DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

8 Kasım 2015 Pazar

İnformatika-Cavablı Testlər

Sistem proqram təminatı

1. Proqram təminatı nədir?
A)) Kompyuterin fəaliyyəti, informasiyanın emalının təşkili və idarə edilməsi üçün istifadə olunan proqramlar kompleksi
B) Tətbiqi proqramlar üçün normal mühitin təmin edilməsi üçün istifadə olunan proqramlar
C) İnformasiyanın mübadiləsinin həyata keçirilməsi üçün istifadə olunan proqram
D) Əməliyyat sisteminin imkanlarını genişləndirən proqram
E) Xüsusi nəzarət proqramı

2. Proqram təminatı funksiyasına görə bölünür:
A)) Sistem proqramları və tətbiqi proqram təminatı
B) Problemyönümlü və üsulayönümlü proqram
C) Sistem proqram təminatı və texniki xidmət proqramı
D) Texniki xidmət proqramı və serviz proqramı
E) Test proqramı və tətbiqi proqram təminatı
                                                                                                                                     
3. Sistem proqram təminatının əsas funksiyası:
A) )Kompyuterin işini və informasiyanın emalı prosesini idarə etmək
B) İnformasiyanın mübadiləsini həyata keçirmək
C) Kompyuterə qoşulan xarici qurğuların parametrlərini təyin etmək
D) Kompyuter ilə istifadəçi arasında dialoq yaratmaq
E) Müəyyən sinif məsələlərin həllini təşkil etmək

4. Drayver nədir?
A)) Yeni qurğuların xidmətini və ya mövcud qurğuların qeyri standart istifadəsini təmin edən proqram
B) İnformasiyanın mübadiləsini həyata keçirmək üçün istifadə edən proqram
C) Kompyuterə qoşulan xarici qurğuların parametrlərini təyin etmək üçün istifadə edən proqram
D) Kompyuter ilə istifadəçi arasında dialoq yaratmaq üçün istifadə edən proqram
E) Müəyyən sinif məsələlərin həllini təşkil etmək üçün istifadə edən proqram

5. Drayver proqram təminatının hansı növünə aid edilir?
A))  Sistem proqram təminatına
B) İxtisaslaşdırılmış proqramlara
C) Tətbiqi proqram təminatına
D) Əməliyyat sistemlərinə
E) Xüsusi nəzarət proqramına

6. Utilitin funksiyası:
A)) Köməkçi, həm də zəruri məqsədlər üçün istifadə olunan proqram
B) İnformasiyanın mübadiləsini həyata keçirmək üçün istifadə edən proqram
C) Kompyuterə qoşulan xarici qurğuların parametrlərini təyin etmək üçün istifadə edən proqram
D) Kompyuter ilə istifadəçi arasında dialoq yaratmaq üçün istifadə edən proqram
E) Müəyyən sinif məsələlərin həllini təşkil etmək üçün istifadə edən proqram

7. Utilitə daxil deyil:
A)) Test proqramı
B) Sıxlaşdırma proqramı
C) Antivirus proqramı
D) Kommunikasiya proqramı
E) Kompyuter diaqnostikası proqramı

8. Antivirus proqramı hansı növ proqrama aiddir?
A)) Serviz proqramına
B) Tətbiqi proqram təminatına
C) Əməliyyat sistemlərinə
D) Xüsusi nəzarət proqramına
E) Üsulayönümlü proqrama

10. Örtük proqramı nədir?
A)) DOS üzərində qurulmuş proqram
B) Xüsusi nəzarət proqramı
C) Kompyuter diaqnostikası proqramı
D) Sıxlaşdırma proqramı
E) Norton Utilites

11. Örtük proqramına aiddir?
A)) Norton Commander
B) Norton Utilites
C) Mase Utilites
D) WinZip
E) WinRar

12. Əməliyyat örtüyünün funksiyası?
A)) Kompyuterin imkanlarını artırır və qrafiki proqramların yaradılmasını sadələşdirir
B) Müəyyən köməkçi məqsədlər üçün istifadə edilir
C) Kompyuterin qurğularını test edir
D) Kompyuterin proqramlarını idarə edir
E) Kompyuterə əlavə qurğuların qoşulmasını təmin edir

13. Əməliyyat örtüyünə aiddir:
A)) Windows örtükləri
B) Norton Commander
C) Mase Utilites
D) WinZip
E) WinRar

14. Texniki xidmət proqramının vəzifəsi?
A)) Kompyuterin düzgün işləməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək
B) İstifadəçiyə yeni interfeysin təqdim edilməsi
C) İstifadəçiyə əlavə xidmət etmək və ƏS-nin imkanlarını genişləndirmək
D) Fayl sisteminə və disklərə xidmət
E) Verilənlərin bərpası və arxivləşdirmə

15. Texniki xidmət proqramının əsas proqramları:        
A)) Test proqramı və xüsusi nəzarət proqramları
B) Verilənlərin ötürülməsi və arxivləşdirmə proqramı
C) Tətbiqi proqram təminatı və antivirus proqramları
D) xüsusi nəzarət proqramları və Norton Commander
E)  Test proqramı və əməliyyat sistemləri

16. Test proqramı əsasən hansı yaddaşda yerləşir?
A)) Daimi yaddaş qurğusunda
B) Operativ yaddaşda
C) Xarici yaddaş qurğusunda
D) Keş yaddaşda
E) heç birində

17. Proqram təminatı kompyuter sistemində hansı termin ilə işlədilir?
A)) Software
B) Hardware
C) Wysiwyg
D) Wave-file
E) OLE

18. Sistem proqram təminatının tərkib  hissələri?
A))Əməliyyat sistemi, proqramlaşdırma sistemi, texniki  proqram, serviz proqramı
B) Sixlaşdırma proqramları, tətbiqi proqram təminatı  və əməliyyat sistemləri
C) Serviz proqramı, antiviruslar, tətbiqi proqramlar
D) İlkin yükləmə bloku, proqramlaşdırma sistemi, tətbiqi proqramlar
E) Əmrlər prosessoru, alqoritmik dillər, tətbiqi proqram paketləri.

19. (Norton Commander) nədir?
A)) MS DOS üzərində yerləşən örtükdür
B) Əməliyyat sistemidir
C) Translyatordur
D) Mətn prosessorudur
E) Tətbiqi  proqram paketidir.

20. WinRar proqramının neçə əsas menyusu var?
A).6          
B). 2            
C). 7           
D). 4           
E). 5

21. Tətbiqi və standart proqramların siyahısını ekrana çıxarmaq üçün hansı əmr icra olunmalıdır?
A)). Pusk – Proqrammı;          
B). Pusk – Dokumentı;        
C) Pusk – Spravka.;
D). Pusk – Poisk;              
E). Pusk – Vıpolnit.

22. Bunlardan hansılar standart proqramdır?
A)). Paint, Calc, CharMap;            
B). WordPad, Excel;          
C).Power Paint, Access;
D). Word, Excel;               
E). Outlook, NotePad.

23. Promt nə üçün nəzərdə tutulmuş proqramdır?
A). Tərcümə işlərini həyata keçirmək üçün;
B). Html formatlı faylları adi formata çevirmək üçün;
C). ƏS-nin işini tənzimləmək üçün;           
D)). Viruslarla mübarizə üçün;           
 E). Prezentasiyalar yaratmaq üçün.

24. Xidməti proqramlar nə üçün istifadə olunur?
A)). Qurğular və ƏS-nin iş rejimini tənzimləmək üçün
B) ƏS-ni yükləmək üçün;.;
C). Kompüteri şəbəkəyə qoşmaq üçün;
D). Faylların həcmini sıxmaq üçün;
E). Viruslarla mübarizə aparmaq üçün.

25. Virus nədir?
A)). Kiçik həcmli xüsusi proqram;          
B). Standart proqramlardan biri;
C). Kompüterlə heç bir əlaqəsi yoxdur;            
D). Xəstəlik;             
E). Xüsusi qurğu.

26. Kompüter qurğularının və ƏS-nin optimal iş rejimini təmin etmək üçün istifadə olunan proqramlar necə adlanır?
A)). Xidməti proqramlar;       
B). Sistem proqramları;          
C). Köməkçi proqramlar;
D). Tətbiqi proqramlar;           
E). Standart proqramlar.

27. İş üsuluna ğörə proqram təminatı hansı koteqoriyalara bölünür?
A)) Sistem proqramları, qeyri rezident, rezident
B) Şəbəkə sistemi, əməliyyat sistemi
C) Şəbəkə sistemi və rezident
D) Xidməti proqram, qeyri rezident, rezident
E) Əməliyyat sistemi, , rezident

28. Proqram təminatının təsnifatı  necə aparılır?
A)) Yerinə yetirilməsi funksiyasından asılılığına görə
B) Sistem proqram təminatı, tətbiqi proqramlar
C) Tətbiqi proqram təminatı
D) Proqramlar yığımına görə
E) Proqram idarəetmə qurğusuna görə

29. Sistem proqram təminatının tərkibi nədən ibarətdir?
A)) Əməliyyat və proqramlaşdırma sistemləri, servis və texniki xidmət  proqramları
B) Proqramlaşdırma  sistemləri, texniki xidmət proqramları
C) Servis proqramları, əməliyyat sistemləri
D) Texniki xidmət proqramları, əməliyyat sistemləri
E) Əməliyyat sistemləri, servis proqramları

30. Servis proqramlarının tərkibi nələrdən ibarətdir?
A) Arxivləşdirmə, utilitlər, məlumatların mühafizəsi
 B) Örtüklər, məlumatların bərpası, mühafizəsi
C) Utilitlər, örtüklər, antivirus vasitələri
D) Antivirus vasitələr, arxivləşdirmə, örtüklər
E) Örtüklər , utilitlər, istifadəçi interfeysinin təkmilləşdirilməsi

31. Proqramlaşdırma sistemlərinin tərkibinə nələr daxildir?
A)) Kompilyator, interpretator, Assembler
B) Kompilyator, interpretator, örtüklər
C) Assembler, antivirus vasitələri, kompilyator
D) İnterpretator, antivirus vasitələri, örtüklər
E) Kompilyator, Assembler, örtüklər    

32. Viruslar əsasən hansı məqsədlərlə yaradılır?
A)) Kommersiya sirri,özünü təstiq,proqramları qorumaq
B) Intiqam, satıs, proqramları qorumaq
C) Proqramları pozmaq, satıs, özünü təstiq
D) Intiqam,kommersiya, özünü təstiq
E) Proqramları pozmaq, kommersiya, özünü təstiq

33. Proqram təminatı nədir?
A))Hesablama texnikasının tətbiqi ilə proqramların və sənəd vasitələrinin  məcmusu
B) İstifadəçi ilə kompüter arasında əlaqə
C) Kompüterin vaçib tərkib hissəsi
D) Konkret bir məsələnin həlli
E) İstifadəçilərin məsələlərinin həlli, hesablama texnikasının tətbiqi 

34. Universal(Ümumi təyinatlı) proqram paketlərinə aiddir:
A)) Mətn redaktorları, elektron cədvəllər, verilənlər bazası, inteqrə edilmiş paketlər
B)  Mətn redaktorları, elektron cədvəllər, test proqramları, xidməti proqramlar
C) Şəbəkə paketləri, elektron cədvəllər, verilənlər bazası
D) Elektron cədvəllər, verilənlər bazası, inteqrə edilmiş paketlər, sistem proqramları
E) elektron cədvəllər, test proqramları, mətn redaktorları, verilənlər bazası

35. Alqoritmik proqramı maşın dilinə çevirən proqram:
A)) Translyator
B) Utilit
C) Drayver
D) Operator
E) İdentifikator

36. Translyator hansı işi yerinə yetirir?
A)) Alqoritmik proqramı maşın dilinə çevirir
B) Əmrləri icra edir
C) Proqramı yerinə yetirir
D) İnterpretasiya edir
E) Kodlaşdırır

36. İcra olunma ardıcıllığına görə translyator hansı qruplara bölünür?
A))Assembler, interpretator, kompilyator
B) Assembler, interpretator,
C) Kompilyator və Assembler
D) Assembler, avtokod, makroassembler
E) Avtokod, interpretator, generator

37. İnterpretatorun funksiyası:
A))Proqramın hər bir operatorunu tərcümə edən kimi icra edir
B) Proqram tam tərcümə edildikdən sonra icra edir
C) Proqram  tərcümə edildikdən sonra işçi proqrama çevirir
D) Proqramı maşın dilinə çevirir
E) Aşağı səviyyəli dildən yuxarı səviyyəli dilə tərcümə edir

38. Kompilyatorun funksiyası:
A)) Proqramı maşın dilinə tam tərcümə etdikdən sonra icra edir
B) Proqramın hər bir operatoru tərcümə edilən kimi icra edir
C) Proqram  tərcümə edildikdən sonra işçi proqrama çevirir
D) Proqramı maşın dilinə çevirir
E) Aşağı səviyyəli dildən yuxarı səviyyəli dilə tərcümə edir

39. Assemblerin funksiyası:
A))  Proqramı aşağı səviyyəli dildən maşın dilinə çevirir
B) Proqram tam tərcümə edildikdən sonra icra edir
C) Proqramı maşın dilinə çevirir
D) Proqram  tərcümə edildikdən sonra işçi proqrama çevirir
E) Proqramın hər bir operatoru tərcümə edilən kimi icra edir

40. Yerləşmə mühitinə görə.......... virusları mövcuddur
A)) Fayl, yükləmə, şəbəkə
B) Fayl, yükləmə, qorxulu
C) Rezident, qeyri rezident
D) Lokal , şəbəkə
E) Rezident, yükləmə, şəbəkə

41. Serviz proqramların funksiyası:
A)) İstifadəçiyə əlavə xidmətlər göstərmək və əməliyyat sisteminin imkanlarını genişləndirmək
B) Kompyuterin düzgün işləməsinə nəzarət etmək və nasazlıqları aradan qaldırmaq
C) Proqramları yükləmək və onun yerinə yetirilməsinə nəzarət etmək
D) İstifadəçinin proqram paketinə xidmət və onların yerinə yetirilməsinə nəzarət
E) Əməliyyat sisteminin imkanlarını genişləndirmək

42. Serviz proqramlarına aiddir:
A)) Örtüklər, utilitlər, antivirus vasitələri
B) Antivirus vasitələri, xüsusi nəzarət proqramları
C) Əməliyyat sistemləri, tətbiqi proqram paketləri
D) Utilitlər, antivirus vasitələri
E) Örtüklər, utilitlər, test proqramı

43. Virus nədir?
A)) Kiçik həcmli xüsusi yazılmış ziyanverici proqram
B) Standart proqramlardan biri
C) İnformasiya təhlükəsizliyi proqramı
D) İnformasiyanı qoruyan xüsusi proqram
E) Virusları neytrallaşdıran proqram

44. Virusun məqsədi
A)) Kompyuter sisteminə daxil olaraq onlara ziyan vurmaq
B) Standart proqramlardan silmək
C) İnformasiya təhlükəsizliyini yaratmaq
D) İnformasiyanı qorumaq
E) Virusları neytrallaşdırmaq

45. Antivirus proqramların əsas funksiyası:
A)) Virusları tapmaq və onları aradan qaldırmaq
B) İnformasiya təhlükəsizliyini həyata keçirmək
C) İnformasiyanın qorunmasını həyata keçirmək
D) Virusları neytrallaşdıran proqram
E) Proqramlarin işini pozmaq

46. İlk dəfə virus sözü neçənci ildə işlədilib?
A)) 1973
B) 1981
C) 1975
D) 1946
E) Heç bir tarix düz deyil

47. Fayl virusunun əsas xüsusiyyəti:
A)) Faylla daxil olaraq onları korlayır
B) Disklərin yükləmə sektorunu zədələyir
C) Həm faylları, həm də diskləri zədələyir
D) Fayl sistemini sıradan çıxardır
E) Şəbəkə sistemini pozur

48. Yükləmə virusunun əsas xüsusiyyəti:
A)) Disklərin yükləmə sektorunu zədələyir
B) Faylları korlayır
C) Həm faylları, həm də diskləri zədələyir
D) Fayl sistemini sıradan çıxardır
E) Şəbəkə sistemini pozur

49. Şəbəkə virusunun əsas xüsusiyyəti:
A)) Lokal şəbəkəyə və internetə ziyan vuraraq orada fəaliyyət göstərir
B) Faylları korlayır
C) Həm faylları, həm də diskləri zədələyir
D) Fayl sistemini sıradan çıxardır
E) Disklərin yükləmə sektorunu zədələyir

50. Makrovirus nədir?
A)) Makrokomandalar şəklində özünü biruzə verərək kompyuterə ziyan vuran proqram
B) Lokal şəbəkəyə və internetə ziyan vuraraq orada fəaliyyət göstərir
C) Həm faylları, həm də diskləri zədələyir
D) Fayl sistemini sıradan çıxardır
E) Disklərin yükləmə sektorunu zədələyir

51. Antivirusların hansı növləri var?
A)) Dedektorlar, həkim-proqramlar,  müfəttişlər, filtrlər, vaksinlər
B) Həkim-proqramlar, müfəttişlər, filtrlər, vaksinlər,arxivlər
C) Müfəttişlər, dedektorlar, həkim-proqramlar 
D) Filtrlər, örtüklər, filtrlər, vaksinlər
E) Vaksinlər, həkim-proqramlar,  müfəttişlər

52. Arxivləşdirmə proqramları nə üçün istifadə olunur?
A)) Faylları sıxaraq daha kiçik həcmdə surətini çıxararaq onları bir faylda saxlamaq məqsədilə
B) Kompyuterin virusa yoluxmasının qarşısını almaq məqsədilə
C) Əməliyyat sistemlərinin imkanlarını genişləndirmək
D) Kompyuterə əlavə xidmətlərin göstərilməsi məqsədilə
E) İnterfeysinin imkanlarını genişləndirmək

62. Proqramlaşdırma sistemini əsas məqsədi:
A))Yeni proqram vasitələri yaratmaq
B)  İnterfeysinin imkanlarını genişləndirmək
C)  Əməliyyat sistemlərinin imkanlarını genişləndirmək
D) Tətbiqi proqram paketi yaratmaq
E) Sistem proqram vasitəsi yaratmaq

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar