DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

2 Ekim 2015 Cuma

Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyatdan istifadəyə dair


Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyatdan
istifadəyə dair
Bayramova Leyla Bəhman qızı
Azərbaycan tarixi dərslərində bədii ədəbiyyatdan səmərəli və düzgün istifadə olunması şagirdlərdə: 1) bir sıra təlim və tərbiyə vəzifələrinin yerinə yetirilməsinə, şagirdlərdə düşünülmüş, dərin və möhkəm bilik yaranmasına səbəb olur; 2) bədii ədəbiyyatla müstəqil işləmək bacarığı aşılayır; 3) şagirdlərin estetik tərbiyəsinə, şifahi və yazılı nitqinin zənginləşməsinə kömək edir; 4) şagirdlərdə humanist ideyaların aşılanmasına, ünsiyyət mədəniyyətinin formalaşmasına, məfkurə, ideya, xarakter formalaşmasına xidmət edir; 5) milli mədəniyyət yaranmasına, millətlərarası münasibətlərdə milli özünüdərk etməyə kömək edir;
Tarix dərslərində öyrənilən bədii əsərlər tarixçi metodistlər tərəfindən əsasən iki qrupa bölünmüşdür:
1) öyrənilən dövrdə yazılan bədii ədəbiyyat;
2) tarixi belletristika əsərləri;
Birinci qrup əsərlər dövrün bir növ sənədi və abidəsi hesab edilir. Bunlardan həm tədqiqatçı, həm də şagird istədiyi qədər istifadə edib, tarix haqqında biliklər dairəsini genişləndirə bilər. Məsələn, N.Gəncəvinin «Xəmsə» si, A.A.Bakıxanovun «Gülüstani-İrəm», M.S.Ordubadnin «Gizli Bakı», «Döyüşən şəhər» romanları və s. belələrinə nümunədir.
İkinci qrup əsərlər isə sonrakı dövrün yazıçıları tərəfindən yazılanlardır. Burada yazıçı məhz tədqiqat vasitəsi ilə tarixi keçmişimizi canlandırır. Məsələn, F.Kərimzadənin «Xudafərin körpüsü», «Çaldıran döyüşü», C.Bərgüşadın «Sıyrılmış qılınc», «Boz atın belində» və s. əsərlər bu qəbildəndir.
Hər iki qrupdan olan nümunələr bütövlükdə şagirdlərdə tarix haqqında canlı təsəvvür yaratdığından, tarix müəllimlərinə tarix dərslərində bədii ədəbiyyatdan istifadənin aşağıdakı optimal yollarından faydalanmağı tövsiyyə edirik:
1)Bədii əsərlərdən parçaların dərsdə oxunub izah olunması;
2)Bədii ədəbiyyat nümunəsinin özünün dərsdə oxunmadan müəllimin hekayəsinə daxil edilməsi;
3)Müvafiq dərslərin bədii ədəbiyyat əsasında qurulması;
4)Bədii ədəbiyyat əsasında müşahidə, müsahibə, dialoq və s.
Birinci üsul ən çox V və VIII siniflərdə tətbiq olunur. Bunu tətbiq etmək üçün ilk növbədə müəllim mövzuya dair bədii əsərlə ətraflı tanış olmalı, özlüyündə onu təhlil etməli, əsas yerləri qeydə almalı və yalnız bundan sonra yeri gəldikcə parçanı oxuyub izah etməlidir. Ona görə də, yaxşı olar ki, tədris ilinin əvvəlindən hər bir müəllim və şagird aşağıdakı formalarda oxucu gündəlikləri tərtib etsinlər.
İkinci və üçüncü üsullar əsasən yuxarı siniflərdə tətbiq olunur. İkinci üsul xüsusilə mühazirə və seminar dərslərində səmərəli nəticələr verir. Üçüncü üsulun tətbiqi isə hər bir sinifdə 2-3 dərsdən artıq olmamalıdır. Burada müəllim əvvəlcədən keçəcəyi dərsləri dəqiqləşdirməli, sonra mövzuya dair ədəbiyyat siyahısı tərtib edib şagirdlərə tapşırıq olaraq müəyyənləşdirdiyi ədəbiyyatın mövzunun öyrənilməsinə qədər əldə edib oxumağı, lazımi qeydlər götürməyi tapşırmalıdır. Dərsin təklif olunan qaydada tədrisi həm müəllim, həm də şagirddə tədqiqatçılıq vərdişi aşılayır.
Dördüncü üsul isə bədii ədəbiyyat nümunəsini geniş şagird kollektivi arasında yaymaq məqsədilə bütün siniflərdə tətbiq oluna bilər.
Yuxarıda irəli südüyümüz fikir və mülahizələrimizin düzgünlüyünü müəyyənləşdirmək məqsədilə dərs nümunələrinə diqqət yetirək:
X sinifdə «Azərbaycanda rus müstəmləkəçiliyinə qarşı mübarizə» mövzusu tədris olunarkən müəllim Azərbaycan tarixində mühüm yer tutan qaçaqçılıq hərəkatından da bəhs etməli, bədii ədəbiyyat nümunələri vasitəsilə qaçaqçılıq hərəkatının səbəbləri, xarakteri və bədii ədəbiyyatda əksini necə tapması haqqında söhbət açaraq şagirdlərdə vətənpərvərlik hissini qüvvətləndirməlidir.
Bu mövzunun tədrisində əsas məqsəd şagirdlərə milli özünüdərkə kömək etmək, düşmənə qarşı amansız olmaq hissləri aşılamaq, son dövrdə nəşr olunan bədii əsərlərlə tanış etməkdir.
Müəllim ilk əvvəl qaçaqçılıq hərəkatının xarakterini açmalıdır. Hekyəyə diqdət yetirək:
«…Qaçaqçılıq hərəkatı XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbay canda kəndlilərin bəylərə, çar məmurlarına-istismarçı siniflərə qarşı müba rizə formalarından biri idi. XIX əsrin 80-90-cı illərində Azərbaycanın kənd əhalisinin əksəriyyətini təşkil edən dövlət kəndliləri xəzinə torpaqlarında yaşayır, dövlət tərəfindən feodal istismarına məruz qalırdılar.
Sahibkar kəndlilərinin vəziyyəti daha ağır idi. Sinfi ziddiyyətlər sinfi mübarizəyə-qaçaqçılığa gətirib çıxardı. Müəllim bildirməlidir ki, qaçaqçılıq hərəkatı qeyri-mütəşəkkil olub yerli xarakter daşıyırdı, siyasi şüurluluqdan uzaq idi. Qaçaqlar gözlənilmədən peyda olur, haqq-ədalət divanı qurur, torpaqsızlara torpaq, kimsəsizlərə dolanacaq verir, bəylərin, tacrlərin, ham paların var-dövlətini talayıb yoxsullara paylayırdılar. Buna görə də, rəislər, pristavlar, atlı kazak dəstələri, ağalar vahimə içərisində yaşayırdılar. Xalqın məhəbbətini qazanmış qaçaqlar öz cəsarət və mərdlikləri ilə əfsanəvi varlıq lara çevrilirdi. Molla Nur, Qaçaq Adıgözəl, Qaçaq Abbas, Qaçaq Mayıl, Qaçaq Yarəli, Qaçaq Nəbi, Dəli Alı, Qandal Nağı, Qaçaq Zahid, Qaçaq Yusif, Qaçaq Kərəm məhz belələrindən idi».
Müəllim qaçaqlar haqqında qısa məlumat verdikdən sonra onlar haqqında yazılmı bədii əsərlərdən söhbət aça bilər. Məsələn, Qaçaq Nəbi dən danışarkən Şair S.Rüstəmin onun haqqında «Qaçaq Nəbi» pyesini yazdığını, Qubadlıda Nəbiyə abidə qoyulduğunu, Cəlal Bərgüşadın «Boz atın belində» romanını xatırlatmalıdır. Bundan sonra müəllim həmin roman əsasında hekayəsini davam etdirərək bildirməlidir ki, romanda əfsanəvi qılınc bahadırlarımızdan Qaçaq Nəbinin və Qaçaq Həcərin ölüm-dirim mübarizəsi bədii çalarlarla qələmə alınmışdır. Əsəri vərəqlədikcə gözlərimiz qaşısında insan cildinə girmiş istismarçı cəlladlar, qan içən vəhşilər canla nır. Romandakı təsvirlərdən o zamankı acı ruzigarın dözülməz mənzə rələrini təsəvvür edirik.
Romanda zəngin Azərbaycan torpağı, onun çox çalarlı təbiəti, xınalı qayaları, çılpaq dağları, dilimlənmiş dərələri, çətirli təpələri ehtirasla təsvir edilir və bu təsvirlər qəhrəmanların iç aləmini açmağa kömək edir. Burada təsvir olunan
qəhrəmanlar tarixi şəxsiyyətlərdir, oxucu tədricən hadisələri saf-çürük edir və qiymət verir.
Müəllim şagirdlərə xatırlatmalıdır ki, bəhs olunan dövrdə Qafqazda qəzet – jurnal az nəşr olunurdu. Kütlələr əsasən savadsız idi. Bu səbəbdən də, qaçaqlar haqındakı məlumatlar aşıqlar və müğənnilər vasitəsi ilə yayılırdı. Xalq öz qəhrəmanını sevir, onların hünərinə nəğmələr qoşur, hətta igidlərin adlarını və silahlarını belə əfsanələşdirirdi.
Nəbinin bığları eşmə-eşmədir.
Papağı güllədən deşmə-deşmədir.
Nəbinin Bozatın heç at keçmədi.
Deyirlər mahalda qaçaqdır Nəbi
Həcəri özündən qoçaqdır Nəbi…
Yaxud, Əfsanəvi qəhrəmanlar içərisində bu vaxta qədər çoxlarına tanış olmayan Qaçaq Kərəm haqqında danışarkən müəllim xatırlatmalıdır ki, 15 il qaçaqçılıq edən Kərəm Qıraq Kəsəmənli kəndlilərinin haqqını müdafiə etdiyi üçün qolları qandallanıb Sibirə sürgün edilmişdir. Sürgündən qaçaraq yenidən öz doğma diyarında at belində görünmüşdür. Kərəmin igidliyi, mərdliyi, cəngavərliyi, cəsarət və qoçaqlığı, gözlənilmədən peyda olması və yoxa çıxması, harada ədalətsizlik görsə oraya özünü yetirməsi və zalımlara divan tutması haqqında əfsanəvi nağılar o qədər geniş yayılmışdı ki, canişin dən tutmuş adi pristava qədər hamı qorxmağa başlamışdı. Onu aradan götürmək üçün min cür hiylələr hazırlansa da, Təbrizdən tutmuş Naxçıvana qədər bütün əhali onun tərəfində olduğundan tuta bilməmişdilər.
Müəllim qaçaq hərəkatından danışarkən dərsliklərdə olan materiallarla kifayətlənməməli, adları kitablara düşməyən, lakin xalq arasında hörmətlə yad edilən insanlar haqqında material toplamağı tapşıra bilər və yeri gəl dikcə onlardan istifadə dərsin səmərəliliyinə müsbət təsir göstərər.
Beləliklə, müəllim bu yolla həm qaçaqçılıq hərəkatı haqqında şagirdlərin bilik dairəsini zənginləşdirər, həm də bu haqda yazılan bədii nümunələrlə onlarda maraq yaradar, bədii əsərlərlə müstəqil işin təşkili üçün istiqamət verər.
Ədəbiyyat
Azərbaycan dilində
1.Bünyadov Z. Mərd qalalar, sərt qalalar. Bakı: Azərnəşr, 1986, 26 s.
2.Cəbrayılov İ. Azərbaycan tarixinin tədrisi metodikası. Bakı: Mütərcim, 2006, 234 s.
3.Nəzir Eltəkin. Qaçaq Abbas (poema). Bakı: Gənclik. 2001, 228 s.
4.Qasımova L., «Azərbaycan tarixi» fənninin tədrisi prosesində şagirdlərin milli-mənəvi dəyərlər əsasında tərbiyə ediməsi. Bakı: BDU, 2002, 120 s.
5.Tarixi materiallar şagirdlərin vətənpərvərlik tərbiyəsinin vasitəsi kimi (metodik tövsiyyə). Bakı: ADPU-nun nəşriyyatı, 2006, 32 s.

6.Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün tarix proqramları. Bakı: «Nigar- Ə» KM, 2000, 283 s.

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar