DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

27 Ekim 2015 Salı

Azərbaycan-Fransa Universitetinin yaradılması üzrə işçi qrupunun ilk görüşü olub

Azərbaycan-Fransa Universitetinin yaradılması üzrə işçi qrupunun ilk görüşü olub

Oktyabrın 26-27-də Bakıda Azərbaycan-Fransız Universitetinin yaradılması üzrə işçi qrupunun ilk görüşü olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan tərəfindən Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Dövlət Neft Fondunun əməkdaşları və layihə üçün tərəfdaş universitet qismində seçilmiş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbərliyinin daxil olduğu nümayəndə heyəti, Fransa tərəfindən isə Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.
Qonaqları salamlayan təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə ötən ilin mayında Fransa Prezidentinin ölkəmizə səfəri zamanı Azərbaycanın Təhsil Nazirliyi və Fransanın Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi arasında universitetlərarası əməkdaşlıq sahəsində niyyət protokolunun imzalandığını bildirib. Nazir qeyd edib ki, bu, iki ölkə arasında humanitar sahədəki əlaqələrin inkişafı baxımından yeni səhifələr açır.
Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Strasburq Universitetinin təsisçiliyi əsasında Azərbaycan-Fransa Universitetinin yaradılması, hər iki ölkənin ali məktəbləri arasında əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İşçi qrupu Azərbaycan-Fransa Universiteti layihəsinin reallaşdırılması istiqamətində növbəti mərhələdə atılacaq addımları da müzakirə edib.
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar