DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Ekim 2015 Pazar

Nağıletmənin Konkretləşdirilməsi

Nağıletməni Konkretləşdirilməsi

Şifahi şərh metodlarını seçərkən müəllim dərsliyin də mətnini nəzərə alır, nəyin izahat tələb etdiyini, nəyin araşdırılmış olduğunu nəzərə alır. Nağıletmənin canlılığı və əyaniliyi konkretləşdirmənin müxtəlif vasitələri üsullarının köməyi ilə əldə edilir. Bu vasitə və üsulların tətbiqi məlumatı nağıletməyə çevirir və təsviri gözəlləşdirir. Konkretləşdirmə yolu ilə bir şərhimizin daha inandırıcı olmasına nail ola bilərik, ötrənilən tarixi hadisələrin xüsusiyyətini daha yaxşı göstərə bilərik. Konkretləşdirmənin vasitə və üsulları məktəbdə keçilən tarix kursunun ciddi idrak və tərbiyə vəzifələrinin həllində maarifləndirici və tərbiyəvi imkanlarından istifadə edilməsində çox kömək edir.
Konkretləşdirmə vasitələri:
     1. Tarixi hadisələrin baş verdiyi vaxtı xarakterizə edən cəhətlərin konkretləşdirilməsi. Burada söhbət heç də xronologiyadan getmir hadisənin nə vaxt baş verdiyini göstərməklə, dövrün bəzi konkret əlamətlərini şərh etməkdən gedir. Hadisənin baş verdiyi şərait haqqında canlı təsəvvür yaratmaqla həmin hadisənin mənzərəsini verir.
     2.Tarixi hadisələrin baş verdiyi yeri xarakterizə edən cəhətlərin konkretləşdirilməsi
     3.Məişət materialından istifadə edilməsi. Bu materiallar şagirdlərdə tarixi keçmişi seyr etmək həvəsi oyadır. Müəllim hər dəfə məişətin yalnız o ünsürlərini gətirir ki, onlar öz dövrünün ictimai həyatını xarakterizə etmək üçün tipik və mühümdür
     4.Konkretləşdirmə vasitələrindən biri rəqəm materialından istifadə  edilməsidir. Dərsdə bizim istifadə etdiyimiz rəqəmlər az və ifadəli olmalıdır.
    5.Bədii ədəbiyyatdan istifadə edilməsi də tarixi faktın konkretləşdirilməsinə, keçmişin parlaq sürətlərini yaratmağa, nağıletməni və təsviri daha mənzərəli etməyə kömək edir.
    6.Tarixi sənədlərdən və memuarlardan istifadə edilməsi sənədlərdən gətirilən parçalar qısa sitatlar şəklində müəllimin söhbətinə daxil edilə bilər.
     7. Izahı konkretləşdirmək məqsədilə yerli materialdan vətənin tarixini öyrənən zaman istifadə olunur.
Konkretləşdirmə üsulları:
    a) Adamların fəaliyyətini göstərmək yolu ilə izahın konkretləşdirilməsi
    b)Tipik epizodun, səciyyəvi təfərrüatın, tipik tərcümeyi halın tətbiq olunması
    c)Şəxsləndirmə və səhnələşdirmə
    d)Vasitəsiz nitqin tətbiq edilməsi
Fəaliyyət göstərən canlı adamları biz hekayəyə nə qədərdaxil ediriksə, müəllimin nağılı da o dərəcədə canlı və konkret olur.Müəllimin izahına  parlaq epizodik material olduqca az daxil edilir. Öyrənilən hadisəni səciyyələndirmək və şagirdlərin yaddaşında möhkəmləndirmək üçün 1-2 fakt bir neçə təfərrüat müəllimin izahına daxil edilən kiçik bir təfərrüat böyük tərbiyəvi vəzifəni həll etməkdə ona kömək edir.
Şəxsləndirmək vasitələrindən biri də bədii ədəbiyyat sürətləridir. Şərhin konkret və ifadəli olmasına vasitəsiz nitq tətbiq etməklə də nail olmaq olar. Dərsdə müəllim tarix materialını şərh edərkən, şərhin aydınlığı, əyaniliyi və konkretliyini təmin etməlidir. Tarix materialının konkretliliyi və əyaniliyi, müxtəlif konkretləşdirmə vasitələri və üsullarının tətbiq yolu ilə əldə edilir
         Şərhin münasib və anlaşıqlı olmasının son dərəcə böyük əhəmiyyəti vardır. Bu müəllimin tarix materialını aydın, sadə şərh və izah etmək bacarığı deməkdir. Materialı münasib və sadə şəkildə şərh etməkbacarığı heç də müəllimin fitri istedadından irəli gəlmir. Bu bacarıq inadlı iş nəticəsində əldə edilir. Şərhin münasibliyi elmiliklə uyğunlaşmalıdır. Şifahi izahın  xarakteri başdan başa birdir. Onun sərlövhələri yoxdur. Bu izah paraqraflara bölünmür. Çap olunmuş mətni oxuyarkən ger qayıtmaq, əvvəliki səhifələrlə müqayisə etmək mətnin oxunmasını hər dəqiqə dayandırmaq olar. Şifahi izahda isə geriyə qayıtmaq olmaz. Bu izahın məcburi surəti vardır. Şifahi şərhin qavranılması ona görə çətin olur ki, bu izahı geri qaytarmaq, əvvəlki səhifələrlə müqayisə etmək, mətnin oxunmasını hər dəqiqə dayandırmaq olar. Şifahi izahda isə geriyə qayıtmaq olmaz. Bu izahın məcburi surəti vardır. Şifahi şərhin qavranılması ona görə çətin olur ki, bu izahı geri qaytarmaq mümkün deyildir. Nəhayət, şifahi şərhin qüsuru onun fəsillərə , paraqraflara və abzaslara bölünməməsi , onun qovuşuq olmasıdır. Deməli, müəllim şərhin xarakteri isə onun məntiqi quruluşunu göstərir. Bu cəhətdən şərhin dəqiq planının olması, hekayənin dəqiq surətdə bölünməsi, bir məsələdən başqasına keçidin aydın olması böyük  əhəmiyyətə malikdir. Şifahi şərhin gedişində və ya dərsliyin mətnində bilavasitə  bir-birinin ardınca qavranılan faktlar müddəalar arasındakı  rabitənin dərk edilməsinə kontekst anlayışları deyilir.

Mühüm materialı daha asta, II dərəcəli təfərrüatları isə daha sürətlə izah edərək xüsusilə mühüm olan müddəaları və nəticələri intonosiyayla qeyd etməklə, müəllim dərsin əsas məzmununu başa düşməkdə , başlıca cəhəti ayırmaqda məktəblilərə kömək edir. Danışanda ara verməyi bacarmağın da çox ciddi əhəmiyyəti vardır. Nəhayət dərsin izahı müəllimdən öz səsini idarə etməyi də tələb edir. Səsin gücü , sinif  otağının böyüklüyü ilə və onun xüsusiyyətləri ilə uyğunlaşdırılmalıdır. Tarix materialının şərh edilməsindəki çox mühüm cəhət yeni hadisənin meydana gəlməsini göstərməkdən ibarətdir. Yeninin meydana gəlmsini göstərmək üçün müqayisənin və qarşılaşdırmanın mühüm əhəmiyyəti vardır. Nəhayət dərsi şərh edərkən müəllim inkişafın daxili səbəblərinin əsas rolunu xüsusilə qeyd edir və aşkara çıxarır, hadisələrə xas olan daxili ziddiyətləri açıb göstərir. 
Mənbə: Vagin

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar