DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

19 Ekim 2015 Pazartesi

Planlaşdırma

Fənn üzrə təlimin planlaşdırılması.


İşini səmərəli təşkil etmək üçün ilk növbədə müəllimin planlaşdırma bacarığı olmalıdır. O, dərs dediyi fənn üzrə bütün mərhələləri aydın təsəvvür edə bilmıli, onlara aid pesrpektiv və cari planlar hazırlamağı bacarmalıdır.
Fənnin tədrisində illik planlaşdırma müəllimlərin qarşısında duran ən mühüm vəzifədir. Planlaşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara nail olmaq üçün müəllimlərin fəaliyyət istiqamətidir. Illik planlaşdırmada tədris vahidinin nə zaman və hansı ardıcıllıqla tədris ediləcəyi göstərilir. Eyni zamanda hər fəslə ayrılacaq vaxtı müəyyənləşdirir. 
Fənnin planlaşdırılması ardıcıllığı aşağıdakı kimidir:
    1.     Tədris ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən etmək . yəni ilk növbədə standartlar müəyyənləşir, sonra isə tədris vahidi onlara uyğunlaşdırılır.
    2.     Tədris vahidlərinin ardıcıllıq prinsiplərini müəyyənləşdirmək. (tədris vahidlərinin ardıcıllıqla müəyyənləşdirilməsi dedikdə, didaktik tələblərə əməl edilir: məzmunun ardıcıllığı (bəsitdən mürəkkəbə doğru), xronoloji ardıcıllıq (zaman ardıcıllığı), məntiqi ardıcıllıq (əvvəlcə o anlayışlar öyrədilir ki, onlar növbəti anlayışların açılmasında mühüm əhəmiyyət daşıyır) nəzərdə tutulur.
    3.     Hər tədris vahidi üçün tədris planına əsasən vaxt bölgüsü aparmaq. Tədris vahidləri üçün vaxt bölgüsünü müəyyənləşdirərkən fənn üzrə illik dərs saatlarının ümümi sayı hesablanır. Hər tədris vahidinin əhəmiyyətliliyi və mürəkkəbliyi baxımından vaxt müəyyən edilir. Hər bir halda şagird maraqlarını nəzərə almaq. Təqvim planı tərtib edilərkən dərs ilinin həftələri, tədris ilində baş verəcək mühüm hadisələr(tarixi günlır), tədris vahidlərinin və onara daxil olan mövzuların adı müəyyən edilir. Hər tədris vahidi və mövzu vasitəsilə reallaşdıracaq məzmun standartları (alt-standartlar) seçilir, istifadə olunacaq mənbələr(resurslar) müəyyən edilir, hər mövzu üçün ayrılmış vaxt qeyd olunur

Perspektiv planın hazırlanma ardıcıllığı aşağıdakı kimidir.:
Nümunəvi illik planlşadırma əsasında  müəllim fərdi olaraq gündəlik və ya həftəlik dərs planlaşdırması tərtib edir.
1.     Tədris ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən etmək. Əvvəlcə standartlar sonra isə tədris vahidi müəyyənləşir.
2.     Tədris vahidlərinin ardıcıllığını müəyyənləşdirmək
3.     Hər tədris vahidi üçün düzgün vaxt bölgüsü aparmaq
4.     Müəllim üçün vəsait, dərslik və digər materialların nəzərə alınması

Nümunəyə baxaq: (Azərbaycan dili və ədəbiyyat fənni üzrə)

Burdan yüklə



Müəllimin təlim fəaliyyətini planlaşdırmasına dair gündəlik plan



  Müəllim dərsə hazırlaşarkən ilk növbədə sinif üzrə təlim nəticələrini və alt standartları nəzərə almalıdır. Keçiriləcək hər bir mövzu üzrə standartların təhlil olunmalıdır və qruplaşdırılmalıdır.

     Mövzunun dərslər üzrə bölgüsü də bu qruplaşdırma əsasında həyata keçirilməlidir. Mövzu dərslərə bölündükdən sonra hər dərsin öz standartları müəyyənləşdirilməlidir. Həmin standartlar əsasında isə dərsin təlim tərbiyə və inkifafetdici məqsədləri müəyyənləşdirilməlidir.

  Bu məqsədlərə və dərsdə öyrəniləcək təlim materialının məzmununa, habelə malik olduğu təlim vasitələrinə uyğun olaraq təlimin təşkilat formasını və üsullarını müəyyənləşdirməlidir.



Nümunəyə baxaq: (Tarix Fənni üzrə)

Burdan yüklə

Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar