DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

4 Kasım 2015 Çarşamba

İnformatika_Motivasiya Nümunələri

İnformatika fənni üzrə motivasiya nümunələri
V sinif

İnformasiya Resurları mövzusunda keçirilən mövzu üçün nümunə
Slayddakı şəkillər şagirdlərə nümayiş edilir və onlara sullar ünvanlanır.
Şagirdlərdən slaydda gördükləri resurslar haqda nə bildiklərini soruşulur.
Onların hansı xassələri var?
Dada, rəngə, qoxuya, müəyyən formaya malik olan resursların adlarını çəkirlər.
Bəs bu resurslardan hansı belə xassələrə malik deyil?
“İnformasiya” cavabı əldə edilir.
Tədqiqat sualı:
Informasiya resursu nədir və ondan necə istifadə edirlər?
Mənbə:http://www.tehsilproblemleri.com/?p=6847

İnformatika fənni
V Sinif
Mövzu: Sirli klaviyatura
Müəllif: İlahə Fazilova
Şagirdlərə aşağıdakı slayd nümayiş etdirilir. Və ya aşağıdakı slaydda olan anlayışlar təbaşir vasitəsi ilə lövhədə yazılır.
1. İnformasiyanı ötürmək üçün vasitəyəm
2. Pioninoya bənzəyirəm
3. Kompüterin giriş qurğusuyam
4. Kompüterin əsas hissələrindən biriyəm.
Bu anlayışları bir bir növbə ilə yazmaq məsləhətlidir. yazarkən isə, mürəkkəbdən sadəyə prinsipini gözləmək lazımdır ki, sinifdəki şagirdlərdən istedadlılarla yanaşı ən zəif şagirdləri də motivasiyaya cəlb edirik. Bu motivasiyaya maximum 3 dəqiqə vaxt sərf edilə bilər.
Daha sonra şagirdlər öz fərziyyələrini səsləndirir və növbəti slayd və ya şəkil nümayiş etdirilir.
Şagirdlər daha sonra, kalviyatura ilə əlaqədar tədqiqata yönləndirilir. Bu məqsədlə onlara tədqiqat sualı verilir.
Klaviaturanın düymələri hansı funksiyaları yerinə yetirir?
Klaviaturanın düymələrini hansı qruplara ayırmaq olar?
Suallar əsasında şagirdlər üçün tapşırıqlar hazırlanır.








0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar