DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

21 Ekim 2015 Çarşamba

Müəllimin Dili

Müəllimin Dili
Müəllimin dili saf, aydın və sadə olmalıdır. Hər şeydən əvvə müəllimin dili qrammatik cəhətdən tamailə qüsursuz və düzgün olmalıdır.  Müəllimin şərhində mədəniyyətsiz kobud ifadələrə qətiyyən yol verilə bilməz. Düzgün olmayan vurğular da müəllimin nitqində çox ciddi bir qüsurdur. Öz izahını qrammatik cəhətdən düzgün qurmağı bacarmaq müəllim üçün xeyli dərəcədə ağır bir işdir. Lakin müəllimin dilinin təkcə dəqiq və düzgün olması kifayət deyildir. Müəllimin dili eyni zamanda parlaq və obrazlı olmalıdır. Elmi, tarixi və bədii ədəbiyyatı oxuyarkən qısa qeydlər aparmaq ,müəllimin öz söhbəti üçün canlı boyaları, ən qabarıq xarakteriskaları keçmişi düzgün təsvir edən tarixi romanlardan, ən parlaq təsəvvürləri yazıb götürmək lazımdır. Müəllim öz nağılına bəzi tarixi terminləri və öyrənilən dövrə xas olan danışıq tərzini zəruri olaraq daxil edir.

Materialı müəllimin özünün izah etməsindən, yəni monoloq şəkildə söyləməsindən fərqli olaraq müsahibə (söhbət) formasıdır. Yəni müəllim ilə şagird arasında mükalimədir. Tarix dərsində müsahibə izah edilmiş tarix materialının müzakirə metoduna, şagirdlərlə  zehni iş aparılmasına çevrilir. Tarixi faktlarla bütövlükdə müəllimin özü tərəfindən, ya söhbət yolu ilə araşdırılır və ümumiləşdirilir. Müsahibə tarixi biliklərin şagirdlər tərəfindən anlaşılmasını və mənimsənilməsini yoxlamağın çox gözəl bir metotdur. Mükalimə  forması olan söhbət şagirdləri kollektiv zehni işə cəlb etməyə imkan verir. Müsahibə şagirdlərin biliyini səfərbərliyə almaq üsullarından biridir, bu da yeni materialın dərindən mənimsənilməsi üçün vacibdir. 

Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar