DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

29 Ekim 2015 Perşembe

Kurikulum terminləri

Kurikulum terminləri
Kurikulum – latın sözü olub «kurs», «elm» deməkdir.
Kurikulum son məqsədə çatmağın yolları, vasitə və üsullarını, həmçinin bu sahədəki fəaliyyətin səmərəliliyini yoxlamağın metod və vasitələrini özündə əks etdirir. Başqa sözlə, Kurikulum təhsil prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli və məqsədyönlü təşkilinə hərtərəfli imkan yaradan konseptual sənəddir.
Elmə məlum olan mənbələrə görə Kurikulum terminindən 1576-cı ildən etibarən istifadə olunmağa başlanmışdır. İlk Kurikulum 1918-ci ildə ABŞ-da meydana çıxmışdır.
Kurikulumun tipləri:


Fənnyönümlü Kurikulum
– bu tip Kurikulumlarda elmi təmayül üstünlük təşkil edir, biliklərin həcmi genişdir, inteqrativlik zəifdir.
Nəticəyönümlü Kurikulum – bu tip Kurikulumlar inteqrativ xarakter daşıyır, bunda həyati bacarıq və vərdişlər üstün yer tutur.
Azərbaycanda fənnyönümlü Kurikulumdan nəticəyönümlü Kurikuluma doğru inkişaf gedir.

Kurikulumun növləri:
Milli Kurikulum konseptual dövlət sənədidir. Milli Kurikulum təhsil mərhələləri üzrə məqsəd və vəzifələri, təhsilin mərhələləri üzrə məzmunu əhatə edir. Milli Kurikuluma, əsasən, məqsəd və nəticələr, ümumi təhsilin dövlət standartları, ümumtəhsil məktəblərinin bazis tədris planı, təlim nəticələrinin qiymətləndirilməsi mexanizmi daxildir.
Fənn Kurikulumları isə, bir qayda olaraq, konkret fənn üzrə standartları, tədris proqramlarını, şagirdlərin bilik, bacarıq və vərdişlərinə verilən tələbləri, təlim metodları sistemini və s. əhatə edir.
Məktəb Kurikulumunda əhatə olunan məsələlər nisbətən fərqlidir. Orada tematikanın, müvafiq vəzifələrin müəyyənləşdirilməsinə, müəllim və şagird fəaliyyəti üçün istiqamətlərin konkretləşdirilməsinə və qiymətləndirmə nümunələrinin hazırlanmasına diqqət yetirilir.
Blumun taksonomiyası – Çikaqo Universitetində Bencamin Blumunrəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən 1950-ci ildə hazırlanmış təhsil məqsədlərinin təsnifatıdır. Ümumiyyətlə, qavramaya malik olmaq üçün bilik və qavramadan (ən aşağı) sintez və qiymətləndirməyə (ən yüksək) doğru aparan, istiqamətləndirən idraki məqsədləri əhatə edir. Blum taksonomiyası müəllimlər tərəfindən təlim məqsədlərini müəyyənləşdirmək üçün geniş şəkildə istifadə edilir.
Çoxfənli (inteqrativ) Kurikulum – birdən artıq fənn, yaxud bir neçə fənnə aid mövzuları əhatə edən Kurikulum. İnsanlar bu və onunla əlaqəli olan digər terminləri müxtəlif cür işlədirlər, lakin ümumiyyətlə çoxfənli Kurikuluma əsasən eyni mövzu (məsələn, harmoniya) bir deyil, bir neçə fənn (məsələn, musiqi, tarix və ədəbiyat) baxımından öyrədilir. Məsələn, şagirdlər hava mövzusunu müxtəlif fənlərdən istifadə etməklə öyrənə bilərlər. Onlar hava təzyiqini ölçdükdə fizikanı öyrənir, hava proqnozunun tarixini öyrənir və hava mövzusunda oxuyur və şeir yazırlar.
Demokratik təhsil – Demokratik təhsilin tərəfdarları hesab edirlər ki, əgər şagirdlər demokratik cəmiyyətdə rollarını icra etmək üçün vərdişlərə, bilik və dəyərlərə yiyələnmək istəyirlərsə, onlar öz məktəblərində və icmalarında vətəndaşlar kimi fəaliyyətlərə cəlb edilən təhsil almalıdırlar. Məsələn, onlar hesab edirlər ki, şagirdlər məktəbin idarə edilməsində iştirak etməli və yerli icmalarda xidmət-öyrənmə fəaliyyətləri ilə məşğul olmalıdırlar.
Distans (məsafədən) öyrənmə – sinif otağından və ya müəllimlərin bilavasitə dərs təqdim etdiyi yerlərdən kənarda təhsil alma. Distans öyrənmə zamanı tədris materialları və təlim təcrübələrini şagirdlərə çatdırmaq üçün texnologiyanın müxtəlif formalarından, xüsusi ilə, televiziya və kompüterlərdən istifadə edilir. Orta məktəblər öz şagirdləri üçün müxtəlif kurslar, məsələn, televiziya vasitəsi ilə xarici dillərin dərindən öyrədilməsi üçün kurslar təşkil edə bilərlər. Əksər kollec və universitetlər təcrid olunmuş yerlərdə yaşayan, yaxud müxtəlif səbəblərə görə universitetə gələ bilməyən tələbələr üçün müasir texnologiyalardan istifadə etməklə kurslar təşkil edirlər.
Fənlərarası (interdistiplinar) Kurikulum – xüsusi bir mövzu və ya problem üzərində diqqəti cəmləşdirmək üçün məzmunun iki və ya artıq fənn sahəsindən əldə edildiyi tədris planını tərtib etməyin üsulu. Fənlər arasındakı ümumilik diqqət mərkəzində dayanır. Məsələn, şagirdlər ədəbiyyat və sosial fənləri ayrıca öyrənməkdənsə, məsələn, «Dəniz» mövzusunu keçərkən, öz həyatlarını dəniz və okean sahilində yaşamış insanlar haqqında şeir söyləyə, nağıl danışa bilər, sahilyanı ərazilərin coğrafi şəraitini öyrənər, sahilyanı yerlərdə yaşayan insanlarla mərkəzi ərazilərdə məskunlaşan insanların fərqli həyat tərzlərini tədqiq edə bilərlər. Səmərəli fənndaxili öyrənmələrin aşağıdakı tərkib elementləri vardır:
Bir neçə nöqteyi-nəzərdən araşdırılan mövzu.
Müəllimin şagirdləri tərəfindən araşdırılmasını istədiyi bir və ya bir neçə mövzu (yaxud zəruri suallar).
Bir neçə fənn üzrə əldə edilən biliklər arasında əlaqə yaratmaqla şagirdlərin daha əsaslı dərk etməsini nəzərdə tutan fəaliyyət növləri.
Fənlərin sərhədlərindən kənar (transditiplinar) Kurikulum – bu yanaşmaya görə fənlər arasındakı əlaqələr geniş və mürəkkəbdir. Mahiyyət ettibarı ilə bu Kurikulum fənlərin hüdudlarından kənarda olur. Müxtəlif fənlərə aid olan, iki və daha çox fənləraras yanaşmalar üçün də xarakterik olan mövzular, strategiyalar və vərdişlər real həyati situasiyalarda öyrənilir. Bu modeldə konkret fənn üzrə qoyulan sual «Biz şagirdləri necə öyrədə bilərik ki, onlar gələcəyin yaradıcı vətəndaşları olsunlar?» kimi suallarla əvəz olunr. Əsas diqqət mənaya, uyğunluğa və real həyati yanaşmalar əsasında tədris etməyə yönəldilir.
Fəal öyrənmə - şagirdlərin öz partalarının arxasında oturaraq kitab oxumaqla, iş vərəqlərini doldurmaqla və yaxud müəllimə qulaq asmaqla deyil, ətrafda gəzişməklə, bir sıra fəaliyyətlər yeriən yetirməklə daha çox öyrəndikləri hər hansı bir situasiyadır. Əgər şagirdlər fəal deyillərsə, onda nə tam məşğul olurlar, nə də bacardıqları qədər öyrənirlər, bu halda fəal öyrənmə ilkin zəminə əsasən təşkil olunur. Fəal öyrənmə, cəmçinin, koqnitiv xarakterli ola bilər, lakin adətən bəzi işləri – problemin həlli şəraitini, yaxud yenilikləri, kəşf xarakterli öyrənməni əhatə edir.
İnteqrasiya – latın sözü olub bərpa olunma, doldurulma, hissələrin bütöv bir tam halında birləşməsi, özü də sadə, mexaniki birləşməsi deyil, bir-birinə daxil olmaqla, bir-birinə təsir etməklə birləşməsi deməkdir.
İnteraktiv öyrənmə – təlim mənbələri ilə öyrənən birbaşa əlaqədə olduğu zaman və cavablar şagirdin ehtiyaclarına uyğun şəkildə formalaşdırıldıqda baş verir. Bir müəllimin bir şagirdi öyrətməsi yüksək dərəcədə interaktiv fəaliyyətdir. Kompüterlər və digər müasir texnoloji avadanlıqlar istənilən fənn üzrə hər hansı bir öyrənəni səmərəli interaktiv təlimlə təmin etmək üçün nəzəri cəhətdən imkan yaratmışdır.
Qiymətləndirmə – şagirdlərin və ya müəllimlərin öyrənməsinin və icrasının ölçüsdür. Müxtəlif növ ənənəvi qiymətləndirmə vasitələrinə – minimum səriştə testləri, inkişafın izlənməsi testləri, qabiliyyət testləri, müşahidə vasitələri, icra tapşırıqları və həqiqi qiymətləndirmə daxildir.
Qiymətləndirmədə hər hansı yanaşmanın səmərəliliyi onun nə dərəcə nəzərdə tutulan məqsədlərə uyğun olmasından asılıdır. Məsələn, çox seçimli testlər, doğru və ya yalanın müəyyənləşdirilməsi testləri, boş yerlərin doldurulması testləri əsas bacarıqları qiymətləndirmək və ya tələbələrin nəyi yadda saxladıqlarını müəyyən etmək üçün istifadə edilə bilər. Digər qabiliyyətləri qiymətləndirmək üçün icra tapşırıqları daha müvafiq ola bilər.
İcranın (fəaliyyətin) qiymətləndirilməsi şagirdlərdən müəyyən çalışmalar yerinə yetirməyi, məsələn, riyazi problemin xüsusi bir növünü həll etmək, yaxud məhsul haqqında məlumat əldə etmək üçün qısa biznes məktubu yazmağı tələb edir. Bəzən tapşırıq şagirdin məktəbdə öyrəndiyi biliyi tətbiq etmək qabiliyyətini qiymətləndirmək məqsədi ilə planlaşdırıla bilər.
Əsl qiymətləndirmələr icranın qiymətləndirilməsi olub, süni və qondarma deyildir. Qiymətləndirmənin daha həqiqi olmasını istəyən müəllimlər məktəb testlərinin əksəriyyətinin qondarma xarakter daşımasından narahatdırlar. Həqiqi məqsədə nail olmaq məqsədi ilə konkret şəxsə və ya şirkətə məktub yazmağı bacarmaq, yalnız müəllimə öz bacarığını nümaiş etdirmək üçün mövcud olmayan şirkətə məktub yazmaqdan tamamilə fərqlidir. Qiymətləndirməni həqiqətə daha uyğun etməyin bir yolu şagirdlərin öyrəndiklərini nümayiş etdirmək üçn istifadə edəcəkləri xüsusi tapşırıqları seçməyə nail olmaqdır. Məsələn, şagird kimyadan dərsi başa düşməsini nümayiş etdirmək üçün neft axınları ilə bağlı problemləri göstərən model hazırlamaqla bağlı seçim edə bilər.
Mentor (rəhbər) – başqa bir insana yardım təklif edən nümunəvi şəxs. Mentorun müvafiq sahə üzrə biliyi və təcrübəsi var və onu rəhbərlik etdiyi şəxslə bölüşür. Məsələn, təcrübəli müəllim tələbə müəllimə, yaxud yeni fəaliyyətə başlayan müəllimə mentorluq edə bilər.
Bir sıra tələbə mentorluğu proqramları məktəbdə çətin şagirdlərə uğur qazanmaqda kömək etmək üçün planlaşdırılır. Nümunəvi şəxslər kimi hərəkət edərək, mentorlar həftədə bir və ya iki dəfə şagirdləri fərdi olaraq həvəsləndirməklə, dinləməklə, təkliflər verməklə və şagirdlərə peşə barəsində öyrənmək və təhsilə kömək etməyi müzakirə etmək üçün onları tədbirlərə, fəaliyyətlərə, mentorun iş yerinə aparır.
Nəticə əsaslı təhsil – təhsil təcrübəsinin yaradılması və planlaşdırılmasında təlim nəticələrini əsas amil hesab edən yanaşmadır. 1990-cı illərdə bəzi ştatlar və yerli təhsil şöbələri ənənəvi tələblərdən, məsələn, öyrənmə səviyyəsini müəyyən etmək üçün Kornegi vahidlərindən əl çəkdiklərini və öyrənmənin həcmini müəyyənləşdirmək üçün təlim prosesini nəzərdə tutan nəticələr, yəni şagirdlərin «əməkdaşlıq edən işçilər» olması ideyası əsasında planlaşdırdıqlarını elan etdilər. Bu ideyanın tərəfdarları qeyd edirdilər ki, onların niyyəti məktəbin keyfiyyətini, məsələn, məktəbdə təklif edilən kursları, müəllimlərin peşə keyfiyyətini və s. ənənəvi formada qiymətləndirmək deyil, şagirdlərin təlim nailiyyitlərinə (nəticələrinə) diqqəti cəlb etməkdir. Onlar belə bir ideyanı müdafiə edirdilər ki, öyrənmə üçün sərf edilən vaxt əldə edilən nəticədən asılı olmalıdır. Ənənəvi məktəblərdə, onların fikrincə, vaxt sabit, nəticxə dəyişkən olur, əslində isə, nəticə sabit, vaxt isə dəyişkən olmalıdır. Nəticə əsaslı təhsil hərəkatı belə bir narpahatçılıqdan yaranmışdır ki, şagirdlər orta məktəbi cəmiyyətin həyatında iqştirak etmək üçün zəruri olan əsas biliklərə və vərdişlərə yiyələnmədən bitirirlər. Bu ideyanın tərəfdarları təklif edirdilər ki, şagirdlər öyrəndikləri bilik və bacarıqları nümayiş etdirməli və orta təhsilin tamamlanmasını nümayiş etdirən öyrənmə əsasında həyata keçirməlidirlər.
Standartlar – termin adətən elə səciyyəvi meyarlara aid edilir ki, onların əsasında şagirdlərin öyrənməli və etməli olduqları təxmin edilir. Bu standartlar adətən tədris proqramlarında iki formada olur:
Məzmun standartları. Bu standartlar şagirdlərin müxtəlif fənlər üzrə (məsələn, riyaziyat, fizika, oxu) bilməli və etməli olduqlarını müəyyənləşdirir.
İcra standartları. Bu standartlar gözlənilən öyrənmə səviyyələrini dəqiq müəyyənləşdirir. İcra standartları məzmun standartlarının yerinə yetirilmə səviyyələrini qiymətləndirir. Son illərdə müəllimlərin bilməli və etməli olduqlarını dəqiq müəyyən edən standartlar da işlənib hazırlanmışdır.
Standart əsaslı təhsil – şagirdlərin müəyyən edilmiş standartlara yiyələnməsinə yönəldilmiş təlim prosesidir. Kurikulum standartları qəbul edildikdən sonra müəllimlərdən elə dərs demək gözlənilir ki, şagirdlər həmin standartlara yiyələnə bilsinlər. Ekspertlərin fikrincə müəllimlər hər standartın nəyi bildirdiyini və onun necə qiymətləndiriləcəyini aydın başa düşməli, hər bir şagirdin təlim müvəffəqiyyətini ayrı-ayrı standartlara görə yoxlamalıdırlar.
Taksonomiya – yunan sözü olub taxos – sıra ilə yerləşdirilmə, nomos – qanun deməkdir. Daxilən kateqoriya və ardıcıl səviyyələrə bölünmüş pedaqoji sistemlər pedaqoji taksonomiyalar adını almışdır.


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar