapıb?

Kompetensiyalar Təhsil Sənədlərində Öz əksini nece tapıb?
Ölkəmizdə 1999-cu ildə 15 iyun tarixində " Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" təsdiq olunmuşdur. Təhsil İslahatı 3 mərhələdə həyata keçirilmişdir. I Mərhələ 1999-2003-cü illəri əhatə edən öyrədici innovativ mərhələdir.  Öyrədici innovasiya mərhələsində görülmüş işlər Dünya Bankının rəhbərliyi tərəfindən rəğbətlə qarşılandığından 2003-2015 ci illəri əhatə edən 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulan və I mərhələdə 5 komponentdən ibarət olan II layihə müəyyən olunub. Növbəti mərhələlər hazırlıq və tətbiqetmə mərhələləridir ki, sonuncu mərhələ davam etməkdədir.
Təlimin məqsədi, məzmunu, forma, metod və vasitələrdən ibarət sistemi həmişə aparıcı olsa da, ona yanaşmalar müxtəlif olmuşdur. Ümumiyyətlə təhsil kurikulumlarının hazırlanması ağır prosesdir. Ona cəmiyyətin bütün zümrələrindən olan insanlar(mütəxəssislər, müəllimlər, valideyn və şagirdlər cəlb edilirlər.
Şəkildə gördüyümüz qanunların hər biri ayrı ayrı zamanlarda verilən fərqli qanunlar olsa da, hamısı eyni məqsədə xidmət edir.
Azərbaycan Respublikasında Təhsil sahəsində İslahat Proqramı-15 iyun 1999-cu il-------təhsilin keyfiyyətini artırmaq yönümlü tələblər planlaşdırılır.
Qiymətləndirmə Konsepsiyası- dünya standartlarına uyğun hazırlanıb, islahat proqramlarının tələblərinə, tədris ehtiyaclarını ödəməyə xidmət edir.
Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları(kurikulumları) sənədinin əsas xüsusiyyətləri ilə tanış olaq.
Ümumi təhsilin məzmunu dedikdə, fərdin, dövlətin maraq və tələbatlarını əks etdirməklə humanistlik, dünyəvilik, varislik, inteqrativlik prinsipləri əsasında müəyyən edilir. Ümumi təhsilin məzmununa dair tələblər var ki, bunların sırasına, məzmunu nəticəyönümlük, inteqrativlik prinsipləri əsasında lazım olan zəruri bilik, əqli, psixomotor bacarıqların aşılanmasını təmin etmək nəzərdə tutulur. Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bğlüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir. Ümumi təhsilin infrasturukturuna təhlükəsiz təhsil şəraiti, pedoqoji kadrlarla təminat, bina və qurğular, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri, internet xidməti daxildir.
Ümumi təhsilin maddi texniki və tədris bazasına təchiz olunmuş, tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalları, audio-vizual avadanlıqlar, tədris əyani vəsaitləri, dərslik, elmi bədii ədəbiyyat fondu, texniki vəsaitlər, mebel avadanlığı və s daxildir.  Ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri dedikdə nəzərdə tutulur ki, ümumitəhsil məktəblərində ali təhsilli mütəxəssislər qəbul edilir. Təhsilverənlər bir neçə keyfiyyət göstəricilərinə malik olmalıdırlar. Uşaqlarla ünsiyyət qurma bacarığı, tədqiqatçılıq, ədalətlilik,  məsuliyyətlilik xüsusiyyətlərinə, işlədiyi məktəbdə və ictimaiyyətdə hörmət və nüfuza, pedoqoji etika və mədəniyyətə dövrün tələbinə uyğun elmi-nəzəri biliklərə və s. Ümumitəhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi, təhsilin hər bir səviyyəsi üzrəməzmun standartları ilə müəyyən edilir. 

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar