DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

8 Kasım 2015 Pazar

Fəal Dərsin Mərhələləri



_______________  1. MOTİVASİYA ________________

·        Motivasiya – hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.
·        Fəal dərsdə motivasiya dərsin vacib komponentidir -təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
·        Motivasiya - Psixoloji amil kimi hər hansı fəaliyyətin mexanizmini işə salan qüvvədir.
·        Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir.

____ Motivasiyanın yaradılmasına təsir edən amillər ____

·        Motivasiya qismində istifadə olunan materialın xüsusiyyətləri cəlbedicidir, qeyri-adidir, müəmmalıdır, gözlənilməzdir, marağı və müstəqil təfəkkürü şövqləndirməyə qadirdir;
·        Materialın təqdim olunma üsulları və formaları;
·        Fərziyyələri yoxlama və təqdimat aparma imkanının mövcudluğu;
·        Yaradıcılıq imkanı;
·        Müəllim tərəfindən bələdçilik (yönəldici suallar, fərziyyələrin irəli sürülməsi zamanı həvəsləndirmə və dəstəklənmə);
·        Əvvəlki məsələlərdə fərziyyələrin irəli sürülməsi ilə bağlı müsbət emosiyalar təcrübəsi.

__________ 2. TƏDQİQATIN APARILMASI _______________

·        Problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmağa imkan yaradır.
·        Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.
·        Tədqiqatın aparılması zamanı müəllim aşağıdakı bilik, bacarıq və vərdişlərə malik olmalıdır.
·        Tədqiqatın aparılması üzrə metodların seçiminə,
·        İşin qrup şəklində və digər formada təşkili və aparılmasına,
·        Tədqiqatın aparılması üçün tapşırıqların və bilik mənbələrinin seçilməsinə,
·        İş vərəqlərinin hazırlanmasına.

Qeyd: Bu mərhələdə müəllim şagirdlərin istifadə etməli olduqları mənbələri şagirdlərə verməli, şagirdlərin qarşısında problem qoyarkən, həlli olmayan, ziddiyətli olan, çətin və çox zaman aparan tapşırıqları verməməli və eləcə də, bütün qruplara eyni səviyyədə tapşırıqlar verməlidir.

_________ 3. MƏLUMAT (İnformasiya) MÜBADİLƏSİ ________

·        Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.
·        Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir.
·        Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır.
·        Yeni bir tələbat-həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.

_______ 4. MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ _______

·        Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.
·        Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir. Informasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onlarınsistemləşdirilmə-sinə yönəldilir.
·        Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır. Məlumat sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər.

QEYD: Məlumatın mübadiləsi və müzakirəsi mərhələsi birlikdə həyata keçirilərək, paralel aparılması daha məqsədəuyğundur. Bu səbəbə çox zaman onlar birlikdə mərhələ kimi götürülür.

_____________ 5. ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏLƏRİN ÇIXARILMASI ____________

·        Şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparır
·        Şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır.
·        Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir.

____________ 6. YARADICI TƏTBİQETMƏ ____________

·        Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.
·        Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.
·        Bu  mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.

Qeyd: Əgər dərs prosesində müəllim tərəfindən şagirdlərə yaradıcı tətbiq etmə tapşıırığı verilibsə, müəllimin onu yoxlamaq üçün zamanı qalmayıbsa dəftərləri toplayıb dərsdən sonra yoxlama apara bilər. Və ya bu mərhələdə verəcəyi tapşırığı ev tapşırığı kimi verə bilər.



______________ 7. QİYMƏTLƏNDİRMƏ _________________

·        Qiymətləndirmə - istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir.
Qeyd: Qiymətləndirmə, dərsin bütün mərhələlərini əhatə etməli, dərsin bütün mərhələlərində aparılmalı, tədqiqatdan öncə şagirdlərə hansı meyarlar əsasında qiymətləndiriləcəkləri barədə məlumat verilməlidir.


FƏAL DƏRSDƏ İCRA EDİLƏN PROSESLƏR
 ( Bunlar mərhələ deyil)

REFLEKSİYA

·        Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir.


EV TAPŞIRIĞI
·Ev tapşırıqları -dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsiməqsədini güdən sərbəst iş formasıdır
· Ev tapşırıqlarının xarakteri tədqiqat və yaradıcılıq elementləri (müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar,
 modelləşdirmə və s.) ilə zənginləşdirilməlidir;
·  Lazım olan hallarda müstəqil mənimsənilmək üçün fərdi maraqları və tələbləri nəzərə alan fərdi proqramların tərtib edilməsini və tətbiqini daha geniş istifadə etmək lazımdır;

·  Şagirdlər yuixarı siniflərə keçdikcə müstəqil iş üçün ayrılan dərs vaxtının faizi artırılmalıdır.

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar