DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

29 Ekim 2015 Perşembe

Milli və Beynəlxalq Axtarış Sistemləri

MİLLİ VƏ BEYNƏLXALQ AXTARIŞ AXTARIŞ SİSTEMLƏRİ. KATALOQLAR
Artıq güclü axtarış proqramlarının Azərbaycan versiyaları da hazırlanıb. Hazırda ən güclü, ən populyar axtarış robotu “Google” (www.google.com) hesab olunur. Bu axtarış sisteminin Azərbaycan versiyasını www.google.az serverində tapa bilərsiniz. Sorğu üçün olduqca rahat mexanizm nəzərdə tutulub. Axtardığınız sənədin dəqiq tapılması üçün Azərbaycan dilində verilmiş əlavə məlumatları nəzərdən keçirtmək tövsiyyə olunur. Axtarış məqsədiylə hansısa sözü daxil edərkən onun hansı şrift standartında yazılmasına diqqət yetirin. Çünkü İnternetdə Azərbaycan dilində bir neçə şrift standartında yayılmış informasiyalar var. Məsələn əgər siz “Google”də yeni standartda təhsil sözü yazsanız təxminən bir milyonadək səhifə tapacaqsınız. Köhnə şriftlə təhsil sözü daxil etsəniz (rus klaviaturası ilə), tapdığınız 2000 – dək səhifə güman ki əvvəlkilərin içərisində olmayacaq.  Hər hansısa bir mətni axtararkən həmin mətndə ən çox işlənən sözü axtarış maşınına daxil etmək lazımdır. Daha əhatəli mətn üçün bir neçə sözün daxil edilməsi tələb olunur. Müxtəlif ünvanlardan, genişləndirilmiş axtarış üsullarından eyni zamanda istifadə etmək yaxşı nəticə verir. Azərbaycan İnternetinin özünəməxsus azərbaycandilli axtarış sistemləri təəssüf ki, hələ bir o qədər də inkişaf etməyib. Ümid etmək olar ki, Azərbaycan İnterneti inkişaf etdikcə milli axtarış serverlərimiz də güclü axtarış maşınlarına çevriləcəkdir.
Kataloq saytlar


0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar