DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

21 Ekim 2015 Çarşamba

Məktəblərdə metodik işin təşkili

Bayramova Leyla

e-mail: 86.leyla@mail.ru
Məktəblərdə metodik işin təşkili

Müasir şəraitdə məktəblərin metodiki bazasının ciddi mənada təkmilləşməyə ehtiyacı var. Məktəblərin idarəetməsində , tədris planı və proqramlarının ödənilib ödənilməməsində, dövlət prinsiplərinin tətbiqində, müxtəlif kurslardan keçmiş müəllimlərin öyrəndikləri təhsillə bağlı yeniliklərin tətbiqində çatışmamazlıqlar var.
         Bu çatışmamazlıqları aradan qaldırmaq üçün məktəbin metodiki probleminin həllinə müxtəlif istiqamətlərdən yanaşmaq lazımdır. Ən əsası ilk olaraq məktəblərdə metodik xidmətin fəaliyyət istiqamətləri müəyyən olunmalıdır. Məktəb metodşurasına fənn metodbirləşmə rəhbərləri, diaqnostika qrupları və ayrı-ayrı bölmə rəhbərləri daxildir.  Adətən metodşuraya direktorun təlim-tərbiyə işi üzrə müavinləri rəhbərlik edir. Onlar məktəbdə şagirdlər arasında nizam-intizamın təşkilinə, onların dərsə davamiyyətinə, müəllimlərin saat bölgüsünə, açıq dərslərin təşkilinə, məktəbin metodiki baxımdan bütün problemlərinin həllinə birbaşa rəhbərlik edirlər.
         Məktəblərdə metodik xidmətin müxtəlif fəaliyyət istiqamətləri var. Lakin, bu fəaliyyət istiqamətlərinin tətbiqində ciddi nöqsanlar var.
-Şagirdlərin təlim –tərbiyə işinin təşkilində
- müəllimlərin professional səviyyəsinin təhlilində
- Metodik şuranın fəaliyyətinin planlaşdırılmasında
- Təhsil prosesinin səviyyəsini yüksəltmək üçün müxtəlif tədbirlərin həyata keçirilməsində
- təlimin düzgün şəkildə qurulmasını təmin edən fəal forma və metodların seçimində
- açıq dərslərin təşkili və təhlilində
- elmi gecələrin təşkilində
- Müsabiqə və olimpiadaların təşkilində
- Fənlər üzrə həftələrin təşkilində və s
Metodik xidmətin müxtəlif fəaliyyət istiqamətlərində olan bu nöqsanların aradan qaldırılması üçün ciddi tədbirlər görmək lazımdır.
-      Təhsilini müvəffəqiyyətlə başa vurub gələn, gənc müəllim  kimi məktəbdə fəaliyyətə başlayan kadr öz ixtisası daxilində şagirdləri dərin biliklərlə mənimsətməklə yanaşı şagirdlər arasında tərbiyəvi işlər də aparmalıdır.
O, nəinki müəllim, həm də tərbiyəçi kimi fəaliyyət göstərməlidir. Məktəblərdə tərbiyə işinin təşkili dedikdə, bunu bəzən şagirdlərin daimi olaraq nizam-intizamlı olmalarını təmin etmək kimi başa düşürlər. Ancaq,  baxaq görək nizam-intizamı “zor gücünə” təşkil etməklə şagirdlər arasında tərbiyənin təşkilini düzgün yerinə yetirmək olarmı?
     “ Azərbaycan Respublikasında ümumi təhsilin milli kurikulumu” nda tərbiyə məsələlərinin qoyuluşu, Təhsil haqqında Azərbaycan Respublikasının Qanununda (2009) tərbiyə məsələlərinin qoyuluşu haqqında qanun verilib. Bəs gəlin baxaq görək, bu sözügedən qanunun tətbiqi nə dərəcədə yerinə yetirilir?
Tərbiyənin məktəblərdə düzgün tətbiq edilməsi üçün, şagirdlərə örnək göstərmək lazımdır. Təbii ki, bunu ilk öncə məktəbin öz kollektivi nümunəsində etmək lazımdır.
Şagirdlərin özünü tərbiyəsini təşkil etmək, özünümüşahidə, özünütənqid, özünütəhlil, özünüqiymətləndirmə və s təşkil etmək, sonra isə cəmiyyətdəki münasibətlərini təşkil etmək üçün çalışmaq lazımdır.
     Tərbiyə prosesində sistemlilik, ardıcıllıq və fasiləsizlik tərbiyənin təşkilinin səciyyəvi xüsusiyyətləridir.
    
 Metodik işin digər fəaliyyət istiqaməti müəllimlərin professional səviyyəsinin təhlilidir.
Azərbaycan müəllimi bu gün peşəkarlıq səviyyəsini təkmilləşdirmək üçün müxtəlif kurslardan keçməsinə baxmayaraq, kurslarda mənimsədikləri innovasiyaları dərslərində tətbiqi zamanı problemlərlə qarşılaşırlar.
Məktəblərdə müəllimlər öz professional səviyyələrini artırmaq üçün nəinki kurslara getməklə kifayətlənməli, eləcə də bir- birlərinin fəaliyyətlərini  dəstəkləyərək, şagirdlərin məqsədlərini müəyyənləşdirərək, öz potensial imkanlarından geniş istifadə edərək, həmkarları ilə mehriban münasibət yaradaraq, öz fəaliyyətlərində müvəffəqiyyət əldə edə bilərlər.

Metodik Şuranın fəaliyyət istiqamətinə ilk növbədə açıq dərslərin təşkili, müzakirəsi, təlimin düzgün qurulması üçün fəal forma və metodların seçilməsi , yeni dərs ili üçün düzgün planlaşdırmanın təşkili və s daxildir.
Metodik Şura öz işini dövlətin təhsil sahəsindəki prinsiplərini, eləcə də digər prinsiplərini  nəzərə alaraq təşkil etməli və dərslərin dövlətin məqsədlərinə uyğunluğunu daimi izləməlidir.
dialoq.info-http://dialoq.info/category/g%C9%99nc-yazar
dialoq.info-http://dialoq.info/g%C9%99nc-yazar-layih%C9%99si-m%C9%99kt%C9%99bl%C9%99rd%C9%99-metodik-isin-t%C9%99skili








Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar