DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

22 Ekim 2015 Perşembe

Tərbiyədə 10 qızıl qayda

TƏRBİYƏDƏ 10 QIZIL QAYDA
1. Gözləmə ki, uşağın sənin kimi, və ya sənin istədiyin kimi olsun. Ona sənin kimi yox özü kimi olmağı öyrət. 
2. Uşaqdan onun üçün elədiklərinin əvəzini ödəməsini tələb etmə. Sən ona həyat vermisən, o bunun hesabını necə ödəyə bilər? O, da başqasına həyat verəcək, başqası da digərinə və bu qayıtmayan minnətdarlıq qanunudur. 

3. Acığını uşağın üzərinə tökmə ki, qocalanda da “acı çörək” yeməyəsən. Nə əkərsən onu da biçərsən. 

4. Onun problemlərinə yuxarıdan aşağı baxma. Həyat hər kəsə çəkə biləcəyi yükü verir, İnan ki, ona öz problemləri sizinkilərdən daha ağırdır, çünki o, Sizə nisbətən qat-qat təcrübəsizdir. 

5. Uşağı alçaltma! 

6. Unutma insanın ən vacib görüşü – onun uşaqlarla olan görüşüdür. Onlara daha çox diqqət yetir, biz heç vaxt uşağın timsalında kimin yetişdiyini bilə bilmərik. 

7. Əgər uşağın üçün heç nə edə bilmirsənsə, özünə əzab vermə. Əzabı o zaman ver ki, bacarırsan, amma etmirsən. Unutma, əgər uşaq üçün bacardığın hər şeyi etməmisənsə, deməli onun üçün kifayət qədər etməmisən. 

8. Uşaq sənin təkcə həyatına hakim kəsilən, ətdən və qandan ibarət olan birisi deyil. Onu qorumağın və yaradıcılıq alovunu inkişaf etdirməyin üçün həyatın sənə verdiyi ən dəyərli töhfədir. Bu atanın və ananın sonsuz məhəbbətlə böyütdükləri “öz” uşaqları deyil, öz qəlbi, ruhu olan insandır. 

9. Başqasının övladını sevməyi bacar. Öz övladına edilməsini istəmədiyin şeyləri başqasına qarşı etmə. 

10. Öz övladını istənilən halda sev, hətta istedadsız, uğursuz, böyümüş olsa da. Onlarla münasibətdə olduqca sevin, cünki, uşaq nə qədər ki, səninlədir, bayramdır. 

Mənbə: YANUŞ KORÇAK, 
polyak pedaqoq, yazıçı, publisist, ictimai xadim.

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar