DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

14 Kasım 2015 Cumartesi

Fransız Dili- Artikillər

ARTİCLE-ARTİKİLLƏR

Fransız dilində isimlərin qarşısında həmişə artikil işlənir.Artikil ismin qarşısında işlənərək onun cinsini və kəmiyyətini bildirir.Artikil adətən aid olduğu isimlə birlikdə tələffüz olunur və onun üzərinə vurğu düşür.Fransız dilində müəyyən(défini), qeyri-müəyyən(indéfini), articl-contracté(birləşmiş artikl), articl-partitif(partitif artikl) var.Qeyri-müəyyən artikl hər hansı bir isim haqqında söhbət ilk dəfə gedirsə onda işlənir.Lakin müəyyən artikl həmin isim haqqında nə isə bir şey məlumdursa o zaman işlədilir. Hər hansı bir isim haqqında söhbət ilk dəfə gedirsə qeyri müəyyən artikl işlənir
Qeyri müəyyən artikl
Kişi cinsi\TƏK
Qadın cinsi\TƏK
CƏMİ
Un
une
Des
Ex:cˋest un livre
cˋest une carte
Ce sont des livres


Ce sont des











MÜƏYYƏN ARTİKL
Kişi cinsi\TƏK
Qadın cinsi\TƏK
CƏMİ
LE, Lˋ
LA, Lˋ
LES
LE LİVRE
LA GOMME
LES LİVRES
 Lˋami
 Lˋécole
LES GOMMES


 Lˋami
 Lˋhomme          le, la artikllərindən sonra sait və ya “h” hərfi ilə başlayan
 Lˋ école
söz gələrsə, onda həmin artikllərin  “e”  və  “a “ hərfi    düşür,  yerinə apastrof işarəsi yazılır.



Ex: cˋest une carte----bu xəritədir
     cˋest la carte de la France----Bu Fransanın xəritəsidir.
     cˋest un livre---bu kitabdır.
     cˋest le livre düe mon frére—bu mənim qardaşımın kitabıdır.
     cˋest un ami---bu dostdur.
     cˋest lˋami de Nadine---bu Nadinin dostudur.
Bəzən elə ola bilər ki, ilk cümlədəcə həmin isim haqqında müəyyənedici bir söz işlənə bilər. Belə olduqda həmin ismin artiklində müəyyən artikl işlənir.

Ex: Le maître de français entre, dans la classe. Le livre de Nana est interresent.


0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar